Azərbaycan həqiqətləri Efiopiyanın dövlət qəzetində
13.11.2015 [10:05]
Efiopiyanın Azərbaycanda səfərdə olmuş ən böyük oxucu kütləsinə malik dövlət qəzeti “Əddis zəmən”in baş redaktorunun müavini Araya Getaço ölkəmizin inkişafı, iqtisadi qüdrəti, zəngin mədəniyyəti, geostrateji əhəmiyyəti və güclü dövlətçiliyimiz barədə silsilə məqalələr dərc etdirib.
Araya Getaço “Azərbaycanlıların torpağı: bir çox haqsızlıqlarla üzləşən tarixi millət” adlı məqaləsində Azərbaycan xalqının üzləşdiyi tarixi ədalətsizlikdən, torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsindən və 1 milyon azərbaycanlının tarixi torpaqlarından qovulmasından bəhs edir. Müəllif məqaləyə efiop atalar sözü ilə başlayır: “Sülh şəraitində yaşamağım üçün qonşuluğumu sülh şəraitində saxlamağa çalışmalıyam, amma nə qədər sülhsevər olsam da qonşumun sülhü sevməməsi və istəməməsi mənim də bu istəyimi sarsıdır”.
O, azərbaycanlıların məhz bu problemlə üzləşdiyini xüsusi vurğulayır. Hərbi diktatura tərəfindən idarə olunan Ermənistanın azərbaycanlılara qarşı etdiyi zülmün şəxsən şahidi olan efiop jurnalist Quba məzarlığında olduğunu və Ermənistan tərəfindən 1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımı qurbanlarının kütləvi məzarlığını ziyarət edərkən vahimə içində olduğunu vurğulayır. Azərbaycan hökumətinin bu qurbanların xatirəsinə memorial kompleks ucaltdığını qeyd edir.
Məqalədə bildirilir ki, ermənilərin Azərbaycan xalqına qarşı vəhşiliklərini əks etdirən digər abidə Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşir. Bu, Xocalı abidəsidir. 1992-ci il fevralın 26-da Xocalı şəhərinə hücum edən erməni hərbçilərinin 83-ü uşaq, 106-sı qadın və 70-i yaşlı olmaqla 613 azərbaycanlını vəhşicəsinə qətlə yetirdiyini qeyd edən jurnalist 1245 azərbaycanlının əsir düşdüyünü və onlardan 150-sinin bu günədək aqibətinin bəlli olmadığını vurğulayır.
Azərbaycanlılara qarşı ədalətsizliyin burada bitmədiyini yazan müəllif Ermənistan ordusunun cinayətlərinin çox olduğunu bildirir. Müəllif bütün bu cinayətlərin Ermənistanı idarə edən hərbi rejim tərəfindən törədildiyini qeyd edir.
Araya Getaço Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu xatırladaraq, bu torpaqların Ermənistanın hərbi xuntası tərəfindən zəbt edildiyini və bu işğal nəticəsində 1 milyon azərbaycanlının öz torpaqlarından qovulduğunu vurğulayır. Bu çətinliklərə baxmayaraq, Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlər üçün müasir evlər, məktəblər inşa etdiyini və onları iş yerləri ilə təmin etdiyini yazır.
Efiopiyalı jurnalist Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla, Xarici İşlər Nazirliyinin nümayəndələri, Azərbaycanın digər rəsmiləri və ictimaiyyətin təmsilçiləri ilə görüşlərini və söhbətlərini xatırladır. Azərbaycan tərəfinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu qeyd edir. Rəsmi şəxslərə, ictimaiyyət nümayəndələrinə və həmkarları olan jurnalistlərə istinad edən efiopiyalı jurnalist Ermənistanın işğalı altında olan ərazilərin dünya ictimaiyyəti tərəfindən Azərbaycanın tərkib hissəsi kimi qəbul edildiyini diqqətə çatdırır.
Müəllif Azərbaycana səfəri ilə bağlı təəssüratlarını da bölüşür. O, xüsusilə Heydər Əliyev Mərkəzinin onda yüksək təəssürat yaratdığını bildirir, bu Mərkəzin ən müasir texnologiya ilə təchiz edildiyini vurğulayır. Jurnalist Efiopiya xalqının milli lideri Meles Zenavinin adını daşıyan Fondun Azərbaycanın təcrübəsindən yararlanmasının vacibliyini qeyd edir.
Araya Getaço məqaləsini “Yaşasın Azərbaycan!” sözləri ilə bitirir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24

