Gəncədə MSK-nın Avropa İttifaqı ilə birgə layihəsi çərçivəsində regional seminar keçirilir
10.09.2015 [10:11]
Sentyabrın 9-da Gəncədəki “RAMADA” plaza otelində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) Avropa İttifaqı ilə birgə layihəsi çərçivəsində seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunmuş ikigünlük seminar öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-nə təyin olunmuş seçkilərlə əlaqədar dairə seçki komissiyalarında yaradılmış ekspert qrupu üzvləri üçün keçirilən regional seminarda MSK-nın üzvləri, Avropa İttifaqının rəsmiləri, MSK Katibliyinin təmsilçiləri, həmçinin qərb bölgəsində fəaliyyət göstərən 15 dairə seçki komissiyasının ekspert qrupu üzvləri iştirak edirlər.
Seminar dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinin müraciət və şikayətlərə baxılması ilə bağlı məlumatının artırılması, praktiki vərdişlərinin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün onların fəaliyyətinin təkmilləşdirilməsi məqsədi daşıyır. Tədbirin birinci günü Avropa İttifaqının seçki məsələləri üzrə eksperti Sergey Kalçenkonun “Seçkilərlə bağlı müraciətlərə dairə seçki komissiyaları tərəfindən baxılması: Avropa standartları və Azərbaycan Respublikasının qanunvericiliyi”, Mərkəzi Seçki Komissiyasının üzvü Tofiq Həsənovun və MSK Katibliyinin əməkdaşı Rafiq Abbasovun “Seçki hüquqlarının pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılması üzrə Seçki Məcəlləsinin tələbləri və şikayətlərin araşdırılması prinsipləri” mövzularında təqdimatları olub. Təqdimatlarda seçki prosesi zamanı ekspert qrupu üzvlərinin vəzifələri, eləcə də bu sahədə beynəlxalq təcrübənin əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Daha sonra Azərbaycan Respublikası Seçki Məcəlləsinin 12-ci bəndi - “Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayət edilməsi” ətrafında müzakirələr aparılıb. Diqqətə çatdırılıb ki, ölkəmizdə demokratik seçkilər keçirmək üçün möhkəm qanunvericilik bazası mövcuddur və ciddi seçki institutu formalaşıb. Azərbaycan Respublikasının Seçki Məcəlləsi mükəmməl sənəd olaraq hər bir vətəndaşın aktiv hüquqlarına təminat yaradıb.
Mərkəzi Seçki Komissiyasının Avropa İttifaqı ilə birgə layihəsi çərçivəsində keçirilən seminarda vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərinin araşdırılması ilə bağlı ekspert qrupu üzvlərini maraqlandıra məqamlara aydınlıq gətirilib, iştirakçıların sualları cavablandırılıb.
Seminar öz işini bu gün davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

