“Time” jurnalı: Azərbaycan Yaxın Şərqdə tolerantlıq vadisidir
07.11.2015 [10:07]
Amerikada çıxan “Time” jurnalında Sinay məbədinin böyük ravvini Devid Volpun “Azərbaycan Yaxın Şərqdə tolerantlıq vadisidir” adlı məqaləsi dərc edilib (http://time.com/4099548/azerbaijan-is-an-oasis-of-tolerance-in-the-middle-east/). Məşhur Los-Ancelesin sinaqoqunun rəhbəri bu məqalədə cari ilin noyabr ayında konqreqasiyanın 50 üzvündən ibarət nümayəndə heyətinin Azərbaycana səfərindən aldığı təəssüratlarını bölüşür. D.Volp qeyd edir ki, dünyanın müxtəlif ölkələrində sinaqoqların çoxuna günün istənilən vaxtında getmək mümkün deyil. Ravvin yazır: “Hətta mənim təmsil etdiyim Los-Anceles sinaqoqunda da binanın mühafizə işçiləri sinaqoqa gələn maşınların yük yerlərini yoxlayırlar. Lakin bir müsəlman ölkəsində yəhudilər təhlükəsizlik məqsədilə hər hansı yoxlamadan keçmədən rahatca sinaqoqa daxil ola bilərlər. Bu ölkə - Azərbaycandır. Müəllif yazır ki, məhz bu səbəbdən Azərbaycan dünyanın qalan ölkələrindən yaxşı mənada fərqlənir”.
D.Volp daha sonra yazır ki, bir həftə bundan əvvəl israilli diplomat Yerusəlimdə keçirdiyi görüşlərin birində deyib ki, o, “İsveçdə başında kipa (yəhudi kişilərin ənənəvi baş geyimi - AZƏRTAC) olduğu halda küçədə gəzməyə cəsarət etməzdi”, Azərbaycanda isə bunu rahatca edə bilər. D.Volp vurğulayır: “Mən bu bəyanatın düzgünlüyünü təsdiq edirəm. Mən təqribən bir həftə Azərbaycanın küçələrində gəzdim və hər yerdə özümə diqqət və xeyirxah münasibət gördüm”.
Müəllif yazır ki, Azərbaycanda əhalinin 90 faizini müsəlmanlar təşkil edir. Bu ölkədə başqa azlıqlar kimi, yəhudilər də özlərini bu cəmiyyətin üzvləri kimi hiss edirlər. Ravvin qeyd edir ki, onun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədi bu ölkənin otuz minlik dağ yəhudiləri icmasına Tövrat nüsxəsi hədiyyə etmək idi. D.Volp Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin dəstəyi ilə təşkil edilmiş həmin səfər barədə söhbət açaraq yazır ki, nümayəndə heyəti Quba rayonundakı Qırmızı Qəsəbədə də olub. Sovet hakimiyyəti qurulana qədər “Yəhudi kəndi” adlanan Qırmızı Qəsəbədə hazırda 4 minə yaxın yəhudi yaşayır. Beləliklə, Qırmızı Qəsəbə İsrail sərhədlərindən kənarda ən böyük yəhudi kəndlərindən biridir.
Ravvin daha sonra yazır ki, İsrail ilə Azərbaycanın yaxın münasibətləri var, iki ölkənin rəsmi şəxsləri tez-tez ünsiyyət saxlayır. D.Volp nümunə kimi yazır ki, Təl-Əvivdən Bakıya uçan təyyarədə onun yanında İsrailin baş nazirinin keçmiş müavini Aviqdor Liberman əyləşibmiş. İsrailin baş naziri və Prezidenti də Azərbaycanda olublar. Amerikalı ravvin Azərbaycanın geosiyasi mövqeyindən söhbət açaraq yazır ki, azad və müstəqil müsəlman respublikasını qoruyub saxlamağa çalışan yeni demokratik ölkənin səylərini süni şəkildə azaltmaq lazım deyil.
Sinay məbədinin nümayəndə heyəti Azərbaycanda səfərdə olduğu beş gün ərzində ölkəmizin rəsmi şəxsləri, mədəniyyət xadimləri və yəhudilərlə görüşüb, yəhudi məktəbində və bir neçə sinaqoqda olub, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarını ziyarət ediblər. Nümayəndə heyətinin üzvləri Bakının mərkəzində ucaldılmış “Azad qadın” heykəli ilə də tanış olublar.
D.Volp sonda qeyd edir ki, tolenrantlığın olmaması ciddi və get-gedə artan təhlükədir. Bu şəraitdə Azərbaycan başqa ölkələr üçün həyati əhəmiyyətli nümunə ola bilər.
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

