Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Cənubi Qafqaz Parlament Təşəbbüsü Qrupunun prezidenti ilə Piter Semnebi arasında görüş keçirilib

Cənubi Qafqaz Parlament Təşəbbüsü Qrupunun prezidenti ilə Piter Semnebi arasında görüş keçirilib

08.04.2009 [15:08]

Dünən Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərərgahında Cənubi Qafqaz Parlament Təşəbbüsü Qrupunun prezidenti, YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Bakıda səfərdə olan Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə AB və Azərbaycan arasında mövcud olan münasibətlər, gələcək fəaliyyət proqramları, o cümlədən AB-nin “Yeni Qonşuluq Siyasəti” Proqramı və Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları məsələsi və gələcəkdə atılacaq addımlarla bağlı müzakirələr aparılıb. Görüş zamanı Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupunun uzunmüddətli fəaliyyəti ilə bağlı da ətraflı fikir mübadiləsi aparılıb və bu təşəbbüs qrupunun gələcəkdə də davam edilməsi təklifinə hər iki tərəfdən razılıq ifadə olunub. Görüşdə çıxış edən P.Semnebi qeyd edib ki, bundan sonra da Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bütün imkanlarından istifadə edəcək. Bundan əlavə, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-hökumət təşkilatları (QHT), mətbuat orqanları, siyasi partiyalar və parlament üzvlərinin münasibətləri məsələləri də müzakirə olunub.
Qeyd edək ki, Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupu Böyük Britaniyanın LİNKS qeyri-hökumət təşkilatının təşəbbüsü ilə yaradılıb. Qrupda Cənubi Qafqaz ölkələri olan Azərbaycan, Gürcüstan və Ermənistanın hər birindən 10 deputat təmsil olunur.

Paylaş:
Baxılıb: 1203 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30