/ / Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdıracaq saytın təqdimatı olub
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdıracaq saytın təqdimatı olub
23.09.2015 [10:25]
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Düşüncə” Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən hazırlanmış www.dailykarabakh.com saytının sentyabrın 22-də təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə sayt haqqında videoçarx nümayiş etdirilib. Bildirilib ki, saytın yaradılmasında məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri müxtəlif dillərdə dünya ictimaiyyətinə çatdırmaqdır. Azərbaycan, rus, ingilis, alman və fransız dillərində fəaliyyət göstərəcək saytda Dağlıq Qarabağ münaqişəsinin tarixi, mövcud vəziyyəti, problemin həlli istiqamətində görülən işlərlə bağlı materiallar yerləşdiriləcək.
Tədbirdə çıxış edən QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqların yayılması məsələsi hər zaman diqqət mərkəzində olmalıdır. Münaqişəyə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında dövlətlə yanaşı, vətəndaş cəmiyyəti qurumları da fəal işləməlidir.
Bildirilib ki, bu gün dünya dəyişib və artıq Ermənistandakı cinayətkar rejimi hamı tanıyır. Hazırda Azərbaycan həqiqətləri dünyaya çatdırılır və təbii ki, bu işdə Prezident İlham Əliyevin böyük xidmətləri var.
A.Quliyev deyib: “Fəaliyyətimizin əsas xəttini Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması təşkil edir. Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətlərin dünyada yayılmasında qeyri-hökumət təşkilatlarının da mühüm rolu var. Yeni fəaliyyətə başlayan sayt da bu işə öz töhfəsini verəcək”.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev deyib ki, Dağlıq Qarabağ münaqişəsi başlayandan indiyədək Azərbaycan informasiya blokadasından çıxmaq üçün böyük işlər görüb. O bildirib ki, istənilən münaqişədə informasiya müharibəsi əsas rol oynayır. Biz uzun müddət informasiya blokadasında qalmağımızla bağlı geniş müzakirələr aparmışıq, çıxış yolları axtarmışıq. Nəhayət, Ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdə böyük irəliləyişlərə nail olduq.
Sektor müdiri altı-yedi ay bundan əvvəl Qarabağ haqqında saytların monitorinqini apardıqlarını diqqətə çatdıraraq deyib: “Monitorinq zamanı məlum oldu ki, bu saytlar müəyyən dövrdən sonra fəaliyyətlərini dayandırır. Buna səbəb isə maliyyə mənbələrinin az olmasıdır. İnformasiya Texnologiyaları İnstitutu, Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən yaradılan portal, www.kharabag.com saytı indi də fəaliyyət göstərir. Ancaq indiyədək Qarabağla bağlı informasiyalar yalnız ayrı-ayrı saytların tərkibində yaradılıb. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ötən il beş belə saytın yaradılmasına dəstək verib. İndi isə Qarabağ haqqında ayrıca bir saytın yaradılması çox sevindirici haldır. Saytda yerləşdiriləcək materialların təsirli olması, xüsusilə xarici ekspertlərin məqalələrinin yayılması önəmlidir. İnanıram ki, biz Azərbaycanın haqq işini dünyaya çatdırmaqda bu saytın işindən də yararlanacağıq”.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqeyi ucbatından Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll edilmədiyini bildirib. O, Azərbaycanın işğal edilmiş torpaqlarının gec-tez geri qaytarılacağına əminliyini bildirib. B.Səfərov Ermənistan rəhbərliyinin yarıtmaz siyasəti nəticəsində bu ölkənin iflasa uğradığını diqqətə çatdırıb.
Milli Məclisin deputatları Bəxtiyar Əliyev, İlyas İsmayılov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev çıxış edərək Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışıblar, belə saytların fəaliyyət göstərməsinin önəmini vurğulayıblar.
“Düşüncə” İctimai Birliyinin sədri, saytın rəhbəri Emil Hüseynli yeni portalın fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, əsasən xarici dilli oxucular üçün nəzərdə tutulan bu saytda Azərbaycanın və dünyanın tanınmış ekspertlərinin, analitiklərin və politoloqların fikirlərinə, məqalələrinə də yer veriləcək.
Xəbər lenti
Hamısına baxGündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33

