Arye Qut: Bu seçkilər Azərbaycanın gələcək demokratik inkişafı prosesinə öz töhfəsini verəcək
02.11.2015 [11:02]
Azərbaycandakı bugünkü seçkilər ölkədə demokratik prosesin inkişafında çox mühüm mərhələdir, Azərbaycanda seçki prosesi şəffaf oldu.
Bu sözləri AZƏRTAC-a beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, Azərbaycana müşahidəçi kimi gələn Arye Qut bildirib. O deyib: “Mən israilli, amerikan və alman həmkarlarımla 4 seçki məntəqəsində oldum. Hər şey çox yüksək səviyyədə keçir, səsvermənin gedişində heç bir pozuntu və problem yoxdur. Mən diqqət yetirdim ki, Azərbaycan vətəndaşları böyük istək və qətiyyətlə öz namizədinə səs verməyə gəlirlər. Mənim bütün həmkarlarım səsvermə prosesinin yüksək hazırlıq səviyyəsini və transparentliyini qeyd ediblər”.
Arye Qut diqqətə çatdırıb ki, Azərbaycanda seçkilərdə səsvermə prosesi çox yaxşı təşkil olunub və çox ölkələr üçün nümunə ola bilər.
Beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut deyib: “Mən həmişə vurğulayıram ki, Azərbaycan islam dünyasının tərəqqisinin mayakıdır. Bu gün Azərbaycan bunu bir daha sübut etdi. Azərbaycan parlamentinə seçkilər prosesini öz müşahidəçi həmkarlarımla müxtəlif məntəqələrdə çox diqqətlə izlədim. İsrail dövlətinin vətəndaşı, İsraildəki qeyri-hökumət təşkilatının rəhbəri kimi Azərbaycan xalqının tam sərbəst, transparant və dinc şəraitdə deputatlığa namizədlərinə səs verməsindən qürur duydum və təsirləndim”.
Arye Qutun fikrincə, bu seçkilər bir daha sübut etdi ki, Azərbaycan hakimiyyəti seçkilərin demokratik şəraitdə keçirilməsində maraqlıdır. O deyib: “Mənim deputatlığa namizəd olan yaxın dostlarım var. Onlar mənə deyiblər ki, namizədlərin qeydiyyat prosesi, təşviqat kampaniyası, habelə seçkilər demokratik ölkələrdəki prosedurlardan heç nə ilə fərqlənmir. Əminəm ki, Azərbaycan xalqı bu seçkilərdə yeni parlamentə ləyaqətli oğul və qızlarını seçəcək. Ümidvaram və inanıram ki, bu seçkilər Azərbaycanın gələcək demokratik inkişafı prosesinə öz töhfəsini verəcək”.
Arye Qut parlament seçkilərinə müşahidəçi kimi dəvət edildiyinə görə Azərbaycan Mərkəzi Seçki Komissiyasına təşəkkürünü bildirib.
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

