/ / Rauf Əliyev: Bu, “Freedom House”un Azərbaycana qarşı qəbul etdiyi ilk qərəzli və ədalətsiz bəyanat deyil
Rauf Əliyev: Bu, “Freedom House”un Azərbaycana qarşı qəbul etdiyi ilk qərəzli və ədalətsiz bəyanat deyil
17.09.2015 [10:05]
“Azərbaycanda parlament seçkiləri kampaniyasına rəsmi olaraq yenicə start verilsə də, indidən bu seçkilərin nəticələrinə kölgə salmağa cəhd göstərilməsi ilə bağlı bəyanatlar səslənir”. Bu fikri Milli Məclisin deputatı Rauf Əliyev “Freedom House” təşkilatının bəyanatına münasibət bildirərkən deyib.
R.Əliyev qeyd edib ki, bu, “Freedom House”un Azərbaycana qarşı qəbul etdiyi ilk belə qərəzli və ədalətsiz bəyanat deyil. Onun sözlərinə görə, özünü insan haqları təşkilatı hesab edən bu təşkilat dəfələrlə Azərbaycan əleyhinə müxtəlif məsələlər üzrə qərəzli, ədalətsiz, fitnəkar bəyanatlar qəbul edib.
“Azərbaycan bütün dünyaya öz tolerantlığını, multikulturalizm dəyərlərini nümayiş etdirdiyi vaxtda bu təşkilat bir dəfə də olsun Azərbaycanda baş verən və dünyanın əksər dövlətləri tərəfindən qəbul olunmuş müsbət dəyişiklikləri qəbul etmir və bu barədə susur. Çünki onlara sahibləri belə buyurublar. Çox maraqlıdır, seçki 1 noyabr 2015-ci il tarixdə keçiriləcək, ancaq qabaqcadan seçkilərin nəticələrinə kölgə salmaq kimin maraqlarına cavab verir? Cavab aydındır. Elə bu günlərdə Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli, ədalətsiz, çirkin və fitnəkar qətnamə göstərdi ki, Azərbaycanın müstəqilliyini, beynəlxalq aləmdə artan nüfuzunu həzm edə bilməyən qüvvələr sakitləşə bilmirlər. Azərbaycan Prezidenti İlham Əliyev və Milli Məclis tərəfindən bu qətnaməyə prinsipial qiymət verilib. Qoy özünü insan haqları təşkilatı hesab edən “Freedom House” erməni qəsbkarları tərəfindən öz doğma ata-baba yurdlarından qovulmuş bir milyondan çox azərbaycanlının və hazırda Qərb dövlətlərinin törətdiyi müharibələrin, iğtişaşların nəticəsində öz doğma vətənlərini tərk etmiş Şimali Afrikadan, Suriyadan və digər ölkələrdən olan və Avropaya üz tutmuş qaçqınların hüquqlarının qorunması ilə məşğul olsunlar”, - deyə R.Əliyev vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56

