/ / Feridun Sinirlioğlu: Dağlıq Qarabağ münaqişəsinin həlli regionun inkişafı və təhlükəsizliyi üçün vacibdir
Feridun Sinirlioğlu: Dağlıq Qarabağ münaqişəsinin həlli regionun inkişafı və təhlükəsizliyi üçün vacibdir
17.09.2015 [10:07]
Sentyabrın 16-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Feridun Sinirlioğlu ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.
Elmar Məmmədyarov bildirib ki, görüşdə Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı ilə bağlı geniş müzakirələr aparılıb. Söhbət zamanı Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tamamlanması məsələsi də diqqət mərkəzində olub. Nazir deyib: “Azərbaycan və Gürcüstan tərəfində bütün işlər görülüb. Əminik ki, bu ilin sonu, gələn ilin əvvəlinə kimi Türkiyə tərəfi də işləri başa çatdıracaq. Bu, strateji layihədir və təkcə Cənubi Qafqaz üçün deyil, Orta Asiya üçün də önəmlidir. Qazaxıstanla da bu məsələləri müzakirə etmişik. Türkmənistan və Çin də bu layihədə çox maraqlıdır. Dəmir yolu xalqları bir-birinə sıx bağlayır”.
Azərbaycan xarici siyasət idarəsinin rəhbəri görüşdə regional məsələlərin də müzakirə edildiyini vurğulayıb: “Biz Suriya qaçqınları məsələsinə də toxunduq. Bu, bizim üçün vacib məsələdir. Azərbaycan da öz yaxın tarixində belə vəziyyətlə üzləşib. Türkiyədə iki milyona yaxın qaçqın məskunlaşıb. Bu problem tez bir zamanda aradan qaldırılmalı və həmin insanlar öz torpaqlarına qayıtmalıdırlar”.
E.Məmmədyarov vurğulayıb ki, Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanı dəstəkləyir. Buna görə qardaş ölkəyə minnətdarıq.
Nazir Feridun Sinirlioğlu deyib ki, Türkiyə ilə Azərbaycan yalnız qardaş ölkələr deyil, eyni zamanda, strateji tərəfdaşlardır. Azərbaycan bölgənin sürətlə inkişaf edən ölkəsidir və Türkiyə buna çox sevinir. Türkiyə Azərbaycanın bu bölgədə oynadığı rola əhəmiyyət verir və hər zaman Azərbaycanın yanındadır, bundan sonra da olacaq.
Feridun Sinirlioğlu qeyd edib ki, Azərbaycan torpaqlarının işğal altında qalması bölgənin inkişafı qarşısında duran ən böyük problemdir və Türkiyə bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını vacib hesab edir. Bu problemin həlli bölgənin inkişafı və təhlükəsizliyi üçün vacibdir. Dünya birliyi bunu nə qədər tez başa düşsə bir o qədər yaxşı olar. Problemin həlli daha çox Ermənistanın maraqlarında olmalıdır.
Nazir əlavə edib ki, problemin dərinləşməsinə yol aça biləcək addımlardan çəkinmək lazımdır. Dağlıq Qarabağda bu yaxınlarda keçirilən qondarma “bələdiyyə seçkiləri” yanlış və təxribat xarakterli addım idi və bunu qınayırıq. Bu addımın heç bir nəticə verməyəcəyi aşkardır.
Feridun Sinirlioğlu bildirib ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin inkişafına da xüsusi diqqət yetirilir. Təhlükəsizlik, terrora qarşı mübarizə üçün lazımi tədbirlər görülür. Bakı-Tbilisi-Ceyhan, TANAP və TAP layihələrinin təhlükəsizliyi Türkiyə üçün çox vacibdir və buna görə bütün tədbirlər görülür.
Xəbər lenti
Hamısına baxMaraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28

