ATƏT DTİHB keçirilməmiş seçkiləri bəri başdan şübhə altına alır...
15.09.2015 [10:00]
Yaxud budurmu “Avropa demokratiyası”?!
Azərbaycan demokratik dəyər və təsisatların təşəkkül tapdığı müasir hüquqi dövlətdir. Ölkəmizdə daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir. Söz, fikir və özünüifadə, eləcə də internet azadlığının təmin olunması, medianın müstəqil inkişafına xüsusi diqqət yetirilməsi, korrupsiya, rüşvətxorluq kimi neqativ hallara qarşı qətiyyətli mübarizə aparılması, ictimai-siyasi institutların legitim fəaliyyətinə əlverişli şəraitin yaradılması Azərbaycanın dinamik inkişafının, əsaslı ictimai-siyasi sabitliyin davamlı olacağına əminlik yaradır.
Azərbaycan demokratik ölkə kimi pozitiv imicə malikdir
Sadalananlarla yanaşı, Azərbaycan siyasi, hüquqi, iqtisadi islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına, milli maraqlara xidmət edir. Bütün bunlar, eyni zamanda, ölkədəki əsaslı ictimai-siyasi sabitliyin sarsılmazlığını təmin edir. Başqa sözlə, həyata keçirilən rasional daxili və xarici siyasət kursunun nəticəsi kimi, bu gün fundamental azadlıqların təmin olunduğu Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda hökm sürən və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca amil hakimiyyətin həyata keçirdiyi siyasi kursun, reallaşdırılan islahatların milli maraqlara tam cavab verməsidir.
Eyni zamanda, hüquqi dövlət olan Azərbaycanda hər bir vətəndaş qanunla müəyyən olunmuş qaydada öz hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir, eləcə də qeydə alınmış qanunazidd hərəkətlərin qarşısının alınması istiqamətində aidiyyəti strukturlar tərəfindən müvafiq tədbirlər görülür. Buna paralel olaraq ölkəmizdə keçirilən bütün seçkilər demokratik standartlara cavab verərək qanunun tələblərini özündə əks etdirir.
Şəffaf və ədalətli seçkilər Azərbaycanda demokratik siyasi sistemin başlıca göstəricisidir
Bu kontekstdə digər bir nüansa da toxunmaq vacibdir. Belə ki, Azərbaycan demokratik dövlət olaraq seçki sisteminin də beynəlxalq standartlara uyğun olaraq formalaşdırılmasını daim diqqət mərkəzində saxlayıb. Bu fakt bir daha Azərbaycanda demokratik cəmiyyətin mövcudluğunu, eləcə də siyasi sistemin demokratiklik səviyyəsinin yüksək şəkildə təminatını göstərir. Bu isə ölkədə seçkilərin tam şəffaf və ədalətli şəkildə baş tutmasının mümkün edir.
Eyni zamanda, Azərbaycanda azad və şəffaf seçkilərin keçirilməsi üçün mükəmməl seçki qanunvericiliyi formalaşdırılıb. Məlum olduğu kimi, Azərbaycanın Seçki Məcəlləsi hazırlanarkən beynəlxalq təcrübə əsas götürülüb və bu sənəd Avropa Şurasının Venesiya Komissiyasının müsbət rəyini alıb. Bununla belə, qəbul olunduğu zamandan indiyə qədər də Seçki Məcəlləsinin üzərində xeyli təkmilləşdirmə işləri aparılıb.
Birmənalı olaraq qeyd edə bilərik ki, ölkəmizdə keçirilən seçkilərin bütün mərhələlərində namizədliyini irəli sürmüş şəxslərin öz fəaliyyətini ölkə qanunvericiliyi çərçivəsində həyata keçirməsi üçün zəruri şərait yaradılır, namizədlər istər Bakıda, istərsə də regionlarda öz seçiciləri ilə görüşlərini normal, hər hansı qanun pozuntusuna yol vermədən təşkil edir, onlara ayrılmış təşviqat imkanlarından bərabər şəkildə yararlanırlar. Eləcə də seçki prosesinin təhlükəsizliyi dövlət orqanları tərəfindən lazımi şəkildə təmin olunur.
Seçki prosesinin vacib elementlərindən biri də müşahidəçilik institutudur. Məlum olduğu kimi, Azərbaycan dövləti keçirilən bütün seçkilərin geniş beynəlxalq müşahidəçi missiyaları tərəfindən izlənilməsinə maraqlıdır. Məhz buna görə də müvafiq strukturlar tərəfindən bir sıra beynəlxalq təşkilatlara, ölkə parlamentlərinə və digər qurumlara seçkiləri izləmək üçün dəvətlər göndərilir.
Sadalananlar isə deməyə əsas verir ki, qarşıdan gələn parlament seçkiləri bir daha Azərbaycanda demokratiyanın təntənəsi olacaq. Ölkəmiz bu seçkiləri də beynəlxalq standartlara uyğun şəkildə, azad və şəffaf keçirmək əzmini ortaya qoyacaq.
Avropanın subyektiv və selektiv “demokratiya” anlayışı
Lakin təəssüflər olsun ki, Qərbdəki bəzi dairələr “demokratiya” məsələsindən istifadə edərək müstəqil milli dövlətlərə, o cümlədən Azərbaycana qarşı təzyiq mexanizmi formalaşdırmağa çalışırlar. Bunu isə müxtəlif manipulyasiyalar vasitəsilə həyata keçirirlər. Məsələn, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) noyabrın 1-də ölkəmizdə keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərməkdən imtina etməsi ilə bağlı bəyanatı bu qəbildən olan nümunələrdəndir. Bu, eyni zamanda, subyektiv mülahizələrə söykənən selektiv, qərəzli yanaşma örnəyidir. Yeri gəlmişkən, Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin bu məsələ ilə bağlı açıqlamasında da qeyd olunub ki, ATƏT-in parlament seçkiləri ilə bağlı müşahidə missiyasını göndərməkdən imtina etməsi bu strukturun öz mandatını ciddi şəkildə pozması deməkdir. “Azərbaycan hökuməti, ATƏT qarşısındakı öhdəliklərini yerinə yetirərək seçkiləri müşahidə etmək üçün ATƏT DTİHB-yə dəvət göndərib. ATƏT DTİHB qısamüddətli və uzunmüddətli müşahidəçilərin sayına dair Azərbaycan tərəfinin hazırladığı təklifləri qəbul etməyib. Təəssüf ki, ATƏT DTİHB Azərbaycan tərəfi ilə suallar doğuran məsələlərlə bağlı məsləhətləşmələrdə iştirakdan imtina edib. Bu cür mövqe həm ATƏT-ə üzv olan dövlətin suveren hüquqlarına, həm də ATƏT-in dostluq və əməkdaşlıq prinsiplərinə əsaslanan ruhuna ziddir”, - deyə açıqlamada qeyd olunub.
Əlbəttə, “Avropa demokratiyası”nın nümunəsi olan bu cür yanaşma sadəcə olaraq gülüş doğurur, çünki ATƏT DTİHB belə mövqe ilə hələ keçirilməmiş seçkilərin nəticəsini şübhə altına almağa çalışır.
Başqa bir nüansa diqqət yetirək. Bəlli olduğu kimi, Ermənistanda icimai-siyasi mühiti səciyyələndirən əsas reallıq repressiya dalğası, siyasi rəqiblərə qarşı terror və təzyiqlərdir. Başqa sözlə, Ermənistan de-fakto siyasi krizis içindədir. Əslində, bu, heç də təəccüblü deyil. Təəccüblü olan budur ki, daim demokratik dəyərlər və insan hüquqlarından bəhs edən Qərb, o cümlədən ATƏT DTİHB kimi təşkilatlar Ermənistan hakimiyyətinin yaratdığı diktatura mühitindən, eləcə də saxta seçkilərdəki kütləvi hüquq pozuntularından narazılıq və narahatlıqlarını ifadə etmirlər. Əslində, bu cür subyektiv, loyal münasibət yeni deyil. Bu ölkədə seçkilər zamanı çoxsaylı insan repressiyaya məruz qalaraq öldürülən zaman Qərb təşkilatları öz hesabatlarında ikili standartlara istinad edərək Ermənistanı ciddi tənqid obyektinə çevirməmişdilər. Bəs budurmu “Avropa demokratiyası”?!
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59

