Azərbaycanın ixrac potensialı gücləndirilir
14.01.2016 [09:09]
Prezident İlham Əliyev: İxrac qabiliyyətimizi artırmalıyıq. Çünki gələcəkdə bizim neft və qazdan başqa əsas ixrac məhsullarımız kənd təsərrüfatı məhsullarıdır
Son illərdə Azərbaycanın qlobal miqyasda yaranan geosiyasi vəziyyətə və meydana çıxan yeni çağırışlara uyğun olaraq müəyyənləşdirdiyi perspektiv inkişaf strategiyasının əsas vektorlarını milli mənafenin və siyasi müstəqilliyin yüksək səviyyədə təmin edilməsi ilə paralel surətdə, iqtisadiyyatın neftdənkənar istiqamətlərinin yüksək səviyyədə inkişafına nail olunması təşkil edir. Respublikamızda dövlət başçısının siyasi iradəsinə uyğun olaraq müəyyənləşdirilən iqtisadiyyatın neftdənkənar sahələrinin inkişafı strategiyasında həmçinin kənd təsərrüfatında intensiv metodlardan istifadə etməklə yüksək məhsuldarlığa nail olunması, Azərbaycanda güclü aqrar-sənaye komplekslərinin yaradılması əsas hədəflərdən biri kimi nəzərdə tutulub. Bu da təsadüfi deyil. Azərbaycan kənd təsərrüfatının geniş inkişaf perspektivlərinə malik olan ölkədir. Respublikamızda yeni dünya çağırışlarına uyğun olaraq aqrar sektorun inkişaf etdirilməsi real zəminə və ölkənin güclü iqtisadi potensialına əsaslanır. Əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Respublika əhalisinin təxminən yarısının bölgələrdə yaşadığını və məşğul əhalinin 40 faizinin kənd təsərrüfatında çalışdığını nəzərə alsaq, deyə bilərik ki, aqrar sektorun inkişaf etdirilməsi sosial baxımdan da ciddi önəm kəsb edir. Prezident İlham Əliyevin ötən il 12 yanvar tarixində imzaladığı müvafiq Sərəncamla 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunması respublikamızda aqrar sektorun inkişaf etdirilməsinin dövlət siyasətinin mühüm istiqaməti olduğunu bir daha təsdiqləyir.
Ölkədə “Kənd təsərrüfatı ili”ndə 6,6 faiz artıma nail olunub ki, bu da böyük məmnunluq doğurur
Son illərdə respublikada həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılıb. Aqrar sektorda əsaslı dəyişikliklər baş verib, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşıb, normativ hüquqi baza təkmilləşdirilib. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir. Aqrar sektorun inkişafına qayğı siyasəti “Kənd təsərrüfatı ili”ndə də davam etdirilib. İl ərzində aqrar sahədə mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı həyata keçirmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək üçün və digər məqsədlərlə silsilə tədbirlər reallaşdırılıb.
Ümumiyyətlə, ölkəmizdə kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısı çoxşaxəlidir. Respublikamızda “Aqrolizinq” ASC-nin fəaliyyəti dövlət tərəfindən dəstəklənir. Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün növ vergi ödənişlərindən azaddırlar. “Kənd təsərrüfatı ili”ndə “Aqrolizinq” ASC tərəfindən lizinqə verilən kənd təsərrüfatı texnikalarının ilkin dəyərinə 40 faiz güzəşt tətbiq olunub ki, nəticədə bir il ərzində 4100 nəfər texnika istifadəçisi yerlərdə “ASAN xidmət” prinsipi ilə 50 milyon manatadək güzəşt əldə edib. Bu isə onların investisiya imkanlarını xeyli artırıb. Sabit büdcə ayırmaları, yığımın kəskin şəkildə artırılması və dövriyyənin sürətləndirilməsi hesabına son 2 ildə əsasən Avropa istehsalı olan 6900-dən çox kənd təsərrüfatı texnikası alınaraq lizinqə verilib ki, bu göstərici də “Aqrolizinq”ASC-nin yarandığı tarixdən etibarən gətirilən texnikaların 62 faizini təşkil edir. Fermerlərə satılan gübrənin qiymətinə tətbiq edilən güzəşt 50 faizdən 70 faizə, güzəşt məbləğinin yuxarı həddi isə hər hektara görə 50 manatdan 80 manata qaldırılıb ki, bunun nəticəsində də əvvəlki illərlə müqayisədə ölkəyə gətirilən gübrənin həcmi 85 min tondan 150 min tona çatdırılıb. Yanacaq və motor yağlarına görə verilən subsidiyanın həcmi 25 faiz artırılaraq 50 manata yüksəldilib. Beləliklə, həmin məqsədlə büdcədən verilən subsidiyanın həcmi 22 faiz artıb.
Cari mövsümdən etibarən verilən subsidiya və güzəştlərin ikinci əkinə də şamil olunması, yəni il ərzində iki dəfə əkin aparana ikinci dəfə subsidiyanın verilməsi qərara alınıb. Bəhs olunan tədbirin icrası ölkədə yem təminatının gücləndirilməsində xüsusi rol oynayacaq. Cari ildən etibarən müasir suvarma sistemlərinin dəyərinin 40 faizi dövlət tərəfindən ödəniləcək. Bu dəstək sayəsində ənənəvi olaraq tətbiq edilən və torpaqların deqradasiyasına, şoranlaşmasına səbəb olan selləmə üsulu ilə suvarma metodundan su resurslarına qənaət edən müasir suvarma üsullarına keçilməsinə real zəmin yaranacaq. Ümumiyyətlə, ölkəmizdə 2015-ci ildə meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi işlərinin maliyyələşdirilməsi diqqətdə saxlanılıb, bu məqsədlə dövlət büdcəsinin cari xərclərindən 275 milyon manat, dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 116 milyon manat, xaricdən və daxildən cəlb edilmiş kreditlər üzrə isə 100 milyon manat, cəmi 491 milyon manat vəsait sərf olunub.
Davamlı və hərtərəfli dövlət dəstəyi sayəsində respublikamızda kənd təsərrüfatında əhəmiyyətli artıma nail olunub. Dünya Bankının məlumat bazasına əsasən, son on il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz təşkil edib. Azərbaycanda isə bu göstərici 48,9 faiz, yəni dünya üzrə orta göstəricidən 17,1 faiz çox olub ki, bu da respublikamızda aqrar sahənin dinamik inkişafını təsdiqləyir.
Yeri gəlmişkən, respublikanın regionlarında aqrar sektorun inkişafının davamlı hal alması məmnunluq doğurur. Bu sahədə son illərin artım dinamikası “Kənd təsərrüfatı ili”ndə də saxlanılıb. Eyni zamanda, bəhs olunan dövrdə kənd təsərrüfatında çalışan əmək qabiliyyətli insanların sayında 38 faiz artım müşahidə edilib. Yeri gəlmişkən, Prezident İlham Əliyev cari il yanvarın 10-da keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında ötən il aqrar sektorda əldə olunan uğurlardan məmnunluğunu ifadə edərək deyib: “Mən çox şadam ki, “Kənd təsərrüfatı ili”ndə kənd təsərrüfatı 6,6 faiz artmışdır. Bu, çox gözəl göstəricidir, qeyri-neft sektorunun inkişafıdır. Kənd təsərrüfatı sahəsində aparılan islahatlar da bax bu vəziyyəti şərtləndirir”.
Aqrar sahədə islahatlar daha da dərinləşməlidir
Son illərdə ölkəmizdə aqrar sektorun inkişafı zamanın tələbinə və dünya təcrübəsinə əsaslanan bir sıra islahatlarla dəstəklənir. Azərbaycanda aqrar islahatların səmərəli şəkildə həyata keçirilməsi məqsədilə hüquqi baza davamlı olaraq möhkəmləndirilir. Prezident İlham Əliyev bu məqsədlə təkcə son illərdə bir sıra Fərman və sərəncamlar imzalayıb. Dövlət başçısının “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 16 yanvar 2014-cü il tarixli Sərəncamı və “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” 16 aprel 2014-cü il tarixli Fərmanı kənd təsərrüfatında müasir dünya çağırışları nəzərə alınmaqla müəyyənləşdirilən hədəflərə çatılması üçün idarəetmənin və institusional strukturun təkmilləşdirilməsinə, innovativ dəyişikliklərin həyata keçirilməsinə möhkəm hüquqi təminat yaradır. Dövlət başçısı 2015-ci il 2 mart tarixində “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamla ölkədə məhsul istehsalçılarının yüksək məhsuldar toxumlara tələbatının dolğun şəkildə ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun yaradılması qərara alınıb. Prezident İlham Əliyevin ötən ilin avqust ayında imzaladığı müvafiq sərəncamlar isə ölkəmizdə heyvandarlığın maddi-texniki bazasının möhkəmləndirilməsi və cins tərkibinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Ölkəmizdə aqrar sektorun inkişafı zəruri islahatlarla və yeni hüquqi təminatlarla bundan sonra da dəstəklənəcək. Prezident İlham Əliyev Azərbaycanda kənd təsərrüfatının dinamik inkişaf etdirilməsinə dövlətin güclü siyasi iradəsini bir daha ifadə edərək vurğulayıb ki, islahatlar daha da dərinləşməlidir.
Məqsəd ölkənin ərzaq təminatına 100 faiz nail olmaqdır
Hazırda qlobal miqyasda müşahidə edilən arzuolunmaz tendensiyaların fonunda yaranan yeni çağırışlardan biri də ölkələrin ərzaq təminatı ilə bağlıdır. Bu baxımdan Prezident İlham Əliyevin ölkənin ərzaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlaması və bu məqsədlə Azərbaycanda davamlı olaraq zəruri tədbirlər həyata keçirilməsi nikbinlik doğurur.
Ölkəmizdə ərzaq təminatının daxili istehsal hesabına təmin olunmasında normativ-hüquqi bazanın yaradılması müstəsna rol oynayır. Belə ki, Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli müvafiq Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul edilib. Dövlət başçısı 2014-cü il yanvarın 16-da isə “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənəddə respublikanın ərzaq təhlükəsizliyi ilə bağlı qəbul edilən Dövlət Proqramının icrası sahəsində əlavə tədbirlərin görülməsi, kənd təsərrüfatı məhsullarının ixracının artırılması, aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunması, ərzaq bazarının səmərəli fəaliyyətinin təşkil edilməsi ilə bağlı qarşıya mühüm vəzifələr qoyulub.
Son illərdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradəyə uyğun olaraq respublikanın ərzaq təhlükəsizliyinin daxili istehsal hesabına təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin miqyası kifayət qədər genişdir. 20 rayonda 33 intensiv bağçılıq və üzümçülük təsərrüfatına, 9 rayonda 37 istixana kompleksinə və 11 rayonda 16 meyvə-tərəvəz emalı müəssisəsinə 171 milyon manat güzəştli kreditlərin verilməsi bu məhsullara daxili tələbatın ödənilməsini təmin edib. Ötən illər ərzində kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı infrastrukturunun yaradılması, o cümlədən, 26 rayonda tutumu 290 min ton olan 48 logistik mərkəzin və 14 rayonda tutumu 340 min ton olan 22 taxıl anbarı kompleksinin yaradılması əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında mühüm rol oynayır, istehlak bazarında qiymətlərin sabitliyini təmin edir. “Kənd təsərrüfatı ili”ndə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası üçün dövlət büdcəsindən 186 milyon manat vəsait ayrılıb. Ümumiyyətlə, proqramın əhatə etdiyi dövr ərzində müfaviq məqsədlərlə 914 milyon manat vəsait yönəldilib.
Beləliklə, həyata keçirilən bu və digər tədbirlər nəticəsində ölkəmizin aqrar sektorunda ərzaq məhsulları istehsalı imkanları əhəmiyyətli dərəcədə artıb. Dünya Bankının hesabatına əsasən, son 10 ildə dünyada ərzaq məhsullarının istehsalında artım 18 faiz olduğu halda, ölkəmizdə bu göstərici 39 faiz təşkil edib. Belə yüksək dinamikanın nəticəsidir ki, son illərdə ölkəmizin bir sıra ərzaq məhsulları ilə təminatı sırf daxili istehsal hesabına həyata keçirilir.
Son illərdə Azərbaycanda aqrar sektorda ərzaq məhsulları istehsalının artım dinamikası heyvandarlıqda daha qabarıq şəkildə nəzərə çarpır. Təkcə son bir neçə ildə respublikanın 19 rayonunda 40 quşçuluq təsərrüfatına, 13 rayonda 20 heyvandarlıq və 8 rayonda südçülük komplekslərinə, 6 rayonda 7 ət kəsimi və emalı müəssisəsinə 240 milyon manat güzəştli kredit yönəldilib. Ölkədə heyvandarlığın inkişafında intensiv metodlardan istifadə edilməsinin rolunu xüsusi vurğulamaq lazımdır. Təkcə belə bir faktı vurğulamaq yerinə düşər ki, 2009-2015-ci illərdə ölkəmizə 16 min başdan yuxarı cins mal-qara gətirilib. Ümumiyyətlə, ölkəyə gətirilən cins mal-qaranın baş sayı ilbəil artır. Heyvandarlıqda intensiv metodların tətbiqi sayəsində son bir ildə ölkəmizdə mal-qaranın baş sayı cəmi 21 faiz artdığı halda, ət istehsalında 46,4 faiz, süd istehsalında 53 faiz artım əldə olunub. Məhsuldarlığın artmasının nəticəsidir ki, hazırda Azərbaycan quşçuluq məhsullarına olan daxili tələbatı 100 faiz, ətə olan tələbatı 90 faiz, süd və süd məhsullarına olan tələbatı isə 80 faiz həcmində yerli istehsal hesabına ödəyir.
Ölkəmizdə ərzaq təminatı ilə bağlı qarşıya qoyulan hədəf isə yaxın bir neçə il ərzində bütün istiqamətlər üzrə daxili tələbatı tam şəkildə yerli istehsal hesabına təmin etməkdən ibarətdir. Nazirlər Kabinetinin sözügedən iclasındakı çıxışında Prezident İlham Əliyev bununla bağlı prinsipial mövqeyini ifadə edərək deyib: “... Biz özümüzü ərzaq məhsulları ilə tam, yəni 100 faiz təmin edə bilərik və ərzaq məhsullarının tərkibində yerli komponent daha da böyük həcmdə ola bilər. Vəzifəmiz isə özümüzü ərzaq məhsulları ilə 100 faiz təmin etməkdir. Ərzaq təhlükəsizliyi bu deməkdir”.
Gələcəkdə Azərbaycanın ixracının əsasını neft və qazla yanaşı, kənd təsərrüfatı məhsulları təşkil edəcək
Daxili tələbatın ödənilməsi ilə yanaşı, ixrac potensialının artırılması da Prezident İlham Əliyevin aqrar sektorda qarşıya qoyduğu hədəflər sırasındadır. Prezident İlham Əliyev ixrac imkanlarının artırılmasının zəruriliyinə diqqət çəkərək vurğulayıb: “İxrac qabiliyyətimizi artırmalıyıq. Çünki gələcəkdə bizim neft və qazdan başqa əsas ixrac məhsullarımız kənd təsərrüfatı məhsullarıdır”.
Qeyd edək ki, Azərbaycan ənənəvi olaraq xarici bazarlara kənd təsərrüfatı məhsulları çıxaran ölkədir. Son illərdə müasir aqrar-sənaye komplekslərinin yaradılması nəticəsində respublikamızın xarici bazarlara rəqabətqabiliyyətli məhsul çıxarmaq imkanları da artıb. Paralel surətdə xarici ölkələrdə respublikamızın ixrac infrastrukturu qurulur. Qazaxıstanın Aktau şəhərində yaradılan logistik mərkəz artıq istifadə üçün hazırdır. Gələcəkdə digər ölkələrdə də mərkəzlərin yaradılması perspektivləri araşdırılır. Bu mərkəzlər ölkənin ixrac coğrafiyasının genişləndirilməsinə, ixracın həcminin artmasına müsbət təsir göstərəcək.
Azərbaycanın dünyada həm də kənd təsərrüfatı məhsulları ilə təmsil olunmasını şərtləndirən əsas cəhətlərdən biri də ondan ibarətdir ki, ölkəmiz böyük istehlak bazarları ilə əhatə olunub. Bu, respublikamızın böyük üstünlüyüdür. Məsələn, qonşu Rusiyada Azərbaycanın kənd təsərrüfatı məhsullarına böyük tələbat var və müştərilər ölkəmizin aqrar sektorunda istehsal olunan malları yüksək qiymətləndirirlər. Əlbəttə, ənənəvi bazarlarla kifayətlənmək olmaz. Prezident İlham Əliyev Nazirlər Kabinetinin bəhs olunan iclasında yeni bazarlara çıxmaqla bağlı mesajlarını çatdıraraq vurğulayıb: “Xüsusilə nəzərə alsaq ki, ənənəvi bazarlarımıza çıxışımız var, biz yeni bazarlar axtarmalıyıq. Bizim kənd təsərrüfatı məhsulları üçün əsas bazarımız Rusiyadır. Rusiyada bizim məhsullara indi daha çox tələbat var. Biz bu tələbatı təmin etməliyik və Rusiya bazarına daha da böyük məhsulla çıxmalıyıq. Eyni zamanda, Qazaxıstanda müasir logistika mərkəzi tikilib, demək olar ki, hazırdır. Yaxın vaxtlarda biz ərzaq məhsullarımızı Qazaxıstana da ixrac etməyə başlayacağıq. Yaxın Şərq ölkələri bizim məhsullarımızla maraqlanırlar. Səfərlər zamanı bu məsələ müzakirə edilir və biz bu bazarlara da çıxmalıyıq. Çünki bizim keyfiyyətli məhsullarımız böyük marağa səbəb olur. Bizim üçün isə əsas məsələ ənənəvi bazarlara daha böyük həcmlə çıxmaq və yeni bazarlara öz məhsullarımızı təqdim etməkdir”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56

