Əflatun Amaşov: Avropa Parlamentinin qətnaməsi siyasi məqsədlərə hesablanıb
12.09.2015 [11:38]
“Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi aşkar siyasi məqsədlərə hesablanıb. Sənəd ölkəmizə qarşı qərəzli kampaniyanın növbəti təzahür formasıdır. Bu qətnamə heç bir halda Azərbaycan reallıqlarını əks etdirmir, istər ifadə forması, istərsə də məzmun baxımından həqarət notlarına köklənib. Dünyada demokratizmin keşiyində durduğunu bəyan edən nüfuzlu qurumlar üçün belə fəaliyyət yolverilməzdir”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Azərbaycana qarşı ikili standartlar siyasətinin zaman-zaman özünü bu və ya digər şəkildə göstərdiyini diqqətə çatdıran Ə.Amaşov belə xoşagəlməz dəst-xətt üçün insan hüquq və azadlıqları prinsipləri ilə manipulyasiyanın adi hala çevrildiyini də vurğulayıb: “Azərbaycan cəmiyyəti, xüsusən də aktiv ictimai kəsim bunu çox yaxşı dərk edir. Cəmiyyətin, o cümlədən medianın məsələyə baxışı da prinsipial olaraq birmənalıdır. Hər kəs Avropanın müəyyən dairələrinin Azərbaycana münasibətdə açıq qərəzini görür. Bu qərəzin ölkəmizi zəif salmağa xidmət etdiyi gün kimi aydındır. Azərbaycan dövlətinin xalqın haqq işi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətiyyəti də göz önündədir. Hesab edirəm ki, Avropa Parlamentinin qətnaməsində beynəlxalq hüquqa zidd olaraq “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi bilavasitə bu qətiyyəti heçə endirməyə, bir növ, dövlətimizin mövcud istiqamətdəki siyasətinin guya effektivsizlik kimi təsvirinə, hakimiyyəti xalqın gözündən salmağa hesablanmış məkrli siyasi gedişdir. Çünki xalqın münaqişəyə necə həssas yanaşdığı qətnamə müəlliflərinə yaxşı məlumdur”, - deyən MŞ sədri Azərbaycandakı demokratik təsisatların qətnaməyə qarşı sərt mövqe nümayişinin vacibliyini önə çəkib. Ə.Amaşov onu da bildirib ki, Avropa Parlamentinin məlum qətnaməsi parlament seçkisinin yaxınlaşdığı hazırkı həssas dönəmdə Azərbaycana qarşı təzyiq vasitələrindən biridir və bu cür halların təkrarlanması ehtimal ediləndir: “Biz bu meyli görməli və düzgün nəticə çıxarmalıyıq. Dünyada, eləcə də yaxın qonşuluğumuzdakı siyasi prosesləri də nəzərdən keçirməliyik. Onu da diqqətə almalıyıq ki, bu cür qətnamələrin məqsədi sabit, dayanıqlı Azərbaycanı sarsıtmaq, ölkəmizi siyasi burulğanlar məskəninə çevirməkdir. Kimlərsə düşünür ki, parlament seçkisi kimi taleyüklü hadisə belə planların gerçəkləşdirilməsi üçün münbit zamandır. Azərbaycan xalqı dəfələrlə bu düşüncənin yanlışlığını isbatlayıb və isbatlayacaq da”, - deyən MŞ sədri fikrinə aydınlıq gətirib.
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29

