Bahar Muradova: Süngü ucunda demokratiya gətirmək cəhdləri bütün dünyanı təhdid altına alıb
19.02.2016 [09:42]
“Türkiyədə növbəti dəfə çox sayda insanı əhatə edən terror hadisəsinin baş verməsini çox böyük narahatlıqla qarşıladıq və hesab edirik ki, bu, Türkiyəyə qarşı yönəlmiş planların, qəsdlərin tərkib hissəsindən biridir”. Bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
B.Muradova bildirib ki, bu hadisə Türkiyənin bir dövlət olaraq həm ölkə daxilində, həm də ümumiyyətlə terrora qarşı mübarizədə həyata keçirdiyi aktiv fəaliyyətin narahat etdiyi dairələrin də işi ola bilər: “Türkiyənin daxilindəki birlik, öz mövqeyində, siyasətində ardıcıllıq bir çox dairələri narahat edir. Hesab edirəm ki, bu terror hadisəsi onu içəridən sarsıtmaq istiqamətində atılan bir addımdır. Mən bu hadisədən hədsiz dərəcədə narahat olduğumu vurğulayıram, qardaş xalqa qarşı yönəlmiş belə hadisələri qətiyyətlə pisləyir və onların bugünkü dərdlərinə, ağrılarına şərik oluram. Həlak olanların yaxınlarına Allahdan rəhmət diləyirəm. Eyni zamanda, hesab edirəm ki, belə terror hadisələri ilə Türkiyəni tutduğu yoldan, inkişafdan, haqq-ədalət uğrunda mübarizəsindən çəkindirmək mümkün olmayacaq. Türkiyə dövlətçiliyi, ərazi bütövlüyü uğrunda qətiyyətli mövqeyini, iradəsini hər zaman ortaya qoyacaq. Qardaş xalqa “Başın sağ olsun” söyləməklə yanaşı, “Qürurla başını dik tut!” da demək istəyirəm”.
Vitse-spiker deyib ki, bütün tərəqqipərvər bəşəriyyət, dünya dövlətləri və xalqları harada baş verməsindən asılı olmayaraq, terrora qarşı olmalı, bir mövqedən çıxış etməlidirlər: “Çünki getdikcə bu dəhşətli bəla dünyanın bütün ölkələrini və xalqlarını təhdid edir. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət terrora qarşı bütün səylərini birləşdirməli və terror qrupları yaradan, onları maliyyələşdirən, silahla təmin edən dairələr son nəticədə bu prosesin onların özünə qarşı çevriləcəyini də unutmamalıdırlar”.
Türkiyədə terrorun miqrant kimi ölkəyə daxil olan Suriya vətəndaşı tərəfindən törədilməsi məsələsinə münasibət bildirən B.Muradova qeyd edib ki, miqrantların üz tutduğu ölkələrin hamısına miqrantlar içərisində terrorçu qruplar, ayrı-ayrı şəxslər daxil ola bilər: “Biz hələ Suriya hadisələri başlamamış, dünyanı geniş miqyaslı terror bürüməmiş zamanda da Azərbaycanın üzləşdiyi terror hadisələri ilə bağlı qənaətləri beynəlxalq təşkilatlarda bölüşmüşdük. Mən şəxsən ATƏT-in Parlament Assambleyasında bu hadisələrdən heç kimin sığortalamadığını vurğulamışdım və terrora qarşı səyləri birləşdirməyin vacib olduğunu bildirmişdim. Zaman keçir və biz bir daha əmin oluruq ki, Ermənistan vasitəsilə Dağlıq Qarabağ ərazisinə köçürülən erməni əsilli vətəndaşların içərisində terrorçular gəldiyi, bu ərazidə ən müxtəlif terror hadisələri törətdiyi kimi, eləcə də terrorçular Türkiyəyə, o cümlədən Avropa dövlətlərinə də daxil ola bilirlər. Ona görə də hesab edirəm ki, ilk növbədə miqrant axınının qarşısını almaq istiqamətində səylər göstərilməlidir. Yəni miqrant axınının mənbəyinə təsir göstərən addımlar atılmalıdır. Axı bu miqrant axınını törədən səbəblər var. Bu, ayrı-ayrı ərəb ölkələrinə, Afrika qitəsində yerləşən ölkələrə edilən müdaxilələrin nəticəsində meydana gəlib. Əlbəttə ki, bu ölkələrdə sabitliyin əldə olunmasına, bu ölkələrə kənardan müdaxilələrin aradan qaldırılmasına çalışmaq lazımdır. Hər bir ölkənin xalqları öz ölkələrində kimin ölkəyə rəhbərlik etməsi barədə qərarı özləri qəbul etməlidirlər. Əlbəttə, bu ölkələrə süngü ucunda demokratiya gətirmək cəhdləri sonda ümumiyyətlə, bütün dünyanı təhdid altına aldı. Ona görə düşünürəm ki, başqa ölkələrin daxili işinə qarışmaq niyyətində olanlar və buradan da öz maraqlarını güdənlər sonda özləri də çox böyük bəla ilə üz-üzə qalacaqlar. Nə qədər gec deyil, imkan yaratmaq lazımdır ki, hər bir ölkə öz daxili münasibətlərini özü müəyyən etsin”.
B.Muradova həmçinin əlavə edib ki, miqrantlardan kimin dinc vətəndaş, kimin terrorçu olmasını müəyyən etmək üçün mexanizmlər yaradılmalı, təhlükəsizlik tədbirlərinə ciddi diqqət yetirilməlidir.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10

