“Jewish Journal” nəşri Azərbaycanın və ABŞ-ın yəhudi icmalarının əlaqələri barədə
23.12.2015 [10:18]
Amerikada çıxan “Jewish Journal” nəşrində Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin “Antisemitizmin olmadığı müsəlman ölkəsində Xanuka bayramı dövründə düşüncələrim” adlı məqaləsi dərc edilib. Müəllif Los-Ancelesdəki Sinay məbədinin 50 üzvünün Azərbaycana səfəri müddətində ABŞ nümayəndə heyəti tərəfindən Azərbaycan yəhudilərinə Tövrat nüsxəsinin təqdim edilməsindən yazır.
M.Yevdayev qeyd edir ki, nümayəndə heyəti Azərbaycanda səfərdə olarkən Qırmızı Qəsəbəyə də gedib, lakin Tövrat nüsxəsinin təqdimatına həsr edilmiş təntənəli tədbir Bakıda keçirilib. Azərbaycan yəhudi icmasının ən böyük və təzə tikilmiş sinaqoqu da Bakıda yerləşir. Bütünlüklə Azərbaycan hökumətinin hesabına inşa edilmiş bu sinaqoqun qapıları 2011-ci ildə yəhudi icmasının üzünə açılıb. Tövrat nüsxəsi Azərbaycan yəhudilərinə ravvin Uolp, həmçinin Lerman və Alyeşmerni ailələri tərəfindən hədiyyə edilib. Beləliklə, Azərbaycan və ABŞ yəhudi icmaları arasında dərin və möhkəm əlaqə yaranıb.
Müəllif sülh problemləri mövzusuna toxunaraq qeyd edir ki, Azərbaycanda tolerantlıq və müxtəlif mədəniyyətlərə hörmət ənənələri sayəsində bu ölkə bütün dinlər və mədəniyyətlər üçün təhlükəsiz məkan olaraq qalır. Bu da gənc demokratik ölkənin əsas atributudur.
Azərbaycanda səfərdə olmuş ravvin Uolp Amerika mətbuatında dərc edilmiş bir məqaləsində ölkəmizi “Tolerantlıq vadisi” adlandırıb. Ravvin Uolp qeyd edir ki, “tolerantlıq vadisi” Prezident İlham Əliyevin liderliyi sayəsində yaranıb. Məhz Prezident İlham Əliyev Azərbaycanı mürəkkəb bir regionda “sabitlik və firavanlıq adası”na çevirməklə sübut edib ki, müxtəlif mədəniyyətlərə əsaslanan həqiqi qardaşlıq münasibətləri yaratmaq mümkündür.
Sinay məbədinin nümayəndə heyətinin Azərbaycana səfəri həm də professor Kamal Abdullayevin səyləri sayəsində mümkün olub. Prezident İlham Əliyev tərəfindən millətlərarası, multikulturalizm və din məsələləri üzrə dövlət müşaviri vəzifəsinə təyin edilmiş K.Abdullayev Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyxülislam hacı Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə birlikdə təhlükəsizliyin təmin edilməsi və sülh mədəniyyətinin təkmilləşdirilməsi sahəsində işi davam etdirir.
Məqalənin sonunda müəllif Tövrat nüsxəsinin təqdim olunması, Los-Anceles və Azərbaycan yəhudilərinin bu nüsxəni əllərində tutaraq Bakı küçələrində rəqs etmələri səhnələrini təsvir edir. M.Yevdayev yazır: “Tövrat nüsxəsini əlinizdə tutaraq birlikdə rəqs etməklə Sizin dostluğunuz əbədiləşir, bu dostluğu nə zaman poza bilər, nə də məsafə”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22

