Erməni müxalifətçi Vaqan Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyir
19.09.2015 [10:27]
Ermənistan vətəndaşı, müxalifətdə olan “Ölkədaxili milli azadlıq hərəkatı” qeyri-hökumət təşkilatının rəhbəri Vaqan Emilyeviç Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyir.
AZƏRTAC xəbər verir ki, həyat yoldaşı və iki yaşlı oğlu ilə Bakıda olan V.Martirosyan bu fikri sentyabrın 18-də mətbuat konfransında səsləndirib.
Erməni müxalifətçi bildirib ki, qeyri-hökumət təşkilatlarından olan dostları və həmkarlarının köməyi ilə könüllü şəkildə Azərbaycan Respublikasının ərazisinə keçib. O deyib: “Ölkədaxili azadlıq hərəkatı” vətəndaş təşəbbüsünün rəhbəri kimi mən Serj Sarkisyanın cinayətkar rejiminə və bütövlükdə Ermənistanın hakimiyyət orqanlarının ümumi korrupsiya fəaliyyətinə qarşı barışmaz mübarizə aparmışam. Məhz bu fəaliyyətimə görə mən və hərəkat üzrə silahdaşlarım üç il ərzində Ermənistanın dövlət orqanları tərəfindən dəfələrlə təqiblərə və təzyiqlərə məruz qalmışıq. Bu il avqustun 14-də öz evimdə S.Sarkisyanın yaxın dostu, hakim Respublika Partiyasından deputat Mqer Sedrakyanın cangüdənləri və qohumları tərəfindən mənə və ailəmə hücum bu təqibin məntiqi sonluğu olub. Hücum nəticəsində mən iki yaşlı oğlumun və qoca anamın gözü qarşısında vəhşicəsinə döyülmüşəm. Həmçinin həyat yoldaşım döyüldüyünə görə uşaq salıb. Həbs, repressiya və ədalətsiz məhkəmədən qorxduğum, ailəmin təhlükəsizliyinə görə narahatlıq keçirdiyim üçün Ermənistanı dərhal tərk etmək qərarına gəldim”.
V.Martirosyan “Nə üçün məhz Azərbaycanı seçdiniz” sualına cavabında deyib ki, Serj Sarkisyanın qeyri-legitim rejiminin cinayətləri, onun ətrafının törətdiyi qanunsuzluqlar, bu rejimin Dağlıq Qarabağ münaqişəsindən necə istifadə etməsi və Ermənistan iqtisadiyyatının, ordusunun və erməni xalqının rifahının çökməsi bahasına özünün varlanması məqsədi ilə Azərbaycanın simasında qondarma düşmən obrazı yaratması barədə həqiqəti dünyaya Azərbaycan KİV-ləri qədər heç kəs yaxşı çatdırmayacaq. V.Martirosyanın sözlərinə görə, Ermənistan əhalisinin yaşlı nəsli Azərbaycan xalqı ilə xeyirxah və dost münasibətlərin həsrətini çəkir, gənclər isə düşünür ki, Azərbaycanın cəmi 100 yaşı var, burada vəhhabilər yaşayır və ancaq neft çıxarmaqla məşğuldurlar.
Yaxın Şərqdən qaçqınlar barəsində suala cavab verən V.Martirosyan bildirib ki, münaqişə nəticəsində Ermənistana Suriyadan və Livandan 15-20 min erməni gəlib. O deyib: “Bu insanların bir hissəsi geriyə qayıdıb, bir hissəsi Avropaya istiqamət götürüb, qalan hissəsi məndə olan dəqiq məlumatlara görə Dağlıq Qarabağa göndərilib. Onların hamısı terror qrupları, kriminal elementlər ilə bağlı adamlardır”.
Martirosyan onu da bildirib ki, diaspor məsələləri naziri Anuş Akopyan qaçqınlar sayəsində əməlli-başlı varlanıb.
Erməni hüquq müdafiəçisi qeyd edib ki, bu gün Dağlıq Qarabağda yaşlı nəslin nümayəndələri arasında referendum keçirilsə, onlar Azərbaycanın tərkibinə daxil olmağa səs verərlər. O deyib: “Qarabağ torpaqları boşdur. Şuşaya milyonlarla vəsait yatırılmasına baxmayaraq, bura ölü şəhərdir. Stepanakertdə (Xankəndi) də eyni vəziyyətdir. Burada axşamlar, heç olmazsa, bircə pəncərəsindən işıq gələn bina tapmaq çətindir”.
Ermənistandakı korrupsiyadan danışan V.Martirosyan vurğulayıb ki, korrupsiyanı prezident Serj Sarkisyanın qardaşları Saşa və Levon idarə edirlər. O deyib: “Saşa bütün iş adamları ilə pay ortağı olur, qazancın 50 faizini verməyə məcbur edir, Levon isə xeyriyyəçilik adı ilə pulları guya xəstə uşaqlar üçün xeyriyyə fonduna toplayır, əslində isə mənimsəyir”.
Qarabağ müharibəsinin yenidən başlanması ehtimalı barədə suala cavab verən hüquq müdafiəçisi deyib ki, erməni ordusu hərbi əməliyyatlara müqavimət göstərmək iqtidarında deyil: “Gənclərin 90 faizi məsuliyyət hissindən məhrumdur”, - deyən V.Martirosyan qeyd edib ki, Müdafiə Nazirliyində korrupsiya baş alıb gedir. Nazir Seyran Ohanyan heç nə həll etmir, hər şeyi baş qərargah rəisi Yuri Xaçaturov idarə edir və daxil olan bütün pulları mənimsəyir.
V.Martirosyan “Azərbaycanda sizə necə münasibət bəsləyirlər” sualına belə cavab verib: “Azərbaycanda bizi çox mehriban qarşıladılar, heç bir təzyiq olmadı, mən Bakıda mühafizəsiz gəzirəm, suvenirlər alıram. Azərbaycan inkişaf etmiş ölkədir. Sərhədlər açılsa, qaçqınlar bura Avropaya olduğu kimi axışacaq”.
Sonda V.Martirosyan Ermənistanda yaşayan anasının, habelə qayınanasının və qaynının taleyini nəzarətdə saxlamaq xahişi ilə BMT-nin Bakı ofisinə və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinə müraciətlə çıxış edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28

