Şahbuz rayonunun Şada kəndindəki hərbi hissəyə bayram sovqatı aparılıb
31.12.2015 [09:56]
Bu gün ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da xalqımızın milli birliyinin təqviminə çevrilən Dünya Azərbaycanlılarının Həmrəylik Günü geniş qeyd olunur. Bayram günlərində əsgərlərlə görüşlərin keçirilməsi, xüsusilə dağ və sərhəd kəndlərində xidmət edən əsgər və zabitlərə bayram sovqatlarının aparılması ənənə halını alıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz rayonunun Şada kəndindəki hərbi hissəyə gəlib, əsgər və zabitlərlə görüşüb.
Ali Məclisin Sədri əsgərləri salamlayıb, onları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edərək deyib: “Bu gün ölkəmizdə dövlət-ordu-xalq birliyi vardır. Bayram günlərində hərbi hissələrdə şəxsi heyətlə görüşlərin keçirilməsi də dövlət-ordu-xalq birliyinin nəticəsidir. Çünki birlik və həmrəylik hərbi xidmətin əsasını təşkil edir. Düşmən qarşısında gücü təmin etmək üçün, ilk növbədə şəxsi heyət arasında birlik yaradılmalıdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublika ərazisində yerləşən ordu, birləşmə və hissələrində xidmət edən şəxsi heyət arasında birlik yaradılmış, xidmətin təşkilində “bir nəfər hamı üçün, hamı bir nəfər üçün” prinsipi əsas götürülmüşdür. Düşmənlə təmas xəttində hərbi xidmətin uğurlu təşkili də məhz bu prinsipə əməl edilməsinin nəticəsidir”.
Ali Məclisin Sədri sərhədlərimizdə xidməti uğurlu təşkil etdiklərinə görə əsgər və zabitlərə təşəkkür edib.
Əsgər İlmar Kazımlı və Hüseyn Qasımov minnətdarlıq edərək deyiblər: “Dövlətimizin yaratdığı şəraitin və göstərdiyi diqqətin nəticəsidir ki, əsgərlər dəniz səviyyəsindən 1500 metr yüksəklikdə Vətənin müdafiəsində mətin dayanıblar. Bayram günündə Şada bölgəsində xidmət edən əsgərlərlə görüşün keçirilməsi şəxsi heyətin böyük sevincinə səbəb olub. Dövlətin və xalqın dəstəyini üzərində hiss edən hər bir əsgərin döyüş ruhu daha da artır. Ölkəmizdə əsgər adına verilən yüksək qiyməti, göstərilən diqqət və qayğını minnətdarlıq hissi ilə qarşılayır, etimadı doğrultmağı ən yüksək amal kimi qəbul edirik”.
Sonra Ali Məclisin Sədri hərbi hissədə xidmətin təşkili ilə maraqlanıb.
Məlumat verilib ki, hərbi hissənin maddi-texniki təminatı, əsgərlərin məişət və xidməti şəraiti müasir tələblər səviyyəsində qurulub. İkimərtəbəli binada əsgər və zabit yataqxanaları, ideoloji otaq, ərzaq və əşya anbarları, tibb məntəqəsi, yeməkxana və digər otaqlar vardır. Hərbi hissədə xidmət günün nizam qaydalarına uyğun təşkil olunur, əsgərlərin normal qidalanması və sağlamlıqlarının qorunması diqqət mərkəzində saxlanılır.
Ali Məclisin Sədri xidmətin nümunəvi təşkili ilə bağlı tapşırıqlar verib.
Şəxsi heyətə bayram hədiyyələri paylanıb, gətirilmiş ərzaq məhsulları anbara təhvil verilib.
Şada kəndində yaşayan hərbçi ailələri ilə görüş olub
Muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər çərçivəsində hərbçi ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır. İstər Naxçıvan şəhərində və rayon mərkəzlərində, istərsə də ucqar dağ və sərhəd kəndlərində bu istiqamətdə ardıcıl tədbirlər görülür. Bu gün Şada kəndində xidmət edən hərbi qulluqçuların ailələri də lazımi məişət şəraiti olan mənzillərdə yaşayırlar.
Dekabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov hərbçi ailələri ilə görüşüb, onları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edərək deyib: “Ölkəmizdə hərbçi ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlər ardıcıl şəkildə davam etdirilir. Bu günlərdə Naxçıvan şəhərində zabit ailələri üçün 68 mənzilli yeni yaşayış binasının açılışı olmuşdur. Vaxtilə Şada kəndində yaşayış binasının tikilib istifadəyə verilməsi də hərbçi ailələrinin rahat yaşayışına səbəb olmuşdur”.
Aynur Qarayeva hərbçi ailələri adından minnətdarlıq edərək deyib: “Biz sərhəd kəndində yaşayırıq. Lakin kənd sakinləri kimi, burada yaşayan 8 hərbçi ailəsi də lazımi məişət şəraiti ilə təmin olunub. Ölkəmizdəki sabitlik və inkişafı, birlik və həmrəyliyi hər bir ailə öz həyatında hiss edir”.
Uşaqlardan Əli Məmmədov, Aydan və Tuncay Qarazadələr Vətənə həsr olunmuş şeirlər söyləyiblər.
Sonda uşaqlara və hərbçi ailələrinə bayram hədiyyələri təqdim olunub.
Şada kənd məktəbində müasir tədris şəraiti yaradılıb
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şada kənd tam orta məktəbində olub.
Məlumat verilib ki, məktəbdə kitabxana, hərbi kabinə, idman zalı, elektron lövhəli sinif, kompyuter və şahmat otaqları, müasir tədris avadanlıqları müəllim və şagirdlərin istifadəsinə verilib. Yaradılan şəraitin nəticəsidir ki, hər il şagirdlər ali və orta ixtisas məktəblərinə, Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunurlar.
Ali Məclisin Sədri məktəbin müəllim və şagirdləri ilə görüşüb, onları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edərək deyib: “Ölkəmizdə məktəb işinə, gələcəyimiz olan gənclərin bilikli və vətənpərvər böyüdülməsinə xüsusi diqqət yetirilir. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, sərhəd yaşayış məntəqəsi olan Şada kəndində gənclər müasir məktəb binasında təhsil alırlar. Ona görə də müəllimlər gənclərin hərtərəfli təhsil alması və vətənpərvər böyüdülməsi qayğısına qalmalıdırlar. Çünki vətənpərvər gənc gələcəkdə hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq ölkəsinə və xalqına fayda verəcəkdir”.
Ali Məclisin Sədri ötən tədris ilində qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkür edib, onlara tədrisdə uğurlar arzulayıb.
Məktəbin müəllimlərindən Niftalı Şirinov və Bəxtiyar Abbasov minnətdarlıq edərək deyiblər ki, bu gün Şada kəndində insanların rahat yaşayışı üçün bütün tədbirlər görülüb. Kəndin müdafiəsi hərtərəfli təşkil olunub, dövlət qurumları üçün bina tikilib, rahat yol çəkilib, müasir məktəb binası istifadəyə verilib. Çalışacağıq ki, təhsilli və vətənpərvər gənclər yetişdirməklə göstərilən etimadı doğruldaq.
Məktəbin müəllim və şagirdlərinə bayram hədiyyələri paylanılıb.
* * *
Həmin gün Naxçıvan Muxtar Respublikası Psixi və Ağciyər Xəstəlikləri dispanserlərində, Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzlərində müalicə alan xəstələrə və tibb işçilərinə bayram sovqatları paylanıb, müxtəlif adda ərzaq məhsulları anbarlara təhvil verilib.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

