Bahar Muradova: Kris Smitin separatçıların ABŞ-a səfərlərinə qarşı çıxması yaxşı olardı
18.12.2015 [10:17]
“Çox təəssüf ki, ABŞ-ın yüksək dövlət rəsmiləri içərisində və elə Konqresdə çoxsaylı adamlar var ki, ermənilərə sevgiləri ilə fərqlənirlər, erməni məsələsinə xidməti özlərinin siyasi fəaliyyətinin bir istiqaməti və bəlkə də bir çox hallarda əsas istiqaməti kimi götürürlər və bunu da ayrı-ayrı vaxtlarda həyata keçirmək üçün hədəf kimi daha çox Azərbaycanı seçirlər”.
Bunu “Trend”ə Milli Məclisin vitse-spikeri Bahar Muradova ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kris Smitin Konqresə Azərbaycanda yüksəkvəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı layihə təqdim etməsinə münasibət bildirərkən deyib.
B.Muradovanın sözlərinə görə, təəssüf ki, bu komissiyanın rəhbəri kimi K.Smit bu illər ərzində Dağlıq Qarabağın separatçı rejiminin “rəhbər”lərinin ABŞ Konqresində və digər dövlət qurumlarında dövlət rəsmiləri tərəfindən qəbul edilməsi ilə nəticələnən səfərlərinə viza qadağası qoymaq təşəbbüsü ilə çıxış etməyib: “Düşünürəm ki, bir ölkənin ərazi bütövlüyünü, suverenliyini təhlükə altına atan, separatçı hərəkətlərlə çıxış edən şəxslərin ABŞ dövlət orqanları tərəfindən qəbul olunmasına göz yummaqla Azərbaycanda, guya, hansısa azadlıqların, insan haqlarının pozulması ilə bağlı bəyanat vermək və qanun layihəsi təqdim etmək bir araya sığmır”.
Vitse-spiker vurğulayıb ki, bu komissiyanın Helsinki aktının və digər konvensiyaların yerinə yetirilməsi ilə bağlı vəziyyətə nəzarəti öz üzərinə götürməsi ilə bu cür qərəzli siyasət həyata keçirməsi heç bir halda məntiqə söykənmir və bu günə qədər də bizə bəlli olan səbəbdən qaynaqlanır: “Bu, “beynəlxalq erməniçiliyə” xidmətdən qaynaqlanan bir məsələdir. Birmənalıdır ki, bütün dünyada Azərbaycana qarşı yönəlmiş qərəzli hərəkətlərin mənbəyində daha çox erməni maraqları, erməni maliyyəsi və bu maraqlara, maliyyəyə xidmət edən adamların fəaliyyəti dayanır”.
B.Muradova əlavə edib ki, çox yaxşı ki, bir çox hallarda bu kimi təşəbbüslər sona qədər gedə bilmir və ABŞ-ın ümumi siyasəti, Cənubi Qafqaz siyasəti, o cümlədən Dövlət Departamentinin və digər yüksək dairələrin Azərbaycanla bağlı siyasəti ilə uyğun gəlmədiyi üçün elə təşəbbüs olaraq da qalır.
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56

