Azərbaycanda keçirilən referendum dünya mətbuatının diqqət mərkəzindədir
20.03.2009 [17:52]
Rusiyanın “Vremya novostey” qəzeti də YAP-ın Sədr müavini Əli Əhmədovun referendumun demokratiya prinsiplərinə zidd olmadığına dair mövqeyini işıqlandırıb. Qəzet yazır: “Yeni Azərbaycan” Partiyasının icra katibi dəyişikliklərdə demokratiyaya zidd heç bir müddəa görmür. Onun fikrincə, əgər xalq eyni şəxsi iki dəfə prezident seçirsə, bu, ictimaiyyətin dövlət başçısına olan inamını göstərir. Ona görə də, əhaliyə həmin şəxsi sonrakı müddətlərə də seçmək imkanı verilməlidir. Əgər xalq yenidən onu prezident seçəcəksə, bu, cəmiyyətin öz liderinə inamının ən yüksək göstəricisi olacaq. Prezidentin ümumxalq səsverməsi ilə seçilməsinə qoyulan hər hansı məhdudiyyət dünyanın heç bir ölkəsində demokratik norma sayıla bilməz”.
Rusiyanın “Polit.ru” saytı da exit-pollun nəticələrini xatırladaraq, seçicilərin əksəriyyətinin Konstitusiyaya düzəlişləri dəstəklədiyini xəbər verib. “Polit.ru” həmçinin, Strateji Qiymətləndirmə və Analiz İnstitutunun direktoru Vaqif Hüseynovun mövqeyini də dərc edib. V.Hüseynovun fikrincə, prezidentlik müddətinə qoyulan limitin aradan qaldırılmasına qarşı yalnız müxalifət çıxış edir, ölkə əhalisi bunu normal qarşılayır. “Beynəlxalq müşahidəçilər də səsvermənin Avropa standartlarına uyğun olduğunu bəyan ediblər” - deyə V.Hüseynov bildirib.
Rusiyanın “Kommersant” qəzeti isə yazır ki, Azərbaycan müxalifətinin referendumu pozmaq cəhdi uğursuzluqla nəticələnib: “Müxalifət vətəndaşları referendumu boykot etməyə çağırmışdı. çünki referendumun baş tutması üçün onda seçicilərin, ən azı, 25 faizinin iştirakı vacibdir. Amma referendumu pozmaq cəhdi alınmadı. Artıq günorta saatlarında MSK sədri Məzahir Pənahov səsvermədə seçicilərin 32 faizinin iştirak etdiyini açıqladı. Müxalifətçilər hansısa qanun pozuntuları haqda danışmağa başlasalar da, bu, yekun nəticəyə təsir edə bilməzdi”.
Rusiyanın “Rosbalt” informasiya agentliyinin “Azərbaycanda referendum baş tutdu” sərlövhəli reportajında vurğulanır ki, səsverməni izləyən müşahidəçilər qanun pozuntuları aşkar etməyiblər. Məsələn, Fransa parlamentinin üzvü Jak Leqenin sözlərinə görə, “hər şey şəffaf və ədalətli keçir, heç bir problem yoxdur”.
MDB Parlamentlərarası Assambleyasının müşahidəçilərinin də referendumun yüksək səviyyədə təşkil olunduğu haqda mövqeyini xatırladan agentlik xəbər verir ki, MDB-dən olan müşahidəçilər referendum günü Bakıda 7 seçki məntəqəsinə baş çəkiblər və seçicilərin aktivliyinin şahidi olublar.
Beynəlxalq müşahidəçilərin referendumun Avropa standartlarına uyğun keçirilməsi haqda rəylərini Rusiyanın “Qazeta.ru” portalı da işıqlandırıb. Məqalədə Fransa Milli Assambleyasının üzvü Raul Erikin “mənim müşahidəçi olduğum məntəqələrdə səsvermə sakit şəkildə keçib, seçicilər səsverməyə çox ciddi yanaşıblar” fikrini dərc edib. R.Erik əlavə edib ki, “hər şey normal, Avropa standartlarına uyğun şəkildə keçir, lap mənim vətənim olan Fransadakı kimi”.
“Vesti” telekanalı referendumun nəticələrini şərh edərkən bildirir ki, “azərbaycanlılar öz prezidentlərini dəstəklədilər”.
“Rossiya” qəzeti isə diqqəti azərbaycanlıların yekdilliklə dəyişikliklərin lehinə səs verdiyinə cəlb edir.
Rusiyanın “ORT” telekanalı əsas diqqəti səsvermənin demokratik prinsiplər çərçivəsində keçirildiyinə yönəldib. Bildirilib ki, prosesi izləyən beynəlxalq və yerli müşahidəçilər, jurnalistlər üçün lazımi şərait yaradılıb. Reportajda Azərbaycanın müəllifi olduğu beynəlxalq layihələrin uğurla həyata keçirildiyi də xüsusi vurğulanır.
“Evronyus” son illərdə Azərbaycanda gedən sürətli inkişafdan, əhalinin yaşayış səviyyəsinin ildən-ilə yaxşılaşmasından danışıb. Azərbaycanın regiondakı liderliyinin xüsusi qeyd olunduğu reportajda ölkəmizin təşəbbüsü ilə həyata keçirilən regional iqtisadi layihələrdən danışılıb, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində paytaxtla yanaşı, bölgələrin də sürətlə inkişaf etdiyi vurğulanıb.
Azərbaycan Cənubi Qafqazda ən sabit ölkədir, səsvermədə Azərbaycan əhalisi yüksək fəallıq göstərir. Bu fikirlər “Röyters” agentliyinin yayımladığı videogörüntülərdə bildirilib. Qeyd olunub ki, dünyanın ən sürətlə inkişaf edən ölkəsi olan Azərbaycanda əhali öz xoşbəxt gələcəyi naminə səs verir. Materialda vurğulanır ki, dünyanı bürümüş qlobal maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycanda inkişaf nəzərəçarpacaq dərəcədə artmaqdadır.
Bi-Bi-Si radiosunun hazırladığı reportajda bildirilir ki, Azərbaycanda keçirilmiş referendumda seçicilərin əksəriyyəti Konstitusiyaya əlavə və dəyişikliklərin lehinə səs verib. Reportajda YAP-ın icra katibi Əli Əhmədovun mövqeyi səsləndirilib. YAP-ın icra katibi bildirib ki, Konstitusiyaya əlavə və dəyişikliklər demokratik prinsiplərə uyğundur.
Bi-Bi-Si-nin müxbiri qlobal iqtisadi böhranla əlaqədar çətinlik keçirən bəzi insanlarla da söhbətləşib və məlum olub ki, onlar çətinliklərin səbəblərini başa düşür və hakimiyyəti günahkar saymırlar.
“Washington Post”, “Washington Times”, “New York Times”, “International Herald Tribune”, “Financial Times” və digərləri də martın 18-də Azərbaycanda keçirilən referenduma çox yer ayırıb və öz qəzetlərində Reuters, Associated Press, Frans Press kimi nüfuzlu informasiya agentliklərinin, “Azadlıq”, “BBC” və “Amerikanın səsi” radiolarının referendumla bağlı zəngin məqalələrini dərc ediblər.
Məqalələrdə Azərbaycanın neftlə çox zəngin bir ölkə olduğu və son illərdə ölkənin sərvətinin kəskin dərəcədə artdığı bildirilir. Qeyd olunur ki, 2003-2007-ci illərdə ölkənin illik üDM-nin artımı 20-35 faiz təşkil edib, bu da öz növbəsində Azərbaycanın dinamik sürətdə inkişaf edən dünya iqtisadiyyatına daxil olmasına şərait yaradıb. ölkə əhalisi referendumun keçirilməsini çox yüksək qiymətləndirirlər və deyirlər ki, onlar öz Prezidentlərini çox sevirlər. “Onun sayəsində hər şey çox mükəmməl olacaq. Azərbaycanda vəziyyət indi çox yaxşıdır”.
Şəhər sakinlərinin fikrincə, Prezident İlham Əliyev ölkəsi üçün yalnız yaxşı şeylər edib, onun sayəsində abadlıq işləri aparılır, çoxlu müasir binalar tikilir. Məqalələrdə həmçinin, qeyd olunur ki, referendumun ilkin nəticələri onu da göstərir ki, bir nəfərin 2 dəfədən artıq prezident seçilmək hüququnu məhdudlaşdıran maddə ləğv edilib. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun sözlərinə görə, referendumun etibarlı sayılması üçün 25 faiz səs lazım olsa da, ümumilikdə 71,08 faiz səs toplanıb. Keçirilmiş referendum öz seçicilərinə Konstitusiyada 29 maddə üzrə dəyişiklik etmək hüququ verib.
Xatırladaq ki, martın 18-də gün ərzində KİV təmsilçiləri Mərkəzi Seçki Komissiyası, “Seçkilər” İnformasiya mərkəzi, dairə və məntəqə seçki komissiyalarının fəaliyyətini izlədi, onlara maneçilik törədilməsi və fəaliyyətlərinin məhdudlaşdırılması ilə bağlı hər hansı fakt müşahidə olunmadı.
Mətbuat Şurasının referendum ilə bağlı təşkil etdiyi “qaynar xətt” işini yekunlaşdıraraq, məlumat yaydı ki, gün ərzində seçki dairələrində və məntəqələrdə jurnalistlərin peşə fəaliyyətinə maneçilik törədilməsi ilə bağlı “qaynar xətt”ə ((012) 561 80 37 və (012) 561 82 46 nömrəli telefonlara) heç bir məlumat daxil olmadı.
Şuranın sədri Əflatun Amaşov paytaxtın Nəsimi və Səbail, müavini Umud Mirzəyev Binəqədi, idarə heyətinin üzvlərindən “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Nərimanov, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Nizami, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Xətai, “Ədalət” qəzetinin baş redaktoru Aqil Abbas Sabunçu rayonlarındakı məntəqələrdə səsvermənin gedişini müşahidə etdilər. Mətbuat Şurası sədrinin digər müavini Müşfiq Ələsgərli və şuranın icraçı katibi Rəhim Hüseynzadə müvafiq olaraq Cəlilabad və Salyan rayonlarında sesverməni izlədilər.
Bundan əlavə, şuranın monitorinq qrupunun üzvləri də paralel olaraq paytaxtın Səbail, Nəsimi, Nizami və digər rayonlarındakı seçki məntəqələrində peşə fəaliyyətini həyata keçirən jurnalistlərə yaradılan şəraitlə tanış oldular.
Xəbər lenti
Hamısına baxDünya
01 Noyabr 17:41
Dünya
01 Noyabr 16:29
Dünya
01 Noyabr 15:37
Sosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

