/ / Yeni Azərbaycan Partiyası: Avropa Parlamentinin növbəti anti-Azərbaycan qətnaməsi Avropa ictimaiyyətinin fikrini əks etdirmir
Yeni Azərbaycan Partiyası: Avropa Parlamentinin növbəti anti-Azərbaycan qətnaməsi Avropa ictimaiyyətinin fikrini əks etdirmir
12.09.2015 [11:46]
“Yeni Azərbaycan Partiyası Avropa Parlamentinin bir qrup deputatının növbəti anti-Azərbaycan bəyanatından böyük təəssüf hissi keçirir. Regional parlament assambleyasının prosedur qaydalarından sui-istifadə edərək müstəqil bir ölkənin vaxtaşırı hədəfə götürülməsi heç də qarşılıqlı əməkdaşlığa və səmimi münasibətlərə dəstək verən siyasət hesab edilə bilməz”. Bu fikirlər Yeni Azərbaycan Partiyasının Avropa Parlamentinin qəbul etdiyi anti-Azərbaycan qətnaməsi ilə bağlı yaydığı bəyanatda öz əksini tapıb.
YAP-ın yaydığı bəyanatda qeyd olunur ki, Azərbaycanda gedən proseslərə obyektiv qiymət verməkdən uzaq duraraq bir qism avroparlamentari mütəmadi olaraq ölkəmiz barəsində qarayaxma kampaniyasına dəstək verir. Azərbaycanın demokratik hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təmin edilməsi, neft kapitalının insan kapitalına çevrilməsi sahəsində fəaliyyətinə göz yumulur, onun Avropa dəyərlərinə olan inamı sarsıdılmağa çalışılır, Azərbaycan torpaqlarının bir hissəsinin qonşu Ermənistan tərəfindən işğal edilməsi faktı və bir milyona yaxın qaçqın problemi nədənsə unudulur.
Ölkəmizdə siyasi plüralizm və demokratiyanın qərarlaşmasının, mətbuatın azad inkişafı üçün yaradılan şəraitin nəzərə alınmamasının Avropa Parlamentinin Azərbaycana qarşı mövqeyinin qərəzli və qeyri - obyektivliyinin nəticəsi kimi dəyərləndirilən bəyanatda qeyd olunur ki, Azərbaycanın daxili siyasətinə qərəzli qiymət verməyə cəhd göstərilməsi Avropa Parlamentinin siyasətinə çevrilmişdir və bu, Azərbaycan xalqının haqlı narazılığına səbəb olur.
YAP-ın yaydığı bəyanatda daha sonra qeyd olunur: “Rəğbət bəslədikləri bir neçə nəfər məhbusun təcili həbsdən azad edilməsi çağırışı Azərbaycanın daxili işlərinə qarışmaqla yanaşı, hüquq anlayışını nüfuzdan salan bir addımdır. Xarici ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, mənbəyi naməlum çirkli pullar hesabına qeyri-qanuni sahibkarlıqla məşğul olmaqda ittiham edilənlərin müdafiəsinə qalxmaq Avropa Parlamentinin bəzi üzvlərinin özəl maraqlarından xəbər verir.
Yeni Azərbaycan Partiyası inanır ki, Avropa Parlamentinin növbəti anti-Azərbaycan qətnaməsi heç də Avropa ictimaiyyətinin fikrini əks etdirmir. Biz, məlum qətnaməni Azərbaycanın müstəqil dövlət quruculuğundakı uğurlarından narahat olan dairələrin siyasi qıcıqlanmasından irəli gələn isterik hərəkət kimi qiymətləndiririk.
YAP bəyan edir ki, Avropadakı anti-Azərbaycan dairələrinin cəhdlərinə baxmayaraq, Azərbaycan demokratiya, insan hüquqlarının qorunması, müstəqil xarici və daxili siyasət kursunu qətiyyətlə davam etdirəcəkdir”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19

