Rusiyanın və Azərbaycanın gələcəyini xalq diplomatiyası müəyyən edəcək
20.02.2016 [09:53]
Volonterlər və tələbələr bütün xalqların dinc yanaşı yaşamasını təmin edə bilər. AZƏRTAC xəbər verir ki, Belqorod şəhərində (Rusiya) keçirilən beynəlxalq forumun ekspertləri bu qənaətə gəliblər.
Ekspertlərin diplomatiya problemlərinə həsr edilmiş forumları regionlarda o qədər də tez-tez keçirilmir. Bu baxımdan, Belqorodda keçirilən “İctimai diplomatiya: regional ölçü” mövzusunda forum çox maraqlı istisna olub. Yeddi ölkəni təmsil edən ictimai xadimlər, peşəkar diplomatlar və politoloqlar diskussiya və “dəyirmi masa” tədbirlərində həmhüdud problemləri müzakirə edərək hamılıqla bu fikrə gəliblər ki, ictimai diplomatiya müasir cəmiyyətdə mövcud dövlətlərarası problemləri həll etməyə imkan verən ən perspektivli vasitələrdən biridir.
İctimai diplomatiya və ya xalq diplomatiyası dövlətlər arasında əməkdaşlıq problemlərinin həllinə ictimaiyyətin cəlb edilməsini nəzərdə tutur. Bunu ən müxtəlif yollarla, məsələn volonterlər hərəkatı, tələbə mübadiləsi, festivallar vasitəsilə həyata keçirmək olar. Təcrübə göstərir ki, bu, müxtəlif ölkələrin vətəndaşları, müxtəlif millətlərin nümayəndələri arasında horizontal insani əlaqələr yaratmağa kömək etməklə xalqları bir-birinə bağlayan ən möhkəm tellərdir.
Rusiya ilə Azərbaycan arasında münasibətlər rəsmi diplomatiya ilə xalq diplomatiyasının uzlaşdırılmasının əyani nəticəsidir. Bu gün Rusiya Federasiyasının 85 subyektindən 75-i Azərbaycanla birbaşa əlaqə saxlayır. İqtisadiyyat, turizm və humanitar sahələrdə əlaqələr, heç şübhəsiz, hər iki tərəfin xeyrinə və hər iki tərəfin maraqlarına uyğundur. Rusiya-Azərbaycan Dostluq Mərkəzinin rəhbəri Nataliya Krasovskaya qeyd edib ki, turizm, müştərək forumlar keçirilməsi, mədəni və təhsil layihələrinin mübadiləsi adi insanlar səviyyəsində qeyri-formal əlaqələri genişləndirir, bununla da çoxsaylı miflərin əsassız olduğunu göstərir. Ekspert vurğulayır: “Bu gün hər iki ölkənin ən yaxşı məkanlarında keçirilən Rusiya-Azərbaycan birgə mədəni tədbirlərin orbitinə çoxlu insan cəlb olunur. Müxtəlif festivallar, bədii sərgilərin, yaradıcı kollektivlərin mübadiləsi artıq normaya çevrilib. Bu gün minlərlə Azərbaycan vətəndaşı Rusiyanın ali məktəblərində təhsil alır. Azərbaycanın təhsil müəssisələrində rus dilində oxumaq imkanı var, Bakıda isə hətta Rusiya ali məktəblərinin filialları fəaliyyət göstərir”.
Forumun iştirakçılarından biri - RF Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının (RXTDQA) beynəlxalq əməkdaşlıq kafedrasının müdiri Səməd Səmədov ictimai diplomatiyaya gənclərin, ilk növbədə tələbələrin geniş cəlb edilməsinin zəruriliyini vurğulayıb. O deyib: “Xarici ölkələrdən olan tələbələrin ali məktəblərə cəlb edilməsi xalq diplomatiyasının ən fəal şəkildə istifadə edilən vasitələrindən biridir. Ona görə ki, məzunlar təhsil aldıqları ölkənin mədəniyyəti ilə qaynayıb-qarışır, onların həmin ölkədə dostları, səmimi münasibətləri qalır. SSRİ-də bu metoddan geniş istifadə edilirdi, amma indi bu işin miqyası azalıb. RF ali məktəbləri bizim həyat tərzini xaricə translyasiya edən ictimai diplomatiya mərkəzləri kimi çıxış etməlidirlər”.
Forumun bütün iştirakçıları S.Səmədovun haqlı olduğunu etiraf ediblər. Xüsusən ona görə ki, hazırda tələbələrin, o cümlədən yaxın xaric ölkələrindən olan gənclərin Rusiya universitetlərinə cəlb edilməsi üçün həqiqətən fəal iş aparılır. Təhsil sahəsində Azərbaycanla əməkdaşlığa aid nümunələr real vəziyyəti əyani şəkildə nümayiş etdirir. Bu gün həmin əməkdaşlıq elə səviyyəyə çatıb ki, artıq vahid təhsil məkanı yaradılmasından söhbət gedə bilər.
Rusiya Elmlər Akademiyasının (REA) Arxangelsk Elmi Mərkəzinin böyük elmi işçisi Andrey Podoplyokin qeyd edib ki, bu gün həmin Elmi Mərkəz Rusiya Federasiyasının vəsaitləri hesabına təhsil almaq üçün sifarişlər qəbul edir və azərbaycanlı tələbələrin buraya cəlb edilməsində çox maraqlıdır. A.Podoplyokin bildirib ki, hazırda Arxangelskdə beş minə yaxın azərbaycanlı yaşayır. Onların təxminən 60 faizinə Rusiya vətəndaşlığı verilib və azərbaycanlı tələbələr xalqlar arasında dostluq əlaqələri yaradılmasına yönəlmiş fəal həyat mövqeləri ilə fərqlənirlər. Gənclər Rusiyaya gələndən sonra ictimai diplomatiya ilə fəal məşğul olur, yaşıdlarında Azərbaycan xalqının mədəniyyətinə, adət və ənənələrinə maraq oyatmağa çalışırlar.
Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev deyir: “Belqorod forumu əlamətdar hadisədir, çünki bu forum aşağıdan göstərilən təşəbbüs əsasında keçirilib. Gördüyünüz kimi, həm dövlət qurumlarının nümayəndələri, həm də ictimaiyyətçilər razılaşırlar ki, bu gün xalq diplomatiyasının geniş tətbiq edilməsi məsələsi aktuallaşıb. Ona görə ki, istər Rusiyanın, istər Azərbaycanın, istərsə də Serbiyanın, Almaniyanın, Belarusun - bir sözlə, dünyanın bütün ölkələrinin gələcəyi məhz xalq diplomatiyasının köməyi ilə yaradıla biləcək əlaqələrlə müəyyən olunur”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21

