Dağlıq Qarabağı Ermənistana “birləşdirən” Avropa Parlamenti
12.09.2015 [11:33]
Bu parlament Azərbaycana münasibətini hələ 27 il əvvəl ortaya qoyub
Avropa Parlamenti Avropa İttifaqının ən uğursuz siyasi layihəsi hesab olunur. Uğursuzluğun əsası Avroparlamentin formalaşma prinsipləri müəyyənləşən zaman qoyulub. Üzv ölkələrin təmsilçilik kvotasında qeyri-bərabərlik siyasi böhranı hər zaman stimullaşdırıb və nəticədə “Köhnə Dünya” bu uğursuzluğu Avropa Parlamentinin qərarlarının məcburi deyil, deklarativ xarakter daşıması tezisi ilə ört-basdır edib. İlk dövrdə güclü siyasi üstqurum kimi nəzərdə tutulan Avropa Parlamenti sonralar taleyi ilə barışıb və deklarativ qərarlar qəbul etməklə işini bitmiş sayıb. Bu aşağı statusa rəğmən Qərb Avropa Parlamentini hər zaman siyasi təzyiq vasitəsi kimi istifadə edir və onun deklarativ mövcudluğundan ictimai rəy formalaşdırmaq üçün yararlanır (Avropa Parlamentinin statusu bu qurumdan başqa formada istifadəyə imkan vermir). Və Avropa Parlamenti də üzərinə qoyulan bu kiçik missiyanı bəyanatlar, qətnamələr qəbul etməklə həyata keçirməyə çalışır.
Bu səbəbdən Milli Məclisə seçkilərlə bağlı qəbul olunan sənədə Avroparlamentin standart ictimai rəy formalaşdırma siyasətinin tərkib hissəsi kimi baxmaq lazımdır. Bu qurumun təbliğat maşını rolu oynaması ictimai rəydə nə dərəcədə effekt verir, bu, mübahisə doğurur. Çünki qloballaşma dövründə insanların informasiyaya çıxış imkanları birə yüz artdığından yanlış ictimai rəy formalaşdırmaq çətindir. Elə bu imkanlar da Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərarların qərəzli xarakter daşıdığını təsdiqləməyə imkan verir. Qurumun təkcə Dağlıq Qarabağ münaqişəsinə münasibətini əks etdirən sənədlərə nəzər salmaq kifayət edər.
Hələ 1988-ci ildə, yəni Dağlıq Qarabağ münaqişəsinin aktiv fazasının başladığı dönəmdə Avropa Parlamenti Azərbaycana (o zaman Sovet Azərbaycanına) qarşı ilk qərəzli qərar qəbul edib. “Avropa Parlamentinin Sovet Ermənistanındakı vəziyyətlə bağlı qətnaməsi” adlanan sənəddə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı İrəvan və digər şəhərlərdə keçirilən ictimai nümayişlər təqdir olunur. Qurum hesab edir ki, Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü ildə Azərbaycana özbaşına, qanunsuz birləşdirilib və əslində Ermənistanın bir hissəsidir. Avropa Parlamenti qəbul etdiyi qətnamədə bir qədər də irəli gedərək Sumqayıt hadisələrini “ermənilərə qarşı qırğın” adlandırıb, Azərbaycanda ermənilərin talana məruz qaldığını, onların təhlükəsizliyi üçün təminat olmadığını iddia edib. Və bu yanaşmasının nəticəsi olaraq qətnamədə ermənilərin Dağlıq Qarabağla bağlı tələblərinin dəstəkləndiyi açıq mətnlə ifadə olunub.
Maraqlı məqamlardan biri Avropa Parlamentinin qəbul etdiyi qətnamədə SSRİ rəhbərliyi qarşısında irəli sürdüyü tələblərin Moskva tərəfindən nöqtə-vergülünə kimi icra olunmasıdır. Qətnamənin üçüncü bəndində qeyd edilir ki, “Ali Sovet tərəfindən Moskvadakı erməni nümayəndə heyətinin Dağlıq Qarabağın müvəqqəti olaraq Moskvadakı mərkəzi administrasiya tərəfindən idarə edilməsi, müvəqqəti olaraq Rusiya Federasiyasına birləşdirməsi və ya “prezident vilayət hökuməti” rəhbərliyi altında yerləşdirilməsi ilə bağlı kompromisli təkliflərini öyrənməyə çağırırıq”. Avropa Parlamentinin bu təklifləri sonradan Dağlıq Qarabağda prezident üsul-idarəsinin tətbiq edilməsi şəklində reallaşdırılmış və bu ərazinin işğalının əsasları yaradılmışdı.
1988-ci ilin iyulunda “Avropa İcmalarının rəsmi jurnalı”nda dərc olunan bu qətnamə Avropa Parlamentinin hələ sovetlər dönəmində belə Azərbaycana qarşı qərəzli mövqe tutduğunu, erməni lobbisinin təsiri altında olduğunu təsdiqləyir. Bu sənəd, həmçinin Dağlıq Qarabağın işğalının hələ SSRİ dönəmində Qərb tərəfindən planlaşdırıldığını, bu işğalın SSRİ-nin daxildən parçalanması və zəiflədilməsi üçün hazırlanan planın tərkib hissəsi olduğunu göstərir. Avropa Parlamentinin “Sovet Ermənistanındakı vəziyyətlə bağlı” 1988-ci il qətnaməsi Qərbin Dağlıq Qarabağ münaqişəsinə və ümumilikdə Azərbaycana münasibətinin ifadəsi sayıla bilər. Bu münasibət həm də uzun illər ərzində dəyişməmiş qalıb, müstəqillik dönəmində Avropa Parlamenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı erməni lobbisinin tələblərinin deyil, beynəlxalq hüquq normalarının əsas götürüldüyü bir qətnamə belə qəbul etməyib. Səbəb təkcə lobbinin təsiri də deyil, “Xristian klubu” qismində fəaliyyətə üstünlük verən Avropa Parlamentində həmişə antitürk, antiislam əhval-ruhiyyə dominant mövqe təşkil edib. Yanaşmada milli və dini faktorlar önə çıxdığından Qərb və onun institutları üçün fərqi yoxdur, onlar Azərbaycanda baş verən istənilən əhəmiyyətli prosesdə müxalif mövqedən çıxış edirlər və edəcəklər. Hətta Avropanın maraqlarına birbaşa cavab verən enerji layihələri, yaxud Avropa Oyunları kimi məsələlərdə belə. Buna görə Avropa Parlamentinin Milli Məclisə seçkilərə verdiyi siyasi qiymətə təəccüblənməyə dəyməz. Buna yalnız təəssüf etmək lazımdır.
Vüqar Məsimoğlu,
APA Analitik Mərkəzi
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

