YAP-ın iqtisadi ideyası Azərbaycanın iqtisadi tərəqqisinə xidmət edir
13.02.2016 [11:24]
Eldar İbrahimov: Komissiyamız hesab edir ki, Azərbaycanın iqtisadi uğurlarının, davam etdirilən islahatların, nəzərdə tutulan hədəflərin daha geniş formatda təbliğ-təşviq olunmasına ehtiyac var
Məlum olduğu kimi, dünyada baş verən maliyyə-iqtisadi böhranı bir çox ölkələrə mənfi təsir göstərir. Neftin qiymətinin də dünya bazarında kəskin ucuzlaşması bir sıra problemlər yaradır. Hazırda Azərbaycanda bu vəziyyətdən minimum itkilərlə çıxmaq üçün dövlət səviyyəsində ciddi addımlar atılır. Eyni zamanda, görülən işlər cəmiyyətdə geniş təbliğ olunur. Fevralın 11-də Yeni Azərbaycan Partiyasının (YAP) İqtisadi məsələlər komissiyasının iclasında da bu istiqamətdə geniş müzakirələr aparılıb. İclas “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunları: ölkə əhalisinin sosial müdafiəsində hökumətin həyata keçirdiyi siyasətin əsas istiqamətləri” mövzusunda olub.
Ümumiyyətlə, YAP-ın İqtisadi məsələlər üzrə komissiyasının məqsəd və vəzifələrindən danışan komissiyanın sədri, partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, YAP-ın iqtisadi ideyası, təşəbbüsləri, iqtisadi platforması dövlətin iqtisadi siyasətinin mühüm tərkib hissəsi olmaqla Azərbaycanın iqtisadi tərəqqisinə xidmət edir. Onun sözlərinə görə, iqtisadi inkişafın sürətlənməsi və iqtisadiyyatın müasir çağırışlara əsaslanan yeni model əsasında qurulması YAP-ın İqtisadi məsələlər üzrə komissiyası qarşısında da bir sıra mühüm vəzifələr qoyur: “YAP-ın İqtisadi məsələlər komissiyası hesab edir ki, Azərbaycanın iqtisadi uğurlarının, davam etdirilən islahatların, nəzərdə tutulan hədəflərin daha geniş formatda və yeni metodlarla ölkə ictimaiyyətinə təqdim olunmasına, təfərrüatlı şəkildə təbliğ-təşviq olunmasına ehtiyac var. Azərbaycanın ən güclü siyasi təşkilatı kimi ən yeni tariximizin 24 illik dövrünə möhürünü vuran, yüzminlərin siyasi əqidəsinin monolitliyinin və milyonların etimadının vəhdəti olan YAP və onun İqtisadi məsələlər üzrə komissiyası “Nikbin gələcək, sosial zənginlik, qüdrətli dövlət” tezisini özünün ali şüarı elan edərək ölkəmizin uğurlu, dayanıqlı inkişafının təmin edilməsi, Azərbaycanın daha da qüdrətli dövlətə çevrilməsi yolunda bir sıra tədbirləri özünün fəaliyyət fəlsəfəsi hesab edir. Komissiyanın fəaliyyət strategiyasının əsas məzmunu iqtisadi proseslərdə yaxından iştirak etmək, ölkə iqtisadiyyatının hər bir bölməsi ilə bağlı baş verən yeniliklərin cəmiyyətə geniş ictimai təqdimini həyata keçirmək, ölkənin iqtisadi inkişaf strategiyasının elmi-konseptual-analitik şərhini reallaşdırmaqdan ibarətdir”.
E.İbrahimovun sözlərinə görə, bunların sırasına Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı elmi-iqtisadi tədbirlərin təşkil olunması, ölkənin tanınmış iqtisadçılarının iştirakı ilə “dəyirmi masa”ların təşkil olunması, KİV-lərin iştirakı ilə müntəzəm şəkildə aylıq iqtisadi xülasə formatında konfransların keçirilməsi, Azərbaycanın sosial-iqtisadi inkişaf göstəricilərinin təhlili əsasında analitik icmalların hazırlanması və s. daxildir.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının ikinci ilində görülən işlərlə bağlı fikirlərini bildirən komissiya sədri xatırladıb ki, Prezident İlham Əliyev bu il yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında və yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına dair konfransda geniş nitq söyləyib: “Konfransda qeyd edilib ki, son illərdə dövlətin güzəştli kreditləri hesabına 43 müasir quşçuluq və 25 heyvandarlıq kompleksinin, 39 intensiv bağçılıq təsərrüfatının, 53 loqistik mərkəzin və 22 taxıl anbarının, 16 meyvə-tərəvəz emalı, 9 süd emalı, 8 ət emalı müəssisəsinin, 28 çörək zavodunun, 46 istixana kompleksinin, 6 yem zavodunun yaradılması təmin edilib. Konfransda Prezidentimiz aqrar sahənin yol xəritəsini müəyyənləşdirib. Kənd təsərrüfatı sahəsinə verilmiş vergi güzəştləri nəticəsində son 10 ildə 2 milyard manatdan artıq vəsait sahibkarların sərəncamında qalıb. 2007-2015-ci illərdə yalnız yanacaq və motor yağlarına, buğda və çəltik əkinlərinə, mineral gübrələrə və reproduksiyalı toxumlara və tinglərə görə fermerlərə dövlət büdcəsindən 1 milyarddan çox subsidiya verilib. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2005-2015-ci illər ərzində müxtəlif növ kənd təsərrüfatı texnikası, texnoloji avadanlıqlar, mineral gübrələr, damazlıq heyvanlar alınaraq hüquqi və fiziki şəxslərə güzəştli şərtlərlə lizinqə verilməsinə və ya lizinq yolu ilə satılmasına 700 milyon manatdan çox büdcə vəsaiti ayrılıb. Bu illər ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilmiş 1,2 milyard manat güzəştli kreditlərin 936 milyon manatı və ya 78 faizi regionların payına düşüb. Bu isə kənd təsərrüfatının və son nəticədə regionların iqtisadi inkişafına imkan verib”.
Bütün bunlarla yanaşı, E.İbrahimov aqrar sahənin böyük potensialının olduğunu bildirib. O qeyd edib ki, xüsusilə pambıqçılıq inkişaf etdirilməlidir: “Pambığın 1 kiloqramını zavodlar fermerlərdən 42 qəpiyə alır. Bu çox azdır. Ölkədə pambıq, şəkər çuğunduru və soya əkinlərini genişləndirmək lazımdır. Yüngül sənayeni inkişaf etdirmək zəruridir. Tütün və çayçılıq, baramaçılıq inkişaf etdirilməlidir. Bütün bunlar üçün yaxşı imkanlar var”.
Xatırladaq ki, komissiyanın iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məruzəçi qismində çıxış edərək görülən işlər barədə geniş məlumat verib. Eyni zamanda, Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev çıxış edərək fikirlərini bildirib. Ş.Hacıyev qeyd edib ki, Azərbaycan cəmiyyətində insanların iqtisadi maarifləndirilməsinə ehtiyac var: “Qlobal miqyasda götürsək, bütün ölkələrdə baş verən, istər neqativ, istərsə də pozitiv proseslərin kökündə iqtisadi maraqlar dayanır. Azərbaycan da dünyanın ayrılmaz tərkib hissəsi olduğu üçün baş verən proseslər ölkəmizdən yan keçə bilməz. Bu bir aksiomdur. Dünyanın aparıcı ölkələrinin iqtisadiyyatlarında azalma müşahidə edilir. 2015-ci ildə dünyada qlobal ümumi məhsul 74,5 trln. dollar həcmində olub. 2014-cü ildə isə bu rəqəm 77,35 trln. olub. Baxın nə qədər azalma baş verib. Azərbaycanın isə ÜDM-i 55 milyard dollar həcmində olub. Bütün bunları nəzərə alaraq qeyd olunmalıdır ki, Azərbaycanda aparılan düzgün siyasət ölkəmizi kataklizmlərdən qoruya bilib. Kiçik dövlət olmağımıza baxmayaraq böyük dövlətlərlə eyni səviyyədə addımlayırıq”.
Qeyd edək ki, YAP-ın İqtisadi məsələlər üzrə komissiyası il ərzində iqtisadi mövzuya həsr olunmuş bir sıra tədbirlər keçirəcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59

