/ / “Parlament-2015” Koalisiyası Milli Məclisə seçkilərin monitorinqinə dair yekun hesabatını açıqlayıb
“Parlament-2015” Koalisiyası Milli Məclisə seçkilərin monitorinqinə dair yekun hesabatını açıqlayıb
24.11.2015 [10:12]
Bu il noyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş seçkilərdə səsvermə prosesinə hazırlıq, səsvermə, səslərin sayılması və protokollaşdırılması şəffaflıq gözlənilməklə, qanun pozuntularına yol verilmədən həyata keçirilib.
Bu fikir “Parlament-2015” Seçki Monitorinq Koalisiyasının Milli Məclisə seçkilərin monitorinqinə dair yekun hesabatında yer alıb.
Hesabatın “Namizədlərin irəli sürülməsi və qeydiyyatı” bölməsində bildirilir ki, namizədlər üçün imza toplanması zamanı hər hansı ciddi qanun pozuntuları baş verməyib. İnzibati resurslardan istifadə, qanunsuz müdaxilə, hər hansı namizədin xeyrinə seçici imzalarının verilməsi üçün xüsusi göstəriş və ya tapşırıqların verilməsi halları müşahidə edilməyib. İmza toplanması və onların dairə seçki komissiyalarında (DSK) yoxlanılması zamanı meydana çıxan narazılıqlar qanuna müvafiq surətdə və tezliklə araşdırılıb aradan qaldırılıb, imza vərəqələrindəki çatışmazlıqlar səbəbindən qeydə alınmayan namizədlərə lazımi izahatlar verilib.
Eyni zamanda, namizədlərin qeydiyyatı prosesində aşkarlığın və şəffaflığın təmin olunması məqsədilə dairə seçki komissiyaları tərəfindən müvafiq qərarlar qəbul edildikcə bütün namizədlər haqqında məlumatlar Mərkəzi Seçki Komissiyasının (MSK) internet səhifəsində yerləşdirilib və vaxtaşırı yenilənib.
Şikayətlərə MSK-da və məhkəmələrdə vaxtında və obyektiv baxılıb. Bəzi dairə seçki komissiyalarının qərarları ləğv edilib, namizədlərin hüquqları bərpa olunub.
Hesabatın “Siyasi partiyalar və seçki blokları” bölməsində qeyd edilir ki, seçkilər öncəsi siyasi partiyaların Bakıda və bölgələrdə fəaliyyəti üçün tam demokratik şərait yaradılıb. Müşahidələr göstərir ki, seçkilər ərəfəsində siyasi partiyaların Bakıda və əyalətlərdə toplaşmaq və sərbəst fəaliyyət imkanlarına hər hansı məhdudiyyət qoyulmayıb.
Hesabatın “Təşviqat kampaniyası” bölməsində bildirilir ki, namizədlərin seçicilərlə görüşləri üçün təşviqat kampaniyasının aparılması üçün bütün şərait yaradılıb. Təşviqatın səmərəli təşkili məqsədilə ölkədə 117 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı yer ayrılıb. Eyni zamanda, seçicilərlə onların yaşayış yerləri üzrə görüşlər üçün geniş imkanlar təmin edilib. Namizədlər bu imkandan bərabər şəkildə istifadə edib, ayrılan yerlərdə seçicilərlə ünsiyyət zamanı heç bir məhdudiyyət və pozuntular qeydə alınmayıb.
Hesabatda, həmçinin qeyd olunub ki, seçkinin əsas subyektlərindən biri olan KİV-lərə seçki prosesinin bütün mərhələlərində iştirak üçün geniş imkanlar yaradılıb. Seçkiqabağı təşviqat prosesi ilə bağlı olaraq MSK-ya 23 agentlik,19 qəzet, 3 televiziya və radio müraciət edib və onlar seçki təşviqatı prosesində iştirak ediblər. KİV-lərin seçki komissiyalarında, səsvermə prosesində iştirakına və seçkinin, səsvermənin gedişini izləməsinə hər hansı müdaxilə və ya məhdudiyyət faktı qeydə alınmayıb.
Koalisiya bildirir ki, monitorinq aparılmış bütün dairə və məntəqə seçki komissiyalarının fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun qaydada təşkil edilib, müxtəlif siyasi partiyaların nümayəndələri və bitərəflər komissiyalarda təmsil olunub. Dairə seçki komissiyaları yeni və ya əsaslı təmir edilmiş binalarda yerləşdirilib, zəruri texnika və avadanlıqla təchiz edilib. Məntəqə seçki komissiyaları da öz fəaliyyətini düzgün qurub. Aşağı komissiya üzvləri üçün təlimlər keçirilib. Seçici siyahıları təkmilləşdirilib, hər hansı texniki səhv aşkarlanmayıb.
Seçki bülletenlərinin doldurulması və şəffaf qutulara salınması prosesi zamanı monitorinq aparılmış seçki məntəqələrinin əksəriyyətində hər hansı qanun pozuntusu müşahidə edilməyib. Seçicilər sərbəst şəkildə səs veriblər. Onların iradəsinin əleyhinə olaraq, seçki komissiyalarının üzvləri, müşahidəçilər və ya digər seçki iştirakçıları tərəfindən hər hansı müdaxilə halına rast gəlinməyib. Ayrı-ayrı namizədlərin müşahidəçiləri və məşvərətçi səs hüquqlu məntəqə seçki komissiyaları üzvləri üçün tam şərait yaradılıb, onların səsvermə prosesini izləməsinə heç bir maneçilik müşahidə edilməyib.
“Parlament-2015” Seçki Monitorinq Koalisiyası ölkənin 5 qeyri-hökumət təşkilatı - Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi, Qarabağ Araşdırılmalar Mərkəzi, İqtisadi və Sosial İnkişaf Mərkəzi, Tətbiqi Tədqiqatlar Fondu, Azərbaycan Tələbələr Birliyi tərəfindən yaradılıb. Koalisiya 118 seçki dairəsi üzrə 1361 məntəqədə seçki prosesinin monitorinqini aparıb.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35

