/ / “Cənub” qaz dəhlizi təkcə region ölkələri üçün yox, eyni zamanda, Avropa üçün çox mühüm və strateji layihədir
“Cənub” qaz dəhlizi təkcə region ölkələri üçün yox, eyni zamanda, Avropa üçün çox mühüm və strateji layihədir
02.03.2016 [09:30]
Prezident İlham Əliyev: Biz XXI əsrin tarixi layihəsini - “Cənub” qaz dəhlizini vaxtında və bütün iştirakçılar üçün maksimal fayda ilə icra edəcəyik
Azərbaycanın daim özünün xoş məramına sadiq qalaraq qlobal məkanda yeni əməkdaşlıq platformalarından çıxış etməsi heç kəsə sirr deyil. İndiyədək ölkəmiz regional və qlobal əhəmiyyətli bir sıra layihələrin həyata keçirilməsinə sanballı töhfələr verib. Məhz respublikamızın şaxələndirilmiş enerji siyasəti, təşəbbüsləri, böyük fəallığı sayəsində Xəzər hövzəsi bir sıra ölkələr, Asiya ilə Avropa arasında qarşılıqlı faydalı əməkdaşlıq məkanına çevrilib. Hazırda isə Azərbaycanın fəal iştirakı ilə miqyasına görə XXI əsrin layihəsi adlandırılan “Cənub” qaz dəhlizi inşa olunur. Resurs mənbəyi Azərbaycanın “Şahdəniz” yatağı olan yeni layihənin təməli 2014-cü il sentyabrın 20-də Bakıda qoyulub. Artıq “Cənub” qaz dəhlizinin reallaşdırılması yolunda önəmli addımlar atılıb. Ötən müddətdə layihədə iştirak edən ölkələrin bir sıra ikitərəfli və çoxtərəfli görüşləri keçirilib və layihə ətrafında aktual məsələlər müzakirə edilib. 2015-ci ilin mart ayında Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə “Cənub” qaz dəhlizinin mühüm tərkib hissəsi olan Trans-Anadolu qaz boru kəmərinin - TANAP-ın təməlqoyma mərasimi keçirilib. Hazırda layihə üzrə bütün işlər cədvəl üzrə davam etdirilir. Elə bu günlərdə Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı keçirilib.
Əlbəttə, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının növbəti toplantısının da Bakıda keçirilməsi təsadüfi deyil. “Cənub” qaz dəhlizinin ərsəyə gəlməsində regionda qlobal xarakterli bütün layihələrin təşəbbüskarı olan Azərbaycanın siyasi iradəsi həlledici olmuşdur. Bu təşəbbüs Azərbaycanın Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində faydalı əməkdaşlıq əlaqələrinin daha geniş arealda inkişafı üçün etibarlı zəmin hazırlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıdakı nitqində vurğulayıb ki, bu gün aparılan əlaqələndirmənin və əməkdaşlığın səviyyəsi bizim düzgün yolda olduğumuzu nümayiş etdirir. Hazırda təchizatçı və istehlakçı ölkələrdən ibarət layihə iştirakçıları böyük komanda kimi çalışırlar. Həmin ölkələr arasında qarşılıqlı etimad, dərin inam yaranıb ki, bu da genişmiqyaslı layihənin həyata keçirilməsində çox vacib amildir. Tərəfdaş ölkələrin öz səylərini əlaqələndirmək əzmi nümayiş etdirmələri onu deməyə əsas verir ki, yeni layihə də nəzərdə tutulan vaxtda uğurla tamamlanacaq. Prezident İlham Əliyev buna əminliyini ifadə edərək deyib: “Biz bu layihənin həyata keçirilməsində həmrəyik. Qonaqlarımızın tərkibi, bu gün burada yüksək siyasi səviyyədə təmsil olunma göstərir ki, bütün hökumətlər və tərəfdaşlarımız eyni məqsədə xidmət edirlər. Biz XXI əsrin tarixi layihəsini - “Cənub” qaz dəhlizini vaxtında və bütün iştirakçılar üçün maksimal fayda ilə icra edəcəyik”.
Məqsədyönlü siyasət sayəsində qlobal miqyasda Azərbaycanın etibarlı tərəfdaş imici daha da möhkəmlənib
Azərbaycanın geosiyasi çəkisi artır, ölkəmiz regionda sabitləşdirici faktor kimi çıxış edir. Azərbaycanla Avropa İttifaqı arasında getdikcə güclənən əlaqələr, qarşılıqlı faydalı münasibətlər regionda sabitliyin və sülhün təmin olunmasına töhfə verir, sülh və əmin-amanlığın, ərazi toxunulmazlığının qorunması istiqamətində prinsipial mövqe nümayiş etdirən Azərbaycanın dünya birliyinə təsir imkanları daha da genişlənir. “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının hər iki toplantısının Bakıda keçirilməsi Azərbaycanın bu layihənin reallaşmasında həlledici rolunun təsdiqi ilə yanaşı, ölkəmizin regional və qlobal miqyasda ciddi iqtisadi-siyasi tərəfdaş kimi qazandığı böyük nüfuzun növbəti təzahürüdür. Məşvərət Şurasının ikinci iclasında bir sıra dövlətlərin əlaqədar qurumlarının rəhbər şəxslərinin və Avropa İttifaqının müvafiq təşkilatlarının yüksək səviyyəli rəsmi nümayəndələrinin iştirak etməsi “Cənub Qaz Dəhlizi” layihəsinin beynəlxalq və transmilli məzmunundan xəbər verir. Transmilli əhəmiyyət daşıyan belə qlobal layihədə ölkəmizin aparıcı yer tutması Azərbaycanın ardıcıl surətdə həyata keçirdiyi fəal diplomatiyanın, səmərəli əməkdaşlıq siyasətinin nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş, yeni dünya sisteminin müasir çağırışlarına cavab verən siyasi kursu respublikamızı regionun lider dövlətinə çevirməklə yanaşı, beynəlxalq aləmdə ölkəmizi etibarlı tərəfdaş kimi tanıdıb. Zəngin karbohidrogen ehtiyatlarına malik olan, eyni zamanda, neft-qaz resurslarının işlənməsində böyük təcrübə qazanan Azərbaycan müstəqillik illərində regional və qlobal əhəmiyyət daşıyan bir sıra yeni, diversifikasiya edilmiş enerji layihələrini reallaşdırmağa nail olub. Şaxələndirilmiş uğurlu enerji siyasəti hazırkı qlobal risklər şəraitində respublikamıza böyük iqtisadi və siyasi dividendlər gətirməklə yanaşı, tərəfdaş ölkələrin də enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Deyilənlərdən bir daha aydın olur ki, Azərbaycanın fəal iştirakı ilə yaradılan enerji resurslarının ixracı dəhlizi bütün bu illər ərzində yeni qlobal əhəmiyyətli layihələrlə daha da zənginləşdirilərək həm bölgənin, həm də bütövlükdə Avrasiya məkanının tərəqqisinə xidmət göstərib. Prezident İlham Əliyev bu cəhətə diqqət çəkərək bildirib ki, yeni layihələr Avrasiya məkanında əməkdaşlığın dərinləşməsinə yol açır: “Biz artıq dəhlizi yaratmışıq və ondan həmçinin digər layihələr üçün istifadə edirik. Gürcüstan və Türkiyəyə təbii qazın nəqlini nəzərdə tutan layihə məhz belə başladı. Biz bu layihəyə Azərbaycan, Gürcüstan və Türkiyə arasında dəmir yolu xətti layihəsini əlavə etmişik. Ümid edirəm ki, həmin layihənin bu il açılışı baş tutacaq. Bütün bunlar Avrasiyanın müxtəlif ölkələri arasında regional əməkdaşlığa, geniş işbirliyinə yol açır”.
“Cənub” qaz dəhlizi Avropanın enerji təminatında yeni imkanlar yaradacaq
Həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsi Avropa ölkələrinin enerji təminatında yeni imkanlar açaraq, qaz tədarükü mənbələrini şaxələndirməyə, yeni alternativ marşrutlardan istifadə etməyə şərait yaratmışdır. Məlumdur ki, hazırda dünya ölkələri üçün meydana çıxan yeni çağırışlardan biri enerji təhlükəsizliyi ilə bağlıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, enerji təhlükəsizliyi bu gün dünya siyasətinin, eləcə də beynəlxalq təşkilatların əsas gündəliyində yer tutur. Enerji təhlükəsizliyi həmçinin cari ilin əvvəlindən bəri keçirilən iki qlobal tədbirdə - Davos İqtisadi Forumunda və Münxen Təhlükəsizlik Konfransında da müzakirə edilib ki, bu da məsələnin aktuallığından və qeyd olunan sahədə vəziyyətin ciddiliyindən xəbər verir.
Bu baxımdan “Cənub Qaz Dəhlizi” layihəsinin önəmi çox böyükdür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın genişmiqyaslı infrastruktur və enerji layihəsidir. “Cənub Qaz Dəhlizi” layihəsinin qlobal əhəmiyyətinə diqqət çəkən Prezident İlham Əliyev onu məhz enerji təhlükəsizliyi layihəsi kimi səciyyələndirib: “Cənub Qaz Dəhlizi” layihəsi enerji təhlükəsizliyi layihəsidir. Bu gün enerji təhlükəsizliyi haqqında danışanda, biz anlayırıq ki, o, ölkələrin milli təhlükəsizliyinin bir hissəsidir”.
Beləliklə, “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması çox haqlı olaraq gələcəyə baxış kimi dəyərləndirilir. Avropanın enerji təhlükəsizliyi üçün nəzərdə tutulan bu dəhliz 3600 kilometr məsafədə uzanmaqla Bakı-Tbilisi-Ceyhanın uzunluğunu iki dəfə üstələyəcək. On illər boyu davam edəcək layihənin yerinə yetirilməsinə 45 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulub. Layihənin icrası nəticəsində dünyanın ən mürəkkəb və ən zəngin qaz-kondensat yataqlarından biri olan “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsi təmin olunacaq. “Şahdəniz” yatağında hasilatın pay bölgüsü haqqında müqavilənin müddəti 2048-ci ilə qədər uzadılıb.
Yeni dəhliz vasitəsilə Xəzərin qaz ehtiyatları Avropa İttifaqının mərkəzi ölkələrinə çatdırılacaq. İstehlakçı ölkələr sırasında Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, növbəti mərhələdə Monteneqro, Xorvatiya və digər ölkələrin adlarını sadalamaq mümkündür.
Qeyd edək ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,5 trilyon kubmetrə bərabərdir. Proqnozlaşdırılan qaz ehtiyatlarımız isə 4-5 trilyon kubmetr səviyyəsindədir.
“Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni səhifə açacaq
Məlumdur ki, Azərbaycan Respublikasının Avropa Şurası, Avropa İttifaqı və ATƏT kimi beynəlxalq təşkilatlarla sıx qarşılıqlı münasibətləri vardır. Bu qurumlarla qarşılıqlı əməkdaşlıq münasibətləri siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, enerji təhlükəsizliyi, iqtisadi, qanunverici, mədəni və digər sahələri əhatə edir. “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci iclasında Avropa İttifaqının iki yüksək səviyyəli nümayəndəsinin - Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerininin və Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçin iştirakı Azərbaycan ilə əlaqələrə diqqətin təzahürüdür.
Şübhə yoxdur ki, “Cənub” qaz dəhlizi Azərbaycanın dinamik inkişafına yeni təkan verəcək. Diqqət çəkən başqa bir önəmli cəhət isə ondan ibarətdir ki, bu layihədə uduzan tərəf olmayacaq. Prezident İlham Əliyev diqqəti ona yönəldib ki, bütün tərəfdaş ölkələr bu layihədən faydalanacaqlar: “Beləliklə, ölkəmiz üçün bu layihənin faydası aydındır. Əminəm ki, bundan həmçinin bu zalda təmsil olunan bütün ölkələr faydalanacaqlar. Biz istədiyimizə yaxşı dostluq və tərəfdaşlıq şəraitində nail olacağıq. Fikrimcə, dostluq və tərəfdaşlıq dəhlizin reallaşması üçün olduqca vacibdir”.
Beləliklə, uğurlu enerji əməkdaşlığı Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə müsbət təsir göstərən vacib elementə çevrilib. Öz iqtisadi təhlükəsizliyini maraqlı tərəflərin siyasi təzyiqlərinin asılılığından qurtarmağı hədəfləyən Avropa enerji daşıyıcılarının idxalı marşrutlarının geniş və etibarlı diversifikasiyasına nail olmağa çalışır. Karbohidrogen ehtiyatları ilə zəngin olan və geniş tranzit imkanlara malik Azərbaycan Avropanın bu həyati tələbatını qarşılamağa hazır olan ölkədir. Azərbaycan Avropa İttifaqı ölkələri ilə əməkdaşlığını, eyni zamanda, yeni istiqamətlərlə daha da zənginləşdirmək niyyətindədir. “Cənub Qaz Dəhlizi” layihəsi qarşılıqlı münasibətlərin dərinləşməsində yeni bir səhifə olacaq. Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç yeni dəhlizin Avropanın enerji təhlükəsizliyinə yeni elementlər gətirdiyini bildirib: “Biz “Cənub Qaz Dəhlizi”ni Avropanın öz enerji ehtiyatlarını necə şaxələndirməsinin bariz nümunəsi kimi görürük. Söhbət yeni ünvandan gələn yeni təchizatçı, yeni marşrut, yeni qazdan gedir. Bu, Avropanın enerji təhlükəsizliyinə, həqiqətən, yeni elementlər gətirir və bu da Avropa İttifaqına üzv ölkələr üçün çox vacibdir”.
Xorvatiyanın iqtisadiyyat naziri Tomislav Paneniç isə vurğulayıb ki, “Cənub Qaz Dəhlizi” layihəsi Xəzər dənizinin təbii ehtiyatlarının bir çox ölkələrə çatdırılmasına mühüm töhfələr verəcək.
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci iclasının Birgə Bəyannaməsində keçən dövr ərzində layihənin icrası istiqamətində görülən işlər yüksək qiymətləndirilir. Əldə olunmuş nəticələrin layihənin vaxtında və uğurla icrasına şərait yaratmaqla strateji hədəflərə çatmağa xidmət edəcəyi bildirilir. Bəyannamənin ümumi məzmunundan belə aydın olur ki, Avropa İttifaqı Azərbaycanın enerji mənbələrini şaxələndirmək təşəbbüsünü daha da genişləndirmək, “Cənub Qaz Dəhlizi”nə yeni tədarükçülər cəlb etmək niyyətindədir.
Öz növbəsində, Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsini Azərbaycan-Avropa İttifaqı münasibətlərində vacib layihə kimi səciyyələndirib. Bu baxımdan layihənin əhəmiyyətinə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Bu layihə həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər baxımından vacibdir. Enerji təhlükəsizliyi əməkdaşlığımızın mühüm elementidir”.
ABŞ-Azərbaycan əlaqələri strateji tərəfdaşlıq səviyyəsində daha da möhkəmlənir
Azərbaycan Respublikası ABŞ ilə əlaqələrə böyük əhəmiyyət verir və qarşılıqlı münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq səviyyəsində inkişafını dəstəkləyir. Öz növbəsində, ABŞ da Cənubi Qafqazın lider dövləti olan və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıyan Azərbaycanla çoxtərəfli əməkdaşlığın inkişafında maraqlıdır. İki dövlət arasındakı münasibətlərin inkişaf tarixinə nəzər salsaq, görərik ki, ABŞ-Azərbaycan əlaqələri strateji tərəfdaşlıq səviyyəsində uğurla davam etdirilir. İki ölkə arasında təhlükəsizlik, terrorizmə qarşı mübarizə ilə yanaşı, həmçinin iqtisadi sahədə, o cümlədən də enerji, logistika, nəqliyyat və digər istiqamətlərdə əməkdaşlığın uğurla genişləndiyini xüsusi vurğulamaq lazımdır.
ABŞ şirkətləri, o cümlədən də bu ölkənin maliyyə institutları respublikamızda çox aktiv fəaliyyət göstərirlər. Onlar Azərbaycandakı əlverişli investisiya mühitindən bəhrələnərək ölkəmizdə müxtəlif sahələrə məmnuniyyətlə sərmayələr yönəldirlər. ABŞ-dan Azərbaycana və Azərbaycandan ABŞ-a olunan ixracın məbləği təxminən bərabərdir. İki ölkə arasında ticarət dövriyyəsi müxtəlif mallardan ibarətdir. Bunlar petrokimya sahəsinə, kənd təsərrüfatına aid mallar və bəzi avadanlıqlardır.
ABŞ Azərbaycan neftinin və qazının dünya bazarlarına çıxarılması məsələsində ölkəmizin həyata keçirdiyi siyasəti daim dəstəkləmişdir. ABŞ-ın nüfuzlu şirkətlərinin də iştirakı ilə 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” bunun ən bariz nümunəsidir.
ABŞ, eyni zamanda, Azərbaycanın fəal iştirakı ilə həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasına güclü dəstək nümayiş etdirir. ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokştayn “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında “Cənub Qaz Dəhlizi” layihəsinin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib. O, ABŞ-ın “Cənub Qaz Dəhlizi” layihəsini dəstəkləməkdə davam edəcəyini vurğulayıb. Öz növbəsində, Azərbaycan Prezidenti İlham Əliyev də yuxarıda bəhs olunan nitqində layihəyə fəal dəstəyinə görə ABŞ hökumətinə minnətdarlıq ifadə edib: “Hesab edirəm ki, bu gün bizim artıq olduqca möhkəm əməkdaşlıq formatımız var. Mən layihədə iştirak edən bütün ölkələrin hökumətlərinə minnətdarlığımı bildirmək istəyirəm. Avropa Komissiyasına, Birləşmiş Ştatların hökumətinə bu layihənin həyata keçirilməsinə verdikləri dəyərli töhfəyə görə təşəkkürümü bildirmək istəyirəm”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30

