AŞPA-nın seçkiləri müşahidə missiyası üzrə komitəsinin ön heyəti Xarici İşlər Nazirliyində olub
23.09.2015 [10:25]
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının seçkiləri müşahidə missiyası üzrə ad-hok (müvəqqəti) komitəsinin ön heyətinin üzvləri ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Elmar Məmmədyarov noyabrın 1-də Azərbaycanda parlament seçkilərinin demokratik, ədalətli və şəffaf şəkildə keçirilməsi üçün zəruri tədbirlərin görüldüyünü və prosesi izləyəcək müşahidəçilər üçün lazımi şəraitin yaradıldığını diqqətə çatdırıb.
Nazir seçkilərin müşahidəsi məqsədilə bir sıra beynəlxalq təşkilatlara dəvətlər göndərdiyini qeyd edərək, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək seçkilərlə bağlı bəyanatının qurumun mandatına zidd olduğunu bildirib. Elmar Məmmədyarov 100 milyondan artıq əhalisi olan ATƏT üzv dövlətlərinə müvafiq olaraq DTİHB tərəfindən 400 və ya 500 müşahidəçi göndərildiyi halda, 9,5 milyon əhalisi olan Azərbaycana 125 seçki dairəsi üzrə 400 nəfər qısa və uzunmüddətli müşahidəçinin göndərilməsinin hər hansı normal məntiqə sığmadığını və tamamilə qeyri-mütənasib xarakter daşıdığını deyib.
DTİHB-nin seçkilərin müşahidəsi ilə bağlı metodologiyasının hansı meyarlara və məntiqə əsaslandığının tamamilə anlaşılmaz olduğunu deyən nazir onun mandatının ilk növbədə seçkilərin keçirilməsi üzrə ATƏT-in üzv dövlətlərinə texniki dəstək göstərmək olduğunu xatırladıb. O, ATƏT-in fəaliyyətdə olan sədrinin iştirakı ilə bu məsələnin müzakirə olunacağına və münasib çıxış yolunun tapılacağına ümidvar olduğunu bildirib.
Avropa Şurası Parlament Assambleyasının seçkiləri müşahidə missiyası üzrə ad-hok (müvəqqəti) komitəsinin ön heyətinin üzvləri səfər çərçivəsində məhsuldar görüşlər keçirdiklərini, seçkiqabağı mühitlə yaxından tanış olduqlarını və AŞPA tərəfindən seçkilərin müşahidəsi üçün lazımi hazırlıq tədbirləri gördüklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
YAP xəbərləri
29 İyun 14:35
Mədəniyyət
29 İyun 14:08

