İpək Yolu nəqliyyat qovşağı Vaşinqton konfransında geniş müzakirə mövzusu olub
12.12.2015 [10:46]
Vaşinqtonda fəaliyyət göstərən nüfuzlu “İrs Fondu” tərəfindən “Enerji, Təbii Ehtiyatlar və Geosiyasət üzrə Mərkəz” ilə əməkdaşlıq çərçivəsində “Yenilənmiş İpək Yolu - Avrasiyanın ürəyindən Avropanın ürəyinə: XXI əsr Nəqliyyatı və Enerji İcmalı” adlı konfrans təşkil edilib.
ABŞ-ın rəsmi qurumlarının, yerli ictimai, işgüzar və elmi dairələrin, Vaşinqtondakı diplomatik korpusun və media təmsilçilərinin qatıldığı bu konfransda Avropa və Asiyanı birləşdirən nəqliyyat və enerji layihələri geniş müzakirə olunub və iştirakçıların sualları cavablandırılıb.
Konfransın açılışında ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokştayn və Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli çıxış edərək iştirakçılarla fikirlərini bölüşüblər.
Amos Hokştayn geniş məruzəsində ayrıca olaraq Azərbaycandan start götürən enerji layihələrinə istinad edib. Azərbaycan ilə ABŞ arasında enerji sahəsində əldə edilmiş uğurlardan bəhs edən Amos Hokştayn vaxtilə Prezident Bil Klintonun Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasına göstərdiyi diqqəti xatırladıb və bu diqqətin ABŞ-ın həmin layihənin daşıdığı strateji əhəmiyyəti tam şəkildə dərk etməsindən irəli gəldiyini söyləyib. O, “Cənub” Qaz Dəhlizinin eyni strateji xarakterini vurğulayaraq, həmin qaz kəmərinin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcəyi və eləcə də keçdiyi bütün ölkə və regionlarda inkişaf və tərəqqiyə ciddi stimul gətirəcəyinə inandığını bildirib. Xüsusi elçi təmsil etdiyi ölkənin “Cənub” Qaz Dəhlizinin uğurla tamamlanması işini ən fəal sürətdə təşviq edəcəyini bildirib və bu mənada ABŞ Prezidenti Barak Obama səviyyəsində bu prosesə müxtəlif məqamlarda mühüm dəstək nümayiş etdirildiyini qeyd edib. Amos Hokstayn, həmçinin dekabrında Yunanıstan və Bolqarıstan arasında qaz kəməri üzrə Yekun Sərmayə Qərarının qəbul ediləcəyini bildirib və bu kəmərin çəkilməsinin Azərbaycan qazının nəql edilə biləcəyi coğrafiyanı əhəmiyyətli şəkildə genişləndirəcəyini göstərib.
Digər çıxış edənlərdən “İrs Fondu”nun tədqiqatçısı Lyuk Kofi Cənubi Qafqazın enerji infrastrukturunun strateji əhəmiyyətini bir daha vurğulamaqla yanaşı, bölgədəki münaqişələr, xüsusilə Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionunun və ətraf rayonlarının işğalının bu layihələr üçün doğurduğu təhlükələri konfrans iştirakçılarının diqqətinə çatdırıb. O, bu mənada iki ölkənin hərbi qüvvələri arasındakı təmas xəttinin Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz qaz kəməri və eləcə də Bakı-Tbilisi-Qars dəmir yolunun bir neçə kilometrliyində yerləşdiyini xatırladıb. Tədqiqatçı münaqişənin nizamlanması istiqamətində beynəlxalq səylərin gücləndirilməsindən də danışıb.
Konfransın “Asiya-Avropa nəqliyyat yolları və qaz təchizatı - tələbin qarşılanması və təchizatın şaxələndirilməsi” mövzusunda panelində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov geniş məruzə ilə çıxış edib. O, ölkəmizdə infrastrukturun yenidən qurulması və təkmilləşdirilməsi istiqamətində aparılan əsaslı islahatlar kontekstində Qaradağ rayonunun Ələt qəsəbəsində inşası davam edən yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı kompleksi haqqinda danışıb. T.Ziyadov Bakı Limanının Azərbaycanın beynəlxalq nəqliyyat təchizat zəncirində çox mühüm bir həlqə olduğunu söyləyib. Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa himayəsi və nəzarəti altında bu sahədə mövcud potensialın gücləndirilməsi və ondan səmərəli istifadə məqsədilə həyata keçirilən və planlaşdırılan tədbirlər haqqında məlumat verib.
Konfransda çıxış edən ABŞ Nəqliyyat Komandanlığının sabiq komandiri, hava qüvvələri generalı Danken Maknab, Təbii Ehtiyatlar və Geosiyasət üzrə Mərkəzin direktoru Ariel Koen, Con Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz İnstitutunun sədri Frederik Star, Türkiyə və Qazaxıstanın Vaşinqtondakı səfirlərinin müavinləri Tuqay Tuncay və Yerkin Axinjanov, eləcə də bir sıra digər natiqlər İpək Yolunun əhatə etdiyi coğrafiyada həyata keçirilən layihələr və onların malik olduqları potensialdan bəhs ediblər.
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36

