/ / İlham Məmmədov: Dünyada qlobal maliyyə-iqtisadi böhranın fonunda ölkəmizin sosial-iqtisadi inkişafı üçün davamlı addımlar atılır
İlham Məmmədov: Dünyada qlobal maliyyə-iqtisadi böhranın fonunda ölkəmizin sosial-iqtisadi inkişafı üçün davamlı addımlar atılır
19.01.2016 [10:08]
“Dünyada baş verən proseslərə baxmayaraq, Azərbaycan inkişaf edir və bu göz qabağındadır. Ölkəmizin yerləşdiyi geosiyasi məkanda oynadığı rol, xüsusilə, Avropanın enerji təhlükəsizliyinin təmin olunması yönündəki fəaliyyəti hamıya məlumdur. Təbii ki, Azərbaycan dünyaya inteqrasiya edib və dünyada baş verən proseslər ölkəmizdən yan keçə bilməzdi”. Bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov deyib.
İ.Məmmədov bildirib ki, Ulu öndər Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan Prezident İlham Əliyevin dayanıqlı iqtisadi inkişaf stategiyası sayəsində həmişə öz inkişaf tempini təmin edəcək. Onun sözlərinə görə, dünyada qlobal maliyyə-iqtisadi böhranın fonunda ölkəmizin sosial-iqtisadi inkişafı üçün davamlı olaraq addımlar atılır. Sahibkarlığın inkişafı üçün atılan addımlar, onlara qarşı süni maneələrin aradan qaldırılması, yoxlamaların azaldılması, lisenziyaların verilməsinin sadələşdirilməsi, infrastruktur layihələrin dayanmadan həyata keçirilməsi buna sübutdur. Millət vəkili həmçinin bildirib ki, aqrar sahənin inkişafı üçün də ciddi addımlar atılır. Belə ki, suvarma sistemlərinin yenidən qurulması, su anbarlarının tikintisi dövriyyədən çıxmış torpaqların yenidən istifadə edilməsi üçün ciddi addımlardır. Bütün bunlar iqisadiyyatın neftdən asılılığının azaldılması üçün görülən ən mühüm tədbirlərdəndir.
“Dünyada baş verən proseslərə ölkəmiz adekvat cavab verir. Əlbəttə, dünyada neftin qiymətinin kəskin ucuzlaşması Prezidentimizin qeyd etdiyi kimi, iqtisadi yox, siyasi amillərlə bağlıdır. Hər bir vətəndaş Azərbaycan naminə cənab Prezidentin ətrafında sıx birləşməlidir. Bu gün kiçik məişət problemlərini şişirdib ondan təxribat məqsədləri üçün istifadə etmək istəyənlər var. Belə vəziyyətlərdə kimsə ortaya çıxır, süni qiymət artımı hallarına yol verir və s. Bunlara qarşı birgə mübarizə aparmalıyıq. Belə halların qarşısını almaq üçün cənab Prezidentə dəstək olmalıyıq. Hər birimiz öz işimizlə düzgün məşğul olarıqsa, neqativ prosesləri önləmiş olarıq. Prezidentimizin verdiyi qərarlar, Onun qətiyyətli addımları yaranmış vəziyyətdən sui-istifadə etmək istəyənlərə tutarlı cavabdır. Dövlət başçısının atdığı addımlar vətəndaşların maraqlarına xidmət edir. Un və çörəyin qiymətinin aşağı düşməsi, əmək pensiyalarının artırılması ictimaiyyət tərəfindən tam dəstəklənir. Yəni yaranmış vəziyyətdən, manatın devalvasiyaya uğramasından kimlərsə şou düzəltməməlidir. Biz insanlar arasında izahat işləri aparmalıyıq, bu prosedə KİV-lərin də rolu var. Hazırda yerlərdə icra strukturlarının nümayəndələri insanlarla görüşüb onları dinləyirlər. Yəni problemlərin həlli ilə bağlı sistemli tədbirlər həyata keçirilir”, - deyə İ.Məmmədov vurğulayıb.
Xəbər lenti
Hamısına baxSosial
03 Oktyabr 22:24
Hadisə
03 Oktyabr 21:18
Sosial
03 Oktyabr 20:31
Dünya
03 Oktyabr 19:17
Dünya
03 Oktyabr 18:23
Dünya
03 Oktyabr 17:40
Siyasət
03 Oktyabr 16:56
Dünya
03 Oktyabr 16:26
Dünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32
Sosial
02 Oktyabr 14:32
Siyasət
02 Oktyabr 14:26
Mədəniyyət
02 Oktyabr 14:10
Siyasət
02 Oktyabr 13:49
İqtisadiyyat
02 Oktyabr 13:48
İqtisadiyyat
02 Oktyabr 13:27
Dünya
02 Oktyabr 12:53
Gündəm
02 Oktyabr 12:38
Dünya
02 Oktyabr 12:21
Sosial
02 Oktyabr 11:50
Sosial
02 Oktyabr 11:49
Siyasət
02 Oktyabr 11:45
Gündəm
02 Oktyabr 11:43
Siyasət
02 Oktyabr 11:42
Sosial
02 Oktyabr 11:36

