/ / XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində ardıcıl tədbirlər görülür
XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində ardıcıl tədbirlər görülür
19.02.2016 [09:43]
Əli Həsənov: Məqsədimiz erməni xalqının üzərində hakimiyyətə gələn bugünkü cinayətkar Ermənistan rejimini, bu rejimə rəhbərlik edən həmin cinayətkar insanları dünyaya tanıtmaqdır
Azərbaycanın dövlət siyasətinin mühüm istiqamətlərindən birini ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması təşkil edir. Eyni zamanda, Dağlıq Qarabağ və yeddi ətraf rayonun Ermənistanın işğalından azad edilməsi istiqamətində göstərilən fəaliyyətin tərkib hissəsi olaraq Azərbaycan həqiqətlərinin təbliği, xalqımıza qarşı törədilən vəhşiliklərin dünyaya çatdırılması məqsədilə daimi iş aparılır. Bu baxımdan, XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının dünyada tanıdılması böyük önəm daşıyır. Hadisənin detalları erməni qəsbkarlarının etnik mənsubiyyətinə görə azərbaycanlıları, bütöv bir şəhərin əhalisini məhv etmək məqsədilə törətdiyi insanlıq əleyhinə cinayətin məhz soyqırımı olduğunu nümayiş etdirir.
Xocalı həqiqətlərinin dünyada tanıdılması, bu faciənin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülüb
Ümumiyyətlə, son zamanlar Xocalı həqiqətlərinin dünyada tanıdılması, bu faciənin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülüb. Yeri gəlmişkən, macarıstanlı rejissor Erik Boqnarın Qarabağ həqiqətlərindən bəhs edən “Atəşkəs” sənədli filminin təqdimat mərasimində Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu məsələyə toxunaraq deyib ki, Xocalı faciəsindən 24 il keçməsinə baxmayaraq, bununla bağlı həqiqətləri, real faktları, törədilmiş faciənin miqyasını və ümumiyyətlə, bir xalqa qarşı törədilmiş etnik soyqırımının bütün dəhşətlərini yalnız son illərdə bəşəriyyətə çatdıra bilmişik. Onun sözlərinə görə, Azərbaycan xalqına qarşı bu soyqırımını indiki Ermənistana rəhbərlik edən bəzi siyasətçilər, o cümlədən Ermənistan prezidenti də daxil olmaqla, Cənubi Qafqazda separatçılıq hərəkatına başlayan bir qrup həyata keçirib: “Biz, əlbəttə, bu həqiqətləri dünyaya çatdırmaqla heç də Azərbaycan xalqında, tərəqqipərvər bəşəriyyətdə erməni xalqına nifrət aşılamaq məqsədi güdmürük. Biz erməni xalqını bu gün də düşmənimiz saymırıq. Məqsədimiz erməni xalqının üzərində hakimiyyətə gələn bugünkü cinayətkar Ermənistan rejimini, bu rejimə rəhbərlik edən həmin cinayətkar insanları dünyaya tanıtmaqdır”.
Heydər Əliyev Fondunun fəaliyyəti çərçivəsində Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində müstəsna işlər görülüb
Bunlarla yanaşı, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər çərçivəsində Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Fond Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Fondun dəstəyi ilə hər il müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası da real və konkret nəticələrini verməkdədir. Bu kampaniya təkcə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrini əhatə etmir, Avropa məkanında, ABŞ-da, Rusiyada da bu deviz altında genişmiqyaslı tədbirlər keçirilir. Bu kampaniya çərçivəsində görülən işlər dünya ictimaiyyətinin Qarabağ münaqişəsi və Xocalı soyqırımı həqiqətlərindən xəbərdar olmasına imkan verir.
Qeyd etdiyimiz kimi, son illər Xocalı həqiqətlərinin dünyada tanıdılması, Ermənistanın həyata keçirdiyi bu cinayətin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülüb, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə mühüm nailiyyətlərə imza atıb. Vurğulayaq ki, 2010-cu ildə İƏT-ə üzv ölkələrin parlamentləri “Xocalıya ədalət!” kampaniyasını dəstəkləyən xüsusi qətnamə qəbul edib. Qətnamədə Xocalı faciəsi “Erməni silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı kütləvi soyqırımı” və “İnsanlığa qarşı cinayət” kimi qiymətləndirilib.
Beynəlxalq kampaniya dünyanın müxtəlif ölkələrində Xocalı faciəsi ilə bağlı real faktların foto və film sərgiləri, internet, beynəlxalq konfranslar və nümayişlər, o cümlədən aparıcı beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərin keçirilməsi vasitəsilə çatdırılmasını nəzərdə tutur. Kampaniya və buna oxşar təşəbbüslər dünyadakı ədalətsizliyi aradan qaldırmaqla, bəşəriyyətə sülh, əmin-amanlıq gətirir. “Xocalıya ədalət!” kampaniyası bütün dünyada insanları müharibəyə, ədalətsizliyə qarşı çıxmağa səsləyir. Kampaniya Azərbaycan gəncliyinin Qarabağ həqiqətlərini, münaqişənin həllində ölkəmizin ədalətli mövqeyini və Xocalı soyqırımını bütün təfərrüatı ilə dünya ictimaiyyətinin diqqətinə çatdırması baxımından müasir tariximizin mühüm mərhələsi olub. Ümumiyyətlə, bu günədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində bu faciə ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilib, kitablar nəşr olunub, filmlər çəkilib.
Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son illər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlərdən söz açıb və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, təqdim olunan ekran əsəri də məhz bu istiqamətdə aparılan işlərə bir dəstəkdir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21

