Stokholmda “Dəyişən regionda Azərbaycan” adlı konfrans keçirilib
29.10.2015 [09:44]
Stokholmda Azərbaycanın İsveçdəki səfirliyinin təşkilatçılığı ilə “Dəyişən regionda Azərbaycan” adlı konfrans keçirilib.
Konfransda KİV nümayəndələri, habelə Stokholmda fəaliyyət göstərən “Foreign Press Assosiation” (FPA) təşkilatının üzvləri iştirak ediblər. FPA təşkilatı dünyanın 60-dan artıq xəbər agentliyinin 100-dən çox jurnalistini birləşdirir.
Tədbirdə Stokholmda yerləşən Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru, alim Svante Kornel və tanınmış israilli ekspert Arye Qut məruzə ilə çıxış ediblər.
Konfransın keçirilməsində məqsəd xarici media nümayəndələrini Azərbaycanın müstəqillik illərində qət etdiyi yol, qazandığı uğurlar və qarşılaşdığı problemlərlə bağlı məlumatlandırmaq olub.
Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov konfransda ölkəmizin müstəqillik tarixindən danışıb və regionun siyasətində oynadığı rol haqqında məlumat verib. O deyib ki, 24 il əvvəl müstəqilliyini bərpa edən Azərbaycan bu zaman kəsiyi ərzində demokratik cəmiyyətin formalaşdırılması, hüquqi dövlətin qurulması və güclü iqtisadi siyasətin həyata keçirilməsində bir çox dünya ölkələrinin 100 il ərzində keçdiyi yolu qısa bir müddətdə uğurla qət edib.
Ölkəmizin demokratiya ənənələrindən söz açan səfir bildirib ki, Şərqdə ilk demokratik respublika Azərbaycanda qurulub, Avropada qadınların seçki hüququ olmadığı halda Azərbaycanda qadınlara bu hüquq verilib.
Diplomat Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd edib. Azərbaycanın Avropa ölkələri ilə bərabərhüquqlu əlaqələr qurmaq istədiyini vurğulayan A.Məmmədov Avropa tərəfindən Azərbaycana qarşı münasibətdə ikili standartlar siyasətinin tətbiq olunduğunu təəssüflə bildirib. O, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsini və Ermənistana qarşı heç bir cəza tədbirinin görülməməsini Aİ-nin beynəlxalq hüquqa münasibətdə hörmətsizliyinin nümunəsi olduğunu qeyd edib.
Tanınmış isveçli alim Svante Kornel deyib ki, Azərbaycanın tarixini və bu gününü tam bilmək üçün ölkənin yerləşdiyi mürəkkəb regionu bütövlükdə nəzərdən keçirmək lazımdır.
O, Azərbaycanın bir çox mənada Avropa ölkələri üçün açar rolunu oynadığını, lakin yerləşdiyi coğrafi məkanda çoxlu münaqişələrin baş verdiyini və böyük maraqların toqquşduğunu qeyd edib. Bütün bunlara baxmayaraq, ölkəmizin tarixi köklərə söykənən tolerantlıq ənənələrinin olduğunu bildirən alim bu sahədə Azərbaycan hakimiyyətinin böyük iş gördüyünü qeyd edib.
Azərbaycanın bir çox məsələlərdə nadir olduğunu qeyd edən Svante Kornelin fikrincə, müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycanın Avropa Şurası, ATƏT və Avropa İttifaqı kimi Qərb institutları ilə əməkdaşlığı olduqca maraqlıdır. Bütün bunlara baxmayaraq bu gün Qərbin Azərbaycanla ikitərəfli əlaqələrə lazımı diqqət göstərmədiyini qeyd edən S.Kornel bunun böyük səhv olduğunu bildirib. İsveçli alim deyib: “Biz görürük ki, Dağlıq Qarabağ münaqişəsinə oxşar münaqişələrlə bağlı Qərb ölkələri daha ciddi addımlar atırlar, lakin Azərbaycan torpaqlarının 20 faizinin 20 ildən çoxdur ki, işğal altında olmasına kifayət qədər diqqət yetirilmir. Belə olduqda, azərbaycanlılar çox asanlıqla bu münasibətin ikili standart olduğunu sübut edə bilər”.
Sonra beynəlxalq münasibətlər üzrə tanınmış israilli ekspert Arye Qut ölkəmizlə bağlı maraqlı sənədli təqdimatla çıxış edib.
Azərbaycanda əhalinin əksəriyyətini müsəlmanların təşkil etdiyini deyən ekspert buna baxmayaraq ölkəmizdə həm də müxtəlif dinlərə etiqad edənlərin və çoxlu sayda etnik qrupların nümayəndələrinin yaşadığını bildirib. O vurğulayıb ki, qədim vaxtlardan, İpək Yolu dövründən bu günə qədər Azərbaycanda milli azlıqlara hörmət və tolerantlıq ölkənin inkişafının əsası olub.
İsrailli ekspert qeyd edib ki, Azərbaycan hökuməti bu ənənələri daha da inkişaf etdirmək üçün son illər sistematik iş aparır. Buraya Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təsis edilməsini, müxtəlif forum və konfransların keçirilməsini daxil etmək olar.
Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini xatırladan ekspert bununla beynəlxalq hüquq normalarının kobudcasına pozulduğunu vurğulayıb və dünya ictimaiyyətinin bu məsələyə diqqətinin artırılmasının vacib olduğunu qeyd edib.
Erməni silahlı birləşmələrinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı siyasəti barədə danışan Arye Qut deyib: “Xocalıda ağlasığmaz vəhşilik və barbarlıqla törədilmiş soyqırımı XX əsrin sonlarında ən dəhşətli faciələrdən biri olub. Tarixi fakt budur ki, erməni silahlı qüvvələri və muzdlu dəstələri Xocalı şəhərini və onun ətrafını tərk etməyə macal tapmayan səhər sakinlərindən faktiki olaraq heç birinə rəhm etməyib. Erməni silahlı dəstələrinin vəhşiliyi nəticəsində qocalar, uşaqlar, qadınlar daxil olmaqla 613 nəfər qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülərək misli görünməmiş əziyyətlərə və işgəncələrə məruz qalıb. Bu faciə bütün bəşəriyyətə qarşı cinayətdir. Xocalı şəhərinin mülki əhalisinin bilərəkdən kütləvi şəkildə məhv edilməsinin yeganə səbəbi bütün bu insanların azərbaycanlı olması idi”.
Tədbirin sonunda S.Kornelin ingilis dilində çap olunmuş “Azərbaycan müstəqillikdən bəri” adlı kitabı, səfirlik tərəfindən hazırlanmış Dağlıq Qarabağ münaqişəsi ilə bağlı buklet və disklər, Azərbaycanın sosial-iqtisadi inkişafına dair materiallar jurnalistlərə təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30

