FAO ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq mövcuddur
02.10.2015 [10:27]
Eldar İbrahimov: FAO bəzi başqa beynəlxalq təşkilatlardan fərqli olaraq Azərbaycanda həyata keçirilən tədbirlərə çox düzgün və obyektiv qiymət verməsi ilə seçilir
Məlum olduğu kimi, sentyabrın 30-da Milli Məclisin payız sessiyası öz işinə başlayıb. Sessiyanın ilk iclasında bir sıra qanun layihələri, o cümlədən beynəlxalq sazişlər müzakirə olunub. Həmin sənədlər sırasında “Azərbaycan Respublikası Hökuməti (ARH) ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılması və Texniki Yardımın göstərilməsi haqqında” və “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” sazişlərin təsdiq edilməsi məsələsi də var idi. Müzakirələrdən sonra millət vəkilləri hər iki sənədi qəbul ediblər.
Öz növbəsində Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, “FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılması və Texniki Yardımın göstərilməsi haqqında” və “FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” sazişlər 2015-ci il mayın 25-də Bakı şəhərində imzalanıb. Onun sözlərinə görə, FAO BMT-nin nüfuzlu ixtisaslaşdırılmış təşkilatlarından biridir: “Əsas vəzifəsi əhalinin ərzaq məhsulları ilə təminatını yaxşılaşdırmaq, kənd təsərrüfatı istehsalı, meşə və balıqçılığın inkişafı məsələləri üzrə hökumətlərarası təşkilatların işlərini əlaqələndirməklə dünyada aclıqla, yoxsulluqla mübarizədə davamlı inkişafa nail olmaqdır. Qeyd etmək lazımdır ki, FAO ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq mövcuddur və əlaqələrimiz son illər daha intensiv xarakter alıb. FAO Azərbaycanda bir sıra layihələr həyata keçirir. Xüsusi qeyd etmək istərdim ki, FAO bəzi başqa beynəlxalq təşkilatlardan fərqli olaraq Azərbaycanda həyata keçirilən tədbirlərə çox düzgün və obyektiv qiymət verməsi ilə seçilir. Belə ki, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyinin siyasi iradəsi, bununla əlaqədar həyata keçirilmiş Dövlət proqramları, savadsızlığın və yoxsulluğun minimuma endirilməsi və Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində görülmüş tədbirlərə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və digər BMT üzvü olan bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən təsis edilmiş “Cənub-Cənub” mükafatı ilə təltif edildi. Eyni zamanda, qeyd etmək yerinə düşər ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın FAO-nun qarşısında duran məqsədlərə nail olunmasında humanitar və ekologiya sahəsindəki səmərəli fəaliyyətinə görə bu nüfuzlu beynəlxalq təşkilatın Xoşməramlı Səfiri elan olunması bizdə qürur hissi doğurur”.
Komitə sədri bildirib ki, bu sazişlərin imzalanması da məhz xoş niyyətlərdən irəli gəlir. Onun sözlərinə görə, FAO-nun Ofisi dünyada cəmi beş ölkədə mövcuddur, Azərbaycan altıncı ölkədir ki, burada bu təşkilatın Ofisi yaradılır. E.İbrahimov deyib ki, sazişlər qüvvəyə minəndən sonra FAO Qərargahında Azərbaycanın mütəxəssislərinin, ekspertlərinin işləməsi üçün xüsusi kvota ayrılacaq. Təqribən 6 nəfər gənc FAO-nun Baş Qərargahında işləmək hüququ əldə edəcək. Eyni zamanda, nəzərdə tutulur ki, FAO-nun buradakı Ofisində işləyəcək ekspertlərin böyük əksəriyyəti yerli mütəxəssislər olsun. Yəni bu, bizim potensialımızın güclənməsinə və gələcəkdə müvafiq bacarıq və vərdişlərin əldə edilməsinə də çox böyük bir töhfə verəcək.
Azərbaycanın artıq donor ölkəyə çevrildiyini deyən E.İbrahimovun sözlərinə görə, Tərəfdaşlıq Proqramı Sazişində də nəzərdə tutulub ki, Azərbaycan öz töhfəsini ilkin olaraq cəmi on milyon ABŞ dolları həcmində, hər il iki milyon olmaqla beş il müddətində qoyacaq və bu vəsait bilavasitə Azərbaycanda icra olunacaq layihələrə sərf ediləcək. Yəni, qoyulmuş vəsait Azərbaycanda faydanın əldə olunmasına yönəldiləcək. Gələcəkdə isə bilavasitə donor funksiyasını FAO öz üzərinə götürəcək.
“Ümumiyyətlə FAO-nun Bakıda yaradılacaq Ofisi bu əlaqələrin inkişafına təkan verəcək, ölkəmizdə kənd təsərrüfatı sektorunun modernləşdirilməsi və davamlı inkişafına köməklik göstərəcək. Bütövlükdə, “Azərbaycan Respublikası Hökuməti (ARH) ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılması və Texniki Yardımın göstərilməsi haqqında” sazişlə, tərəflər Bakı şəhərində FAO-nun Ofisinin təsis edilməsi və ölkəmizə texniki yardım göstərilməsi, Tərəfdaşlıq Proqramının hazırlanması razılığına gəliblər. “FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” Sazişdə isə əməkdaşlığın əhatə dairəsinin prioritet sahələri müəyyən edilib. Bunlara heyvan sağlamlığı və bitki mühafizəsi, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və kənd yerlərinin inkişafına sərmayə qoyuluşu üçün əlverişli şəraitin yaradılması, kənd təsərrüfatı sahəsində təhsil, tədqiqat və məsləhət xidməti, kənd təsərrüfatı və kənd yerlərinin inkişafı üzrə siyasət və institusional çərçivənin gücləndirilməsi, bitkiçilik və heyvandarlıq məhsullarının istehsalının artırılması məsələləri daxildir”, - deyə komitə sədri vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11

