Yaponiya Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır
17.02.2016 [10:02]
Xəbər verdiyimiz kimi, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyevanın başçılığı ilə nümayəndə heyəti Yaponiyada səfərdədir.
Nümayəndə heyətinə YAP Siyasi Şurasının üzvləri, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, deputat Sevinc Hüseynova və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyev daxildirlər. Nümayəndə heyətinin keçirdiyi görüşlərdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə də iştirak edir.
Fevralın 16-da Azərbaycan nümayəndə heyətinin Yaponiya Nümayəndələr Palatasının xarici əlaqələr komissiyasının sədri Nobuo Kişi ilə görüşü keçirilib. Görüşdə Yaponiya Xarici İşlər Nazirliyinin yüksək vəzifəli əməkdaşları iştirak ediblər.
N.Kişi son illər böyük uğurlara imza atan Azərbaycanın regionun lider dövlətinə çevrildiyini vurğulayıb. Yaponiyanın bu uğurlara sevindiyini bildirən komissiya sədri iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiyini söyləyib.
Dəvətə görə təşəkkür edən S.Fətəliyeva Azərbaycanın Yaponiya ilə bütün sahələrdə əlaqələrin inkişafında maraqlı olduğunu deyib. Bildirib ki, hər iki ölkənin hakim partiyalarının nümayəndələrinin, parlament üzvlərinin qarşılıqlı səfərləri, eyni zamanda, dövlətlərimizin də əlaqələrinin inkişafına xidmət edir. Ölkəmizin əldə etdiyi iqtisadi nailiyyətlər haqqında məlumat verən S.Fətəliyeva bildirib ki, regionun lider dövləti olan Azərbaycan Yaponiya ilə siyasi münasibətləri inkişaf etdirməklə yanaşı, mövcud iqtisadi əməkdaşlığın daha da əhatəli olmasına çalışır.
Yaponiya ilə Azərbaycan arasında çox yaxşı münasibətlərin mövcud olduğunu qeyd edən N.Kişi bildirib ki, istər siyasi, istərsə də iqtisadi sahələri əhatə edən əlaqələr dostluq və qarşılıqlı faydalı əməkdaşlıq üzərində qurulub. Hər iki ölkənin qarşılıqlı əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük potensial var. Bu potensialdan istifadə edərək əlaqələri daha da inkişaf etdirmək lazımdır.
Görüşdə iki ölkənin parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
* * *
Həmin gün Azərbaycan nümayəndə heyətinin Yaponiya Nazirlər Kabineti baş katibinin müavini Hiroşiqe Seko ilə görüşü keçirilib. Görüşdə Yaponiya Xarici İşlər Nazirliyinin Avropa bürosunun baş direktorunun müavini, GUAM üzrə xüsusi nümayəndə Toşihiro Aiki, Avropa İdarəsinin Mərkəzi Asiya və Qafqaz şöbəsinin əməkdaşı Toşifumi İto da iştirak ediblər.
Son illər sürətli inkişafı ilə Azərbaycanın regionun lider dövlətinə çevrildiyinə diqqət çəkən H.Seko Yaponiyanın ölkəmizlə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib.
Görüşdə ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

