/ / Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanda xeyriyyə tədbirləri keçirilib
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanda xeyriyyə tədbirləri keçirilib
22.09.2015 [10:07]
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə “Pakistan Sweet Homes” yetimlər evinin İslamabad, Abbottabad və Kəraçi şəhərlərində yerləşən şöbələrində Qurban bayramı münasibətilə silsilə tədbirlər keçirilib.
Tədbirlərdə “Pakistan Sweet Homes”un direktoru Zamrad Xan, Azərbaycan-Pakistan Gənclər Forumunun prezidenti, Sülh və Diplomatik Tədqiqatlar İnstitutunun direktoru Məhəmməd Asif Nur, tanınmış ictimai-siyasi xadimlər, senatorlar, media mənsubları, Azərbaycanın Pakistandakı səfirliyinin əməkdaşları və kimsəsizlər evində məskunlaşan uşaqlar iştirak ediblər.
Azərbaycan-Pakistan Gənclər Forumunun prezidenti M.A.Nur çıxış edərək əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Pakistan dostluq və qardaşlıq münasibətlərinin tarixi və siyasi əhəmiyyətindən, hər iki ölkəni və xalqı birləşdirən siyasi, mənəvi amillərdən söhbət açıb. O, Pakistanın çətin günlərində Azərbaycanın hər zaman bu ölkəyə dəstək verdiyini, Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun reallaşdırdığı humanitar və xeyriyyəçilik layihələrinin də bunun təcəssümü olduğunu bildirib. “Qızıl qəlbli xanım olan Mehriban Əliyeva Pakistanın imkansız insanlarına qarşı həmişə xeyirxah davranıb və xoşbəxtliyi onların arasında yaymağa davam edir. Pakistanda Mehriban xanım kimi xeyriyyəçilik işləri görən şəxsiyyətlər tapmaq çətindir”, - deyən M.A.Nur layihələrin əhəmiyyətini vurğulayıb.
Daha sonra çıxış edən “Pakistan Sweet Homes”un direktoru Zamrad Xan təşkilatın ölkənin müxtəlif yerlərindəki şöbələrində məskunlaşan 3600 yetim uşağı himayələrinə aldıqlarını, onlara sahib çıxmağın zəruriliyini deyib. Bildirib ki, yetimlərə qayğı müqəddəs işdir, ilahi buyruqdur. O, Heydər Əliyev Fondunun xeyriyyəçilik layihələrinin ülvi dəyərlərin, yüksək mədəniyyətin təzahürü olduğunu, bu əməllərin hədər getmədiyini, Azərbaycan-Pakistan əlaqələrinə öz töhfəsini verdiyini qeyd edib.
Səfir Daşqın Şikarov Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından iştirakçıları salamlayıb, yetimlər evinin uşaqlarına onun xoş arzularını çatdırıb, Qurban bayramı ərəfəsində bir araya gəlməyin sevindirici olduğunu vurğulayıb. Səfir Heydər Əliyev Fondunun Azərbaycanda, Pakistanda və digər xarici ölkələrdə reallaşdırdığı layihələr barədə iştirakçıları məlumatlandırıb. O, həmçinin sentyabrın 24-25-də İslamabad, Abbottabad və Kəraçi şəhərlərində iribuynuzlu qurbanlıqların kəsilərək kimsəsizlər evinin 3600 sakininə və bölgələrdə məskunlaşan digər ehtiyacı olan insanlara paylanılacağını bildirib.
Mərasimdə yetimlər evinin uşaqları Pakistan mədəniyyətinin elementlərini əks etdirən rəqslər, mahnılar, eləcə də idman nümunələri ifa ediblər.
Tədbirin sonunda kimsəsizlər evində məskunlaşan uşaqlara Heydər Əliyev Fondu adından məktəbli çantaları, dərs ləvazimatları və digər hədiyyələr təqdim olunub.
Heydər Əliyev Fondunun prezidentinin təşəbbüsü ilə müqəddəs Qurban bayramı münasibətilə kimsəsizlər evində keçirilən tədbir Pakistanın televiziya kanallarında nümayiş olunub, həmçinin “Daily Times,” “The News”, “The Nation”, “Nawai Waqt”, “Pakistan Observer”, “Exspress”, “Diplomatic İnsight”, “Pakistan Today”, “Dna News” “The Frontier Post” və digər nüfuzlu qəzetlərdə bununla bağlı məqalələr dərc edilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

