Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev "Təzadlar" qəzetinin baş redaktorunun həbsinə reaksiya verib

Prezident İlham Əliyev "Təzadlar" qəzetinin baş redaktorunun həbsinə reaksiya verib

09.04.2009 [16:30]

Azərbaycan prezidenti İlham Əliyev Mətbuat Şurasının sədri Əflatun Amaşovun “Təzadlar” qəzetinin həbs olunmuş baş redaktoru Asif Mərzili ilə bağlı müraciətinə reaksiya verib. Bu barədə APA-ya açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. Ə.Həsənov deyib ki, prezident jurnalistin həbsi ilə bağlı xəbərdən təəssüfləndiyini bildirib. Dövlət başçısı bu kimi hallarda azadlıqdan məhrumetmə barədə qərar çıxarılmasındansa, tərəflər arasındakı problemlərin hüquqi yolla həllinə nail olmağın daha effektli ola biləcəyini söyləyib. Prezident güman etdiyini bildirib ki, siyasi plüralizmi özünün əsas prinsiplərindən biri kimi həyata keçirən Azərbaycanda jurnalistlərlə vətəndaşlar arasındakı bu və ya digər anlaşılmazlıq və qarşıdurma jurnalistlərin həbsinə səbəb olmayacaq. Dövlət başçısı bu məsələlərdə həm çəkişən tərəflərin, həm də məhkəmələrin beynəlxalq praktikada qəbul olunmuş daha münasib yollara istinad etmələrinin daha yaxşı olacağını da qeyd edib.

Paylaş:
Baxılıb: 1294 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30