KİVDF-də Lefke Avropa Universitetinin nümayəndələri ilə görüş keçirilib
26.02.2016 [10:25]
Mehmet Ali Yükselen: Azərbaycanlı bacı və qardaşlarımızla birlikdə olmaq, acılarınızı paylaşmaq üçün səfərimizi bu tarixə saldıq
Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Lefke Avropa Universitetinin (LAU) nümayəndələri ilə görüş keçirilib. Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Bakıya gələn qonaqları KİVDF-nin icraçı direktoru Vüqar Səfərli salamlayıb. Tədbir iştirakçıları öncə Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Ölkənin aparıcı KİV rəhbərlərinin də qatıldığı görüşdə V.Səfərli qonaqlara bu faciə haqqında ətraflı məlumat verib. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda xalqımıza qarşı törədilmiş vəhşiliklər nəticəsində 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gələrək qətliamın qurbanı olub: “Onların 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir götürülüb, 150 nəfər itkin düşüb”.
İcraçı direktor əlavə edib ki, Azərbaycan dövləti bu qanlı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində sistemli iş aparır. Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Dialoq və Əməkdaşlıq üzrə Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” (“Justice for Khojaly!”) beynəlxalq kampaniyası çərçivəsində görülən işlər nəticəsində dünyanın 10-a yaxın dövləti, ABŞ-ın isə 20 ştatı və bir sıra beynəlxalq təşkilatlar Xocalı soyqırımını rəsmən tanıyıb və bu soyqırımını pisləyən qətnamə qəbul ediblər.
Azərbaycanın bu ağrılı günündə LAU-nun nümayəndələrinin ölkəmizə səfərinin bir daha dostluq və qardaşlıq əlaqələrinin güclü olmasından xəbər verdiyini deyən V.Səfərli: “Biz Şimali Kiprdə olduğumuz zaman orda olan hadisələr barədə də məlumatlar verildi. Biz demək olar ki, eyni faciələri yaşamışıq. Bu isə bizim bu faciələr haqqında həqiqətlərin dünyaya çatdırılması üçün hər zaman bir olmağımızı şərtləndirir”, - sözlərini də əlavə edib.
Lefke Avropa Universitetinin rektoru, prof.dr. Mehmet Ali Yükselen isə bu səfərin tarixinin heç də təsadüfi seçilmədiyini bildirib: “Bu səfərimiz Xocalı faciəsinin 24-cü ildönümünə təsadüf edir. Bu anım günündə sizlərlə - azərbaycanlı bacı və qardaşlarımızla birlikdə olmaq, acılarınızı paylaşmaq üçün səfərimizi bu tarixə saldıq. Sabah (yəni bu gün - N.A) dövlət bayraqlarımızla “Xocalı harayı” abidəsinin qarşısına gedərək faciə qurbanlarının xatirəsinə öz ehtiramımızı bildirəcəyik”.
Rektor ŞKTC-nin təhsil sistemi barədə də məlumat verib və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu bildirib ki, Xocalı soyqırımı Azərbaycanın ən yeni tarixinin ən faciəvi səhifələrindən biridir. Xocalının miladdan öncə Azərbaycanda mövcud olmuş böyük bir mədəniyyətin, Xocalı-Gədəbəy mədəniyyətinin başlanğıc nöqtəsi olduğunu xatırladan millət vəkili əlavə edib ki, ermənilərin Xocalıya qarşı bu cür amansız qətliamı, soyqırımını həyata keçirməsinin bir səbəbi də budur: “Çünki ermənilər Qafqazda məskunlaşdıqları gündən bu günə kimi burada Azərbaycan mədəniyyətinin, türk mədəniyyətinin, türk tarixinin köklərini qazımağa çalışıblar”.
“SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyev isə bildirib ki, ŞKTC ilə Azərbaycanın çox gözəl münasibəti var. Bu münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirən B.Quliyev, “Biz Kipri özümüzdən ayırmırıq. Siz Bakıya bir ziyalı kimi səfər etmisiniz, amma çox təəssüf ki, bu səfər belə bir günə təsadüf edir. İnaşallah Qarabağda sevincimizi birlikdə qeyd edəcəyik. Çox şadıq ki, yanımızdasınız”, - deyə bildirib.
Sonra “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, LAU-nun prorektorları Carolina Smochina və Akın Cellatoğlu, jurnalist Hasan Hastürer, Mütəvəlli Heyəti başqanı Özgün Faruk və başqaları çıxış edərək bu cür səfərlərin əhəmiyyətini vurğulayıblar.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

