Naxçıvan şəhərində Şərq hamamı istifadəyə verilib
18.12.2015 [10:22]
Naxçıvan qədim şəhər mədəniyyətinə malikdir. Bu mədəniyyətin izləri qədim tikililərdə və tarixi abidələrdə yaşayır. Vaxtilə Naxçıvan şəhərində inşa olunan zəngin tərtibatlı hamamlar bu gün tarixi-memarlıq abidələri kimi mədəniyyətimizin nadir inciləri sırasına daxil olub. Bu gün də Naxçıvan şəhərində ictimai mədəni xidmət obyektlərinin inşasına xüsusi diqqət yetirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu sahədə görülən işlərin davamı olaraq dekabrın 17-də Naxçıvan şəhərinin Əlincə məhəlləsində Şərq hamamı istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov çıxış edərək deyib ki, “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”a uyğun olaraq Naxçıvan şəhərində yeni istehsal müəssisələri yaradılıb, müasir yollar və körpülər salınıb, təhsil, səhiyyə, mədəniyyət obyektləri, inzibati və yaşayış binaları tikilərək istifadəyə verilib. Həmçinin şəhərdəki tarixi abidələr memarlıq elementləri qorunub saxlanılmaqla bərpa olunub. Hazırda şəhərdə yeni parkın salınması işləri davam etdirilir. İstifadəyə verilən Şərq hamamının da bu sahədə görülən işlərin davamı olduğunu bildirən icra başçısı şəhər sakinləri adından minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: “2014-cü ildə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə Sərəncam imzalanmış, “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram” qəbul olunmuşdur. Proqrama uyğun olaraq muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində quruculuq tədbirləri həyata keçirilmişdir. Bu tədbirlər içərisində vacib sahələrdən biri də yeni hamam kompleksinin tikilməsi idi”.
Ali Məclisin Sədri deyib: “Bu gün muxtar respublikanın bütün yaşayış məntəqələrində dayanıqlı qaz, elektrik və su təminatı vardır. Hər bir ailə öz mənzilində lazımi məişət şəraiti yaratmışdır. Lakin Naxçıvanın paytaxt şəhəri olması və burada 10 minə yaxın tələbənin təhsil alması yeni mədəni xidmət obyektinin - hamam kompleksinin tikintisini zəruri edirdi. Yeni hamam kompleksi əhaliyə xidmət göstərməklə yanaşı, həm də memarlıq abidəsi kimi inşa olunmalı, Şərq adət-ənənələri və üslubu qorunub saxlanılmalı idi. Tikinti işləri aparılarkən bu amillər nəzərə alınmış, qədim Şərq adət-ənənələri və üslubuna uyğun yeni hamam kompleksi inşa olunmuşdur”.
Ali Məclisin Sədri Şərq hamamında yeni işlə təmin olunanları və gələcək istifadəçiləri təbrik edib, kompleksin tikintisində əməyi olanlara təşəkkürünü bildirib.
Baxış zamanı məlumat verilib ki, Şərq hamamı özünəməxsus memarlıq quruluşu ilə diqqəti cəlb edir. Burada göstərilən xidmətlərdən saatda 100 nəfər istifadə edəcəkdir. Hamam qadınlar və kişilər üçün nəzərdə tutulan iki ayrı bölmədən ibarətdir. Həmçinin burada hamam ləvazimatlarının satışı mağazası və çay evi də fəaliyyət göstərir. Şərq hamamında 15 nəfər işlə təmin olunub.
Həyətdə hər birinin tutumu 25 ton olan 3 su çəni qoyulub, davamlı su təminatı yaradılıb, geniş abadlıq işləri görülüb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

