Bakıda gənclərin məşğulluğuna dair beynəlxalq seminar keçirilir
10.09.2015 [10:10]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə Bakıda “Gənclərin məşğulluğu üzrə siyasətlərin, proqramların və institutların qiymətləndirilməsi” mövzusunda beynəlxalq seminar öz işinə başlayıb. Tədbirdə aidiyyəti hökumət və qeyri-hökumət qurumlarının, sosial tərəfdaşların, BƏT-in və MDB ölkələrinin nümayəndələri iştirak edir.
AZƏRTAC xəbər verir ki, seminarı giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi və əmək ehtiyatlarından səmərəli istifadənin, o cümlədən gənc işçi qüvvəsinin iqtisadi tərəqqi proseslərinə fəal şəkildə səfərbər olunmasının hər bir ölkədə sosial-iqtisadi inkişaf üçün vacib şərtlərdən olduğunu diqqətə çatdırıb. Nazir Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin dayanıqlı iqtisadi inkişafını təmin edən uğurlu islahatlar kursunda da yeni iş yerlərinin açılması və məşğulluq imkanlarının artırılmasının, gənclərin əmək bazarına çıxışının hərtərəfli dəstəklənməsinin mühüm yer tutduğunu vurğulayıb.
S.Müslümov son illər ölkə rəhbərliyi tərəfindən təsdiq olunmuş dövlət proqramlarının uğurla icrası nəticəsində gənclərin təhsil səviyyəsinin və məşğulluğunun artırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən ardıcıl tədbirlərə də toxunub.
Hazırda Azərbaycan Respublikası Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik az sayda olan ölkələrdən biridir. Azərbaycan əhalisinin 28,5 faizi gənclərdir və 2014-cü ilin sonuna demoqrafik yük əmsalı 1990-cı ilə nisbətən 1,7 dəfə azalaraq 40 nəfər təşkil edib. Mövcud demoqrafik vəziyyət və bu sahədə perspektiv qiymətləndirmələr ölkədə iqtisadi inkişaf, demoqrafiya, təhsil və məşğulluq siyasətlərinin qarşılıqlı əlaqələndirilməsinin gücləndirilməsini zəruri edir.
Nazir bildirib ki, gənclərin məşğulluğunun artırılması, onların əmək bazarına adaptasiyasının asanlaşdırılması, iqtisadiyyatın tələblərinə cavab verən təlim proqramları əsasında müasir təhsil texnologiyalarının və üsullarının tətbiqi yolu ilə bilik və bacarıqlarının artırılması, zəruri səriştələrin aşılanması, peşə yönümü sisteminin təkmilləşdirilməsi, bu məsələlərə işəgötürənlərin maraqlarının artırılması və daha aktiv cəlb olunması istiqamətində tədbirlər həyata keçirilir.
Nazir diqqətə çatdırıb ki, ölkədə gənclərin məşğulluğu sahəsində dövlət siyasəti daim təkmilləşdirilməkdədir. Azərbaycanın gələcək 7 il ərzində inkişaf perspektivlərini müəyyən edən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında gənclərin sağlam və fəal həyat tərzinin təşviq edilməsi, onların məşğulluq imkanlarının genişləndirilməsi və cəmiyyətə inteqrasiyasının təmin edilməsi ölkənin inkişafı üçün əsas prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.
Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev ölkəmizdə aktiv məşğulluq siyasəti nəticəsində gənclərin əmək bazarında rolunun artmasının sığorta-pensiya sistemi, habelə həmin şəxslərin gələcək layiqli pensiya təminatı üçün əhəmiyyətini, eyni zamanda rəhbəri olduğu Fondda və onun yerli qurumlarında çalışanların əsasən gənclər olduğunu diqqətə çatdırıb.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli gənclərin səmərəli məşğulluğunun təmin edilməsi, ölkənin dinamik inkişafına uyğun olaraq müasir bilik və bacarıqlara yiyələnməsinə şərait yaradılması yönündə aparılan dövlət siyasətindən, gənclərin məşğulluğunun dəstəklənməsi və əmək münasibətlərində əlavə təminatlara malik olması üçün mövcud hüquqlar sistemindən bəhs edib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini Aqil Dadaşov sosial partnyorlardan biri olan AHİK-in ölkəmizdə gənclərin məşğulluğunun təminatına yönələn proqram və tədbirlərin hazırlanmasında, bu sahədə siyasətin təkmilləşdirilməsində fəal iştirakı barədə məlumat verib, qarşıdakı dövrdə də bu istiqamətdə səylərin artırılacağını bildirib.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev dövlət dəstəyi nəticəsində özəl sektorun inkişafının əhalinin, o cümlədən gənclərin məşğulluğunun artmasına da müsbət təsirindən bəhs edib, gənc işçi qüvvəsinin işəgötürənlərin tələblərinə uyğun bacarıqlara yiyələnməsi üçün aparılan işlərin xüsusi önəm kəsb etdiyini vurğulayıb.
BƏT-in Moskva ofisinin məşğulluq üzrə baş mütəxəssisi xanım Olqa Kulayeva Azərbaycanda dövlət gənclər siyasətinin gənclərin məşğulluğuna yönələn kompleks tədbirləri də əhatə etməsinin, xüsusən ölkədə gənclərin əmək bazarının tələblərinə uyğun peşə-ixtisas bacarıqlarına malik olmasına yönələn tədbirlərin faydalı olduğunu vurğulayıb. O, BƏT-in bu sahədə üzv ölkələrə müvafiq dəstəyi verməkdə davam edəcəyini bildirib.
Seminarda BƏT-in “MDB-də gənclərin məşğulluğuna dair əməkdaşlıq” layihəsinin təqdimatı və qiymətləndirmələrin aparılması, Azərbaycanda gənclərin məşğulluğu üzrə siyasət və proqramların nəzərdən keçirilməsi, ayrı-ayrı MDB ölkələrinin (Rusiya, Qazaxıstan) əmək bazarında mövcud problemlərin və inkişaf strategiyalarının müzakirəsi və s. nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15

