/ / İstanbulda keçirilən toplantıda Azərbaycanda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi sahəsində islahatlar barədə məlumat verilib
İstanbulda keçirilən toplantıda Azərbaycanda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi sahəsində islahatlar barədə məlumat verilib
26.12.2015 [11:39]
İstanbulda türkdilli ölkələrin Məhkəmə-Hüquq şuralarının toplantısı keçirilib.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan nümayəndələr iştirak ediblər.
Toplantıda Azərbaycanın Ali Məhkəməsinin sədri Ramiz Rzayev çıxış edərək ölkəmizdə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi sahəsində həyata keçirilmiş genişmiqyaslı islahatlar, xüsusilə son dövrlər ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülmüş mütərəqqi tədbirlər barədə ətraflı məlumat verib. R.Rzayev, həmçinin məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurasının potensialının daha da artırılmasına, məhkəmə islahatlarının əsas istiqamətverici qüvvəsi kimi onun səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı görülən işlərdən də danışıb.
Ali Məhkəmənin sədri ölkəmizdə məhkəmə sistemində şəffaflığın artırılması üzrə əlavə tədbirlərin görüldüyünü, ictimai iştirakçılıq və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın genişləndirildiyini bildirərək bunun üçün Azərbaycan Prezidentinin ötən il imzaladığı “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” Sərəncamın əhəmiyyətini vurğulayıb. Bildirib ki, artıq sınaq rejimində istifadəsinə başlanılan “Elektron məhkəmə” informasiya sisteminin tam tətbiqi nəticəsində insanlar məhkəməyə gəlmədən, elektron formada müraciət edəcək, məhkəmə prosesləri, qərarlar, onların icra vəziyyəti və s. məlumatları əks etdirən elektron “şəxsi kabinetə” malik olacaqlar. Nəticə etibarilə, məhkəməyə müraciət imkanları daha da genişlənəcək, süründürməçilik və sui-istifadə hallarının qarşısı alınacaq, şəffaflıq və operativlik təmin ediləcək. Həmçinin sistem vasitəsilə hakimin işinin səmərəliliyi də yoxlanılacaq.
Qeyd olunub ki, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu seçmiş ölkəmizdə məhkəmə fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə hakimiyyətinin müstəqilliyinə əlavə təminatların müəyyənləşdirilməsi üzrə davamlı islahatların həyata keçirilməsi dövlətimizin bu sahədəki siyasətinin əsasını təşkil edir.
Toplantı iştirakçıları öz ölkələrinin müvafiq qurumlarının təşkili, fəaliyyəti və səlahiyyətləri barədə məlumat verib, qanunvericilikdən və onun tətbiqi təcrübəsindən irəli gələn problemləri müzakirə edib, ortaq inkişaf hədəfləri barədə fikir mübadiləsi aparıblar.
Xəbər lenti
Hamısına baxSosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18

