Rauf Əliyev: Dünyanın aparıcı dövlətləri terrorizmə qarşı birgə mübarizə aparmalıdırlar
03.12.2015 [10:33]
“Nə qədər ki, dünyada ikili standartlar davam edəcək, o qədər də terror hadisələri davam edəcək. Terrorizm də müharibələr kimi can almaqda davam edəcək. Ya terrorla yaşamağa alışacağıq, ya da terrora səbəb olan amilləri müəyyənləşdirib aradan qaldırmalıyıq”. Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.
R.Əliyev bildirib ki, terrorizmin qarşısının alına bilinməməsinin mühüm səbəblərindən biri də cəmiyyətlərdə bilik, savad səviyyəsinin müxtəlifliyidir. Onun sözlərinə görə, bilik səviyyəsi yüksək olan cəmiyyətlərdə terrorun hansısa bir məsələnin həllində rol oynayacağını qəbul etmirlər. Ancaq belə cəmiyyətdə yüksək bilik və savad olmasına baxmayaraq, terror bu cəmiyyətlərin özlərinə həmlə edənə qədər, digər yerlərdə baş verən terror aktlarına elə də ciddi münasibət göstərmirlər. Buna misal olaraq 2001-ci il 11 sentyabrda ABŞ-da və bu il 13 noyabrda Parisdə baş verən terror aktlarını göstərmək olar.
“Bu hadisələrə qədər dünyanın bir çox bölgələrində terror aktları, müharibələr hər gün minlərlə günahsız insanların həyatına son qoyanda bu ölkələr, eləcə də dünyanın digər aparıcı, inkişaf etmiş ölkələri baş verənlərə biganə qalırdılar. Ancaq öz ölkələrində bu hadisələr baş verəndə bütün dünyada aparıcı KİV-in, dövlət rəsmilərinin diqqəti bu hadisələrə yönəldilir. Bu, bir daha dünyada ikili standartların mövcud olduğunu sübut edir. Rəsmi məlumatlara görə, terrorizm qurbanlarının sayı 2000-ci ilə nisbətən 2015-ci ildə 9 dəfə artıb. Terrorizm öz-özünə baş vermir. Təəssüf ki, bəzi dövlətlər öz maraqlarını təmin etmək üçün bu yoldan istifadə edirlər. Ümumiyyətlə, dünyada terrorizmin qarşısını almaq üçün müvafiq tədbirlər görülməlidir. Bunun üçün dünyada sülh və ədalət bərqərar olmalı, dünya ictimaiyyəti, birinci növbədə dünyanın aparıcı dövlətləri terrorizmə qarşı birgə mübarizə aparmalıdırlar”, - deyə R.Əliyev vurğulayıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17

