Siyavuş Novruzov: Azərbaycanda xalq-iqtidar birliyinin qarşısını heç kim ala bilməyəcək
15.09.2015 [10:04]
“Avropa Parlamentinin Azərbaycana qarşı qərəzini dəfələrlə görən siyasi partiya nümayəndəsi kimi deyirəm ki, onların gözləri Azərbaycanda gedən inkişafı, müstəqil siyasəti götürmür”. Bu fikri Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin dünən keçirilən növbədənkənar sessiyasında deyib.
S.Novruzov Azərbaycana qarşı qərəz nümayiş etdirən bütün təşkilatları əməllərindən əl çəkməyə çağırıb: “Azərbaycan Prezidenti xalqın etimadını doğruldur. Azərbaycanda xalq-iqtidar birliyinin qarşısını heç kim ala bilməyəcək. Azərbaycan müstəqil, suveren ölkədir və müstəqil siyasət yeridir. Ona görə də Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən təşkilatları bu əməllərdən əl çəkməyə çağırıram”.
S.Novruzov qeyd edib ki, Avropa Parlamentinin Azərbaycan haqda qəbul etdiyi qətnamənin bəndlərində qərəz özünü açıq şəkildə göstərir: “Qətnamədə yazılıb ki, Leyla və Arif Yunuslar Ermənistanla Azərbaycan gəncləri arasında münasibət yaratdıqlarına görə həbs olunublar. Bundan böyük ədalətsiz yanaşma olar? Təcavüzə, soyqırıma məruz qalan bizik. Necə ola bilər ki, işğala məruz qalan Azərbaycanın gəncləri işğalçı erməni gəncləri ilə dostluq etsinlər. Bu münasibət ədalətsiz və qərəzlidir”.
Millət vəkili qeyd edib ki, Azərbaycanda bəziləri həmin qüvvələrdən qrant alırlar. “Ölkəmizdə bütün siyasi partiyalar, QHT-lər seçkilərdə iştirak edəcəyini bildirir, bir “milli satqınlar şurası”ndan başqa. Çünki onlar həmin qüvvələrdən qrant alırlar. Qrant aldıqları qüvvələrin sabah Azərbaycanla bağlı verdiyi bəyanatda özlərini element kimi görmək istəyirlər. Avropalılar tolerantlığı, şəffaf seçkinin necə keçirildiyini, mənəvi dəyərlərin necə qorunduğunu gəlib Azərbaycandan öyrənsinlər”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
Avropa İttifaqına üzv olan dövlətlərlə Azərbaycanın ikitərəfli münasibətlərinin normal olduğunu deyən S.Novruzovun sözlərinə görə, Avropa Parlamentinin çağırışlarına baxmayaraq, Avropa dövlətlərinin nümayəndələri ölkəmizdə keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

