Hikmət Babaoğlu: Avropa Məhkəməsinin qərarları heç bir ölkə üçün imperativ ola bilməz
23.12.2015 [10:29]
“Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları heç bir ölkə üçün imperativ ola bilməz. Çünki hər ölkənin özünün milli qanunvericiliyi və milli məhkəmə-hüquq sistemi var”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu AİHM-in bəzi Azərbaycan vətəndaşlarının şikayətləri üzrə qəbul etdiyi qərarlara münasibət bildirərkən deyib. O bildirib ki, milli dövlətlər üçün Avropa strukturları heç bir halda üstqurum deyil və ola bilməz: “Əgər belə olarsa, o zaman milli dövlət və onun daxili strukturları sıradan çıxar və bütövlükdə milli dövlətdən və milli iradədən danışmaq olmaz. Avropalıların istəyi də elə budur. Onlar özlərini qlobal dövlətin subyektləri, yerdə qalan dövlətləri isə obyektləri hesab edirlər və düşünürlər ki, öz maraqlarına cavab verən hər hansı məsələni, o cümlədən məhkəmə qərarlarını milli dövlətə diktə edə bilərlər. Əlbəttə, belə davranış, ilk növbədə, müstəqil dövlətlərə təzyiq kimi başa düşülməlidir”.
H.Babaoğlu əlavə edib ki, Rusiya, İngiltərə, Almaniya kimi ölkələrdə Avropa Məhkəməsinin qərarlarının icra mexanizmi ya ümumiyyətlə yoxdur, ya da ləğv edilib: “Bu, çox doğru haldır. Əgər hər hansı bir dövlət Avropa Məhkəməsinin qərarlarını dərhal yerinə yetirərsə, onun özünün məhkəmə-hüquq sistemi çökər. Üstəlik belə vəziyyət vətəndaşların öz ölkəsinin hüquq sistemindən imtina etməsinə qədər gətirib çıxara bilər ki, bu da vətəndaş itaətsizliyi və cəzasız məkan yarada bilər. Ona görə də Avropa Məhkəməsinin qərarları əsla imperativ ola bilməz”.
H.Babaoğlunun sözlərinə görə, ikinci başlıca problem odur ki, Avropa Məhkəməsi çox hallarda hüquqi məsələləri siyasi müstəvidə qiymətləndirməklə qərəzli qərarlar çıxarır: “Hələ bəzi hallarda belə qərarların obyektivliyinə avropalıların dini, yaxud irqi mövqeyi də mənfi təsir göstərə bilir. Belə olduqda biz məhkəmə və ədalət sözlərini birlikdə işlədə bilmərik. Ancaq bütün hallarda məhkəmə sözü insanların düşüncəsində ədalət sözü ilə assosiasiya olunur. Avropa Məhkəməsi isə bunu təmin edə bilmir. Ona görə də bu məhkəmənin fəaliyyəti müsbət qiymətləndirilə bilməz”.
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Siyasət
10 Avqust 11:42
Dünya
10 Avqust 11:30
Gündəm
10 Avqust 11:10

