ABŞ konqresmeninin Azərbaycanla bağlı qərəzli layihəsinə qarşı Kaliforniyada petisiya yaradılıb
06.01.2016 [09:15]
ABŞ-ın Kaliforniya ştatında yaşayan Azərbaycan icması konqresmen Kris Smit tərəfindən ölkəmizlə bağlı təqdim olunmuş qərəzli qanun layihəsinə etiraz edən elektron petisiya yaradıb. Petisiya Konqresin Nümayəndələr Palatasının spikeri Pol Rayana, layihənin müzakirə olunacağı xarici əlaqələr, hüquqi məsələlər və maliyyə komitələrinin sədrlərinə ünvanlanıb.
Petisiyada qanun layihəsinin erməni lobbisinin təhriki ilə irəli sürüldüyü vurğulanır və buna görə də tam qərəzli xarakter daşıdığı bildirilir. Qeyd olunur ki, Ermənistanın korrupsiyaya bulaşmış və insan haqlarını kobudcasına pozan hökumətinin ABŞ-da lobbiçiliyini aparan erməni diasporunun əsas məqsədi Azərbaycana və onun ABŞ ilə münasibətlərinə mümkün qədər ziyan vurmaqdır. Erməni lobbisi Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətini pərdələmək üçün dəridən-qabıqdan çıxır.
Azərbaycan ilə ABŞ-ın indiyədək terrorizmə və ekstremizmə qarşı mübarizə, enerji təhlükəsizliyi və digər sahələrdə uğurla əməkdaşlıq etdikləri bildirilən petisiyada ABŞ üçün ən çətin vaxtlarda, xüsusilə 11 sentyabr terror hadisələrindən sonra Azərbaycanın Birləşmiş Ştatlara dəstək olduğu diqqətə çatdırılır. Qeyd olunur ki, çətin bir bölgədə yerləşməsinə baxmayaraq, Azərbaycan öz dünyəviliyini və tolerantlıq ənənələrini qoruyub saxlaya bilib, müsəlmanların, xristianların və yəhudilərin dinc, qarşılıqlı hörmət şəraitində yaşadıqları multikulturalizm məkanına çevrilib.
Bütün bunları, xüsusilə layihənin qərəzliliyini və ABŞ-Azərbaycan münasibətlərinin yüksək önəmini nəzərə alaraq, ABŞ Konqresinin erməni lobbisinin hiylələrinə uymayaraq sözügedən qanun layihəsini qətiyyətlə rədd etməsinin vacibliyi vurğulanır. Qeyd olunur ki, əgər qanun layihəsi qəbul edilərsə bu, nəinki Azərbaycan-ABŞ dostluğuna, ilk növbədə ABŞ-ın özünün milli maraqlarına ziyan vuracaq.
Xəbər lenti
Hamısına baxSosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Dünya
15 İyul 14:25
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12

