Kristofer Smit anti-Azərbaycan kampaniyasının erməni halqası rolunda
22.12.2015 [09:37]
Ölkəmizə qarşı “907-ci düzəliş”in müəlliflərindən olan, qondarma “erməni soyqırımı” məsələsinin əsas təbliğatçılarından sayılan bu konqresmenin Azərbaycana qarşı qərəzinin arxasında erməni lobbisinin sifarişi dayanır
Azərbaycan Respublikası müstəqillik qazandığı dövrdən indiyə kimi ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində çox mühüm addımlar atılıb. Ölkə Konstitusiyasının müddəalarının təxminən yarıdan çoxu insan hüquq və azadlıqlarını əhatə edir. Bundan başqa, Milli Məclisdə İnsan hüquqları komitəsinin formalaşdırılması, həmçinin Ombudsman aparatının fəaliyyəti ölkəmizin demokratik prinsiplərə sadiqliyindən xəbər verir. Azərbaycan, eyni zamanda, insan hüquqlarının qorunması prinsiplərini özündə ehtiva edən beynəlxalq müqavilələri və konvensiyaları dəstəkləyib. Digər tərəfdən, dünyada tolerantlıq nümunəsi olaraq qəbul edilən Azərbaycanda dini, irqi, etnik baxımdan heç bir ayrı-seçkilik yoxdur və Konstitusiya ilə bütün ölkə vətəndaşları qanun qarşısında eyni məsuliyyəti daşıyır. Həmçinin ölkəmizdə söz və mətbuat azadlığının mövcud olması Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunur.
Amma təəssüf ki, xaricdəki bir sıra ermənipərəst mərkəzlər, eləcə də bu mərkəzlərə xidmət göstərən şəxslər ölkəmizə təzyiq göstərmək üçün şər-böhtan kampaniyası aparır, insan hüquq və azadlıqlarının qorunması məsələsindən manipulyasiya vasitəsi kimi istifadə edirlər. Son günlərin əsas müzakirə mövzularından biri olan ABŞ-ın Helsinki Komissiyasının rəhbəri konqresmen Kristofer Smitin hazırladığı “Azərbaycan Demokratiya Aktı” adlı qərəzli, ermənilərin mənafelərinin qorunmasına xidmət göstərən layihə də məhz bu qəbildəndir.
Qeyd edək ki, K.Smitin hazırladığı bu qərəzli layihədə guya ölkəmizdə insan hüquq və azadlıqlarının pozulması iddiası öz əksini tapır ki, bu da növbəti böhtan kampaniyasından başqa bir şey deyil. Azərbaycan cəmiyyəti zaman-zaman erməni lobbisinin çətiri altında gizlənmiş bir sıra şəxslərin bu tipli “canfəşanlıqlarının” şahidi olub ki, son nəticədə həmin cəhdlər fiaskoya uğrayıb. Müstəqil xarici və daxili siyasət yürüdən, bütün məsələlərdə yalnız milli maraqların qorunması prinsipini əsas tutan, dünyada təhlükəsizliyin, eləcə də enerji təminatına öz töhfələrini verən ölkəmizə qarşı bu cür qərəzli kampaniyanın arxasında birmənalı şəkildə erməni lobbisi dayanır.
K.Smit “907-ci düzəliş”in həmmüəllifi, qondarma “erməni soyqırımı” məsələsinin əsas təbliğatçılarındandır
KİV-də yayılan məlumatlarda da göstərilir ki, ABŞ-ın Nyu-Cersi dördüncü dairəsinin konqresmeni Kris Smit hər zaman ölkəmizə qarşı kampaniyaları, eləcə də ermənipərəst mövqeyi ilə seçilir. Smitin ABŞ Konqresində qondarma “erməni soyqırımı” məsələsinin “atəşli” tərəfdarlarından olması da özlüyündə bir sıra qaranlıqların üzərinə işıq salır. Nəzərə alsaq ki, Nyu-Cersi ştatı etnik ermənilərin sayca çox olduğu dördüncü ABŞ ştatıdır, belə olan halda həmin konqresmenin heç də öz ölkəsinin dövlət maraqlarını deyil, erməni lobbisinin sifarişlərini yerinə yetirməsi faktı üzə çıxır. Həmçinin Kristofer Smit son 10 ildə qondarma “soyqırımı”nın tanınması ilə bağlı onlarla bəyanat səsləndirib ki, bunlardan beşi yalnız bu ilin payına düşür. O hətta bu məqsədlə ABŞ prezidenti Barak Obamaya “bəlağətli müraciət” belə edib. Bu faktın özü də K.Smitin erməni lobbisinin təsiri altında olduğunu, onların sifarişi ilə Azərbaycana qarşı qərəzli yanaşma sərgilədiyinin sübutudur.
Göründüyü kimi, K.Smit qondarma “erməni soyqırımı” kampaniyasının fəal təşkilatçılarından biri olaraq, şəkildə Türkiyəyə, türk dünyasına qarşı çıxışları və düşmən münasibəti ilə seçilir.
Bundan başqa, ABŞ Erməni Milli Komitəsinin (ANKA) radikal rəhbərlərindən biri olan Aram Hamparyanın “Twitter” səhifəsində konqresmen K.Smitin ANKA sədri ilə görüşü əks olunub. Alt yazısında isə A.Hamparyan qeyd edir ki, onun işini dəstəkləmək üçün Smit ilə görüşür.
Yeri gəlmişkən, ermənipərəst konqresmen kimi “şöhrət” qazanan Kristofer Smit Azərbaycana qarşı ədalətsiz “907-ci düzəliş”in müəlliflərindən biri, ermənilərin işğalçılıq siyasətinə bəraət qazandıran, Dağlıq Qarabağın müstəqilləşməsi ideyasını təbliğ edən və bu istiqamətdə əsaslı tədbirlər görən şəxsdir. Xatırladaq ki, “907-ci düzəliş” 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına qəbul edilmiş və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlamışdı. Bu isə işğala məruz qalmış ölkəmizə qarşı erməni lobbisinin məhz K.Smit kimilərinin əli ilə apardığı “fəaliyyət”in nəticəsi idi.
K.Smit illərdən bəri dağıdıcı müxalifətin ən sadiq dostu kimi də şöhrət tapıb
Göründüyü kimi, K.Smitin Azərbaycana “demokratiya qayğısı”nın arxasında ölkəmiz haqqında “antidemokratik” imic formalaşdırmaq, ermənilərin ABŞ-da və beynəlxalq aləmdə mövqelərini gücləndirmək məqsədi dayanır. Təbii ki, ermənilərin sevimlisi olan bir şəxsin yalan və böhtan üzərindən Azərbaycana qarşı “hücum etməsi” bir daha reallığı ortaya çıxarır. Azərbaycan dövlətinin apardığı hücum diplomatiyası siyasəti, Prezident İlham Əliyevin bu istiqamətdə qətiyyəti artıq ermənilərin ifşa olunmasına gətirib çıxarıb. Erməni lobbisinin işğal faktını gizlətmək və ya bunun üzərindən manipulyasiya etmək imkanı yoxdur. Bu mənada dünyada işğalçı, eləcə də terroru dövlət səviyyəsində dəstəkləyən ölkə imici qazanan Ermənistanı “sudan quru çıxarmaq” üçün Smit kimiləri canfəşanlıq göstərirlər.
Vurğulayaq ki, ermənipəst K.Smit illərdən bəri dağıdıcı müxalifətin ən sadiq dostu kimi də şöhrət tapıb. Onun İsa Qəmbər, Rəsul Quliyev, Etibar Məmmədov və digər müxalifət başçıları ilə çoxsaylı görüşləri olub. Təbii ki, bu görüşlərin nəyə və hansı məqsədlərə xidmət etdiyi elə K.Smitin kimliyindən də görünür. Ümumiyyətlə, Azərbaycana qarşı hazırlanan mənfur layihələrin iştirakçısı qismində çıxış edən radikal dağıdıcı ünsürlərin məhz K.Smit kimiləri ilə “dostluq” əlaqələrində olması bir daha onların da mahiyyətinin üzərinə işıq salmış olur.
Smit və havadarlarının Azərbaycanda əfv sərəncamının gözlənildiyi ərəfədə fəallaşması onların qərəzinin göstəricisidir
Bütün bu faktları göz önünə alaraq bir daha vurğulamaq gərəkdir ki, “Azərbaycan Demokratiya aktı” adlı bu layihə tam şəkildə anti-Azərbaycan xarakteri daşıyır və K.Smit ABŞ və Azərbaycan əlaqələrinə ciddi şəkildə zərər vurmaq niyyətindədir. Smit və havadarlarının Azərbaycanda Prezident tərəfindən imzalanması gözlənilən əfv sərəncamı ərəfəsində fəallaşması da onların qərəzinin göstəricisidir. Vurğulamaq lazımdır ki, hər zaman humanizm nümayiş etdirən Azərbaycan dövləti mütəmadi olaraq cəza çəkən insanların əfv edilməsi, onların cəmiyyətə transformasiya olunması yönündə mühüm addımlar atır. Amma bu, Azərbaycanın dövlət siyasətidir və bu siyasət daima humanizmə söykənir.
İtirən tərəfin Azərbaycan olmayacağı ABŞ-ın siyasi dairələrinə də bəllidir
Qeyd edilməlidir ki, Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir və bu münasibətlərə K.Smit kimi şəxslərin fəaliyyəti ilə kölgə düşə bilməz. Bu gün Azərbaycan ilə ABŞ arasındakı əlaqələr çoxşaxəlidir. Azərbaycan ABŞ-la dünyada sülhün bərqərar olması, beynəlxalq antiterror əməliyyatlarında hər zaman yanaşı addımlayıb. ABŞ-ın beynəlxalq terrorizmə qarşı apardığı qlobal mübarizəyə Azərbaycanın verdiyi töhfə hər zaman bu ölkənin ən yüksək dövlət rəsmiləri tərəfindən xüsusilə vurğulanıb. Azərbaycanın silahlı qüvvələrinin hissələrinin Əfqanıstanda və İraqda sülhün bərqərar olması, terrorizmə qarşı mübarizədə aktiv şəkildə iştirakı hər zaman yüksək səviyyədə vurğulanıb. Azərbaycan beynəlxalq antiterror koalisiyasının aktiv üzvüdür, NATO-ya aid hərbi yüklərin Əfqanıstana daşınmasında mühüm tranzit ölkədir. Bu tranzit xüsusən Rusiya-NATO münasibətlərinin pozulması fonunda çox taleyüklü rola malikdir. Azərbaycan beynəlxalq sülhməramlı qüvvələrin tərkibində iştirak edir, əfqan ordusunun təchizatına, təlimlər keçirilməsinə öz töhfəsini verir. Azərbaycan Əfqanıstanın yenidən qurulması, bu ölkədə infrastruktur layihələrin həyata keçirilməsində də fəal iştirak edir. Eyni zamanda, ABŞ və Azərbaycan arasında enerji təhlükəsizliyi sahəsində sıx əməkdaşlıq mövcuddur. Münasibətlərin inkişafını şərtləndirən ən əsas məqamlardan biri ölkəmizin zəngin karbohidrogen ehtiyatlarına malik olması, bu ehtiyatların daşındığı əsas tranzit ölkə olmasıdır.
Əlbəttə ki, bu münasibətlərə K.Smitin konqresə seçilmək maraqları baxımından yanaşılacağı və ya erməni lobbisinin tələblərinə cavab vermək naminə yenidən nəzərdən keçiriləcəyi təqdirdə itirən tərəfin Azərbaycan olmayacağı ABŞ-ın siyasi dairələrinə də bəllidir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09

