AXC-Müsavat hakimiyyəti Azərbaycan xalqı üçün böyük bəla olub
02.02.2016 [10:02]
1992-ci ildə hakimiyyəti qeyri-qanuni yolla zəbt etmiş bu cütlüyün yarıtmaz fəaliyyəti nəticəsində Azərbaycan yenicə qazandığı müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi
1993-cü ilin iyununda Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müasir, müstəqil Azərbaycanın əsasını qoymaqla yanaşı dövlətçiliyimizin xilasını da təmin etdi. Həmin dövrdə hakimiyyəti zəbt etmiş bəzi qüvvələrin səriştəsizliyi, milli maraqlara zidd, eləcə də ölkə daxilində hərc-mərcliyə rəvac verən və vətəndaş qarşıdurmasına gətirib çıxaran fəaliyyəti gənc müstəqil Azərbaycan dövlətini uçurumun bir addımlığına çatdırmışdı.
1992-ci ildə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş AXC-Müsavat cütlüyü dövləti və xalqı təhlükə qarşısında qoymuşdu
Sirr deyil ki, 1992-ci il mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən qeyri-sağlam fəaliyyəti ilə yadda qaldı. Məntiqsiz, bir-birini təkzib edən fərmanlar, özbaşınalıqlar bu şəxslərin ölkəni idarə edə bilməyəcəyini göstərirdi.
Hakimiyyətə yiyələnmiş AXC-Müsavat cütlüyünün səriştəsizliyi addımbaşı öz ağır nəticəsini göstərirdi və ictimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda vəziyyət gündən-günə ağırlaşırdı, fərarilik halları getdikcə artırdı, silahlı qüvvələr adlanan könüllü qruplaşmalar mərkəzi hakimiyyətə tabe olmurdu, özlərini sərbəst aparır, düşmənlə vuruşmaqdansa şəxsi maraqların və maddi mənafenin girovuna çevrilirdi. Gənc respublikada hakimiyyətə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında qızğın mübarizə gedirdi.
Prezident İlham Əliyev yanvarın 29-da ölkə gənclərinin bir qrupu ilə görüşdə bu məsələyə toxunaraq bildirib ki, Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyəti xalqımız üçün böyük bəla, böyük biabırçılıq idi: “O vaxt problemlərimizdən biri də hakimiyyətdə olan adamların təcrübəsizliyi, bəzi hallarda xəyanəti olmuşdur. Çünki siz gənclər təbii ki, o illəri xatırlamırsınız. Əlbəttə ki, bizim nəsil - o illəri yaşamış insanlar kimi biz o dövrü yaxşı xatırlayırıq. Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyəti xalqımız üçün böyük bəla, böyük biabırçılıq idi. 1992-ci ildə onlar hakimiyyəti qanunsuz yollarla zəbt etmişdilər”.
AXC üçün Dağlıq Qarabağ məsələsi hakimiyyətə gəlmək üçün vasitə idi
AXC-Müsavat hakimiyyətinin Azərbaycan xalqına vurduğu ən böyük zərbə isə Dağlıq Qarabağın itirilməsi, torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsi faktı oldu. Hələ 1991-92-ci illərdə Azərbaycanda hakimiyyətdə olan qüvvələri yıxmaq, hakimiyyəti ələ keçirmək üçün Dağlıq Qarabağ “kart”ından istifadə etməyi planlaşdıran AXC təmsilçiləri regionlarda olan strukturların fəaliyyətini iflic hala salır, cəbhə bölgələrində döyüşən silahlı dəstələri öz nəzarətləri altına alır, lazımi anda isə həmin dəstələri məhz özlərinin maraqlarına uyğun davranmağa istiqamətləndirirdilər. Bir sıra rayonlarda hətta xalqın üstünə silah çəkərək qarşıdurmalar yaradır, həmin bölgələrdə siyasi hakimiyyəti əldə etmək üçün vətəndaş qarşıdurmasına belə rəvac verirdilər. Şuşanın, Laçının xəyanət əsasında işğal edilməsi birmənalı şəkildə AXC-nin hakimiyyətə gəlməsi planının tərkib hissəsi idi. AXC rəhbərlərinin birdən-birə “səhra komandiri” cildinə girərək öz ətraflarında silahlı dəstələr yaratması, bu faktı bir daha təsdiqləyir. Mərkəzi hakimiyyəti zəbt etmək üçün yerlərdə bu planı həyata keçirən AXC rəhbərliyi sonradan, yəni 1992-ci ilin may ayından etibarən həmin silahlı dəstələri Bakıya gətirərək Dağlıq Qarabağı müdafiəsiz qoydular. Bakıya gətirilən həmin silahlı dəstələr isə Ali Sovetin AXC təmsilçiləri tərəfindən zəbt olunmasına, öz istəklərinə uyğun şəkildə davranış sərgiləmələrinə rəvac verdi.
Prezident İlham Əliyev gənclərlə sözügedən görüşdə də vurğulayıb ki, həmin şəxslər Şuşanın, Laçının işğalına sevinirdilər və bu faktdan hakimiyyətə gəlmək üçün istifadə edirdilər: “O vaxt Dağlıq Qarabağda qanlı döyüşlər gedirdi. Ancaq onların əsas məqsədi nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək idi. Hətta bəziləri sevinirdilər ki, Şuşa, Laçın işğal altına düşüb və bu, tezliklə əvvəlki hakimiyyətin yıxılmasına gətirib çıxaracaqdır. O vaxtkı tarix çox acınacaqlıdır, çox ağırdır, o, tariximizin qara səhifələridir”.
Səriştəsiz AXC-Müsavat hakimiyyətinin rəhbərləri təsadüfi şəxslərdən ibarət idi
1992-ci ildə hakimiyyəti zəbt etmiş, Dağlıq Qarabağın erməni işğalına məruz qalmasında əsas roy oynamış bu insanların dövləti idarə etmək təcrübələri isə sıfra bərabər idi. Məsələn, o dövrün AXC-Müsavat hakimiyyətinin ən “parlaq” nümayəndələrindən biri sayılan İsa Qəmbər kiçik elmi işçi idi və onun dövlət idarəçiliyi təcrübəsi yox idi. Parlamentin sədri kimi məsuliyyətli bir vəzifəni “qamarlayan” İsa Qəmbərə xitabən deyilən “əllərin qana batıb” ifadəsi unudulmayıb və onun torpaqlarımızın işğal edilməsində, vətəndaş qarşıdurmasının yaranmasındakı “xidmətləri” də yaddan çıxmayıb.
Baş nazir postuna “layiq görülmüş” Pənah Hüseynov isə xırda, mövsümi ticarətlə məşğul olan bir insan idi. Bu şəxs baş nazir olaraq heç bir iradə, qətiyyət nümayiş etdirə bilmirdi və dövlət idarəçiliyindən çox uzaq bir adam idi.
Həmin dövrün dövlət katibi Əli Kərimov da bir çox “məziyyətləri” ilə yadda qalanlardandır. Ən əsası, öz partiyadaşları tərəfindən də hər zaman xəyanətkar kimi təqdim olunan Ə.Kərimovun AXC-yə qoşulmamışdan öncəki “komsomol”çu, qoşulandan sonrakı “Yurd”çu fəaliyyəti mütəmadi olaraq müzakirə mövzusuna çevrilib. Hətta sonradan öz lideri Əbülfəz Elçibəyə belə xəyanət etmiş, AXCP-ni ələ keçirmək üçün min bir oyuna əl atmış Ə.Kərimovun kimliyi Azərbaycan xalqına yaxşı bəllidir.
O ki qaldı müdafiə naziri Rəhim Qazıyevə, onun Şuşa xəyanəti o dövrün hakimiyyətinin Azərbaycan xalqına vurduğu ən böyük zərbədir. Sonradan məhkəmə qarşısında günahı sübuta yetirilən R.Qazıyev bu xəyanətlərinin cəzasını alaraq məsuliyyətə cəlb olundu.
AXC-Müsavat hakimiyyətinin daxili işlər naziri postunu tutmuş İsgəndər Həmidov isə özbaşınalıqları ilə “məşhurlaşmışdı”. Onun rəhbərliyi altında çapqınçılıq, quldurluq əməlləri ilə məşğul olan, kəndlərimizi ermənidən qabaq talayan silahlı dəstə Bakıda bütün müəssisələrdən qeyri-qanuni pul yığmaqla məşğul idi.
AXC-Müsavat hakimiyyətinin xarici işlər naziri Fizika İnstitutunun kiçik elmi işçisi Tofiq Qasımov (?!) nəinki heç bir diplomatik təcrübəyə malik deyildi, hətta heç bir xarici dili belə bilmirdi. Bu cür “kadr”larla dövləti idarə etməyə çalışan AXC-Müsavat cütlüyü Azərbaycan dövlətçiliyini böyük bir təhlükə ilə üz-üzə qoymuşdu.
Prezident İlham Əliyev gənclərlə görüşündəki nitqində bu məsələyə də toxunaraq bildirib ki, bu adamlar nəinki ölkəni, heç kolxozu belə idarə edə bilməzlər: “... Əgər o vaxt Azərbaycana rəhbərlik edənlərin şəxsiyyətlərinə nəzər salsaq, heç bir şərhsiz görərik ki, bu adamlar nəinki ölkəni, bir kolxozu da idarə edə bilməzlər. İndi gənclər təbii ki, bu tarixi, əlbəttə, bilə bilməzlər. Amma baxın, kimlər Azərbaycanı idarə etmişlər. Parlamentin sədri kiçik elmi işçi idi, 11 il ərzində kiçik bir dissertasiyanı müdafiə edə bilməmişdi. Baş nazir, yumşaq desək, ticarətlə məşğul idi, kiçik ticarətlə, özü də o ticarət mövsümi xarakter daşıyır. Dövlət katibi komsomolçu idi - sonradan flyuger kimi əqidəsini dəyişmiş və xalq hərəkatına qoşulmuş birisi. Ondan sonrakı dövrdə də bir neçə dəfə əqidəsini dəyişmişdi. Hətta 1990-cı illərin ortalarında hakimiyyətlə sıx əlaqədə olaraq parlamentdə də təmsil olunurdu. Ancaq silahdaşları, yoldaşları onu yaxşı tanıyırlar. Ağır vaxtda öz liderinə xəyanət etmiş insan, əlbəttə ki, yüksək keyfiyyətlərə malik ola bilməz. Müdafiə nazirinin Şuşanın ermənilərə verilməsində bilavasitə əli, günahı var. Daxili işlər naziri canlı efirdə bir müxalifət nümayəndəsini döymüşdü. Görün, hüquq-mühafizə orqanının yüksək vəzifəli şəxsi veriliş gedə-gedə nə isə onun xoşuna gəlməyib, gedib studiyaya, onu xalq qarşısında döymüşdür və buna görə heç bir məsuliyyət daşımamışdır. Xarici işlər naziri Fizika İnstitutunun kiçik elmi işçisi idi və belə önəmli vəzifəyə irəli sürülmüşdü. Heç bir xarici dil bilməyən, hətta rus dilində düz-əməlli danışa bilməyən, yəni, yumşaq desək, statusuna adekvat olmayan bir adam idi”.
Xalq tərəfindən onlara olan inamsızlıq və daxili çəkişmələr nəticəsində cəmi 1 il hakimiyyətdə qala bildilər
Həmin dövrün şahidi olan insanlar yaxşı xatırlayırlar ki, AXC-Müsavat cütlüyünün hakimiyyəti zəbt etməsinin ardından bu qruplaşma daxilindəki “kreslo mübarizəsi” daha da qızışdı. Hakimiyyət nərdivanında vəzifə ala bilməyən və küskün qalmış AXC-çilər, eləcə də sonradan hətta dövlət başçısı olmaq sevdasına düşmüş bəziləri arasında “müharibə” daha da alovlandı. Bu cür qarşıdurmalar, qarşılıqlı xəyanətlər, şəxsi mənafenin güdülməsi və dövlət maraqlarının tapdanması xalqın səbir kasasını daşdırdı. Nəticədə isə vətəndaş qarşıdırmasının qarşısını ala bilməyən, onlara tabeçilik göstərməyən silahlı dəstələrin öhdəsindən gəlməyi bacarmayan AXC-Müsavat hakimiyyətinin təmsilçiləri dövləti uçurumun bir addımında qoyaraq qaçıb gizləndilər.
Prezident İlham Əliyev gənclərlə görüşdə bu məsələni də vurğulayaraq bildirib ki, xalqın onlara inamsızlığı və mənfi münasibəti nəticəsində bu qüvvələr 1 ildən artıq hakimiyyətdə qala bilmədilər: “Hakimiyyətə gələndən sonra dərhal onlar bir-biri ilə mübarizəyə başlamışlar. Bu mübarizə və eyni zamanda, xalq tərəfindən onlara olan inamsızlıq, mənfi münasibət nəticəsində cəmi 1 il hakimiyyətdə qala bilmişlər. Ondan sonra onlar üçün vəziyyət gərginləşəndə - 1993-cü ilin yaz-yay aylarında onlar bütün vəzifələrdən gedərək bəziləri ölkəni tərk etmişlər, qaçıb gizlənmişlər və onların dırnaqarası cəsarəti artıq aradan getmişdir”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39

