ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu “ənənəsinə” sadiqdir
08.09.2015 [10:03]
Təşkilat yenə də Azərbaycanda seçkiqabağı vəziyyətlə bağlı qərəzli mövqe nümayiş etdirir
Cəmiyyətimiz növbəti parlament seçkilərinə yüksək əhval-ruhiyyə ilə gedir. Ölkəmizdə seçkiqabağı mühit normaldır, ictimai-siyasi sabitlik, mükəmməl seçki sistemi mövcuddur. Azərbaycanın beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyi var və bu Seçki Məcəlləsi ilə azad, şəffaf və demokratik seçkilər keçirmək tam mümkündür. Ötən illərin təcrübəsi də bunu deməyə əsas verir. Eyni zamanda, artıq bir sıra siyasi partiyalar da seçkilərdə iştirak edəcəklərini bəyan ediblər və hazırlıq işlərini aparırlar. Azərbaycanda keçirilən bütün seçkilərdə mübarizə aparan tərəflərə bərabər imkanlar yaradılır. Bu baxımdan qarşıdan gələn parlament seçkilərinin də azad və ədalətli keçiriləcəyi şübhəsizdir.
Onu da qeyd edək ki, seçki prosesinin vacib elementlərindən biri də müşahidəçilik institutudur. Məlum olduğu kimi, Azərbaycan dövləti daim seçkilərin geniş beynəlxalq müşahidə missiyaları tərəfindən izlənilməsinə maraqlıdır. Məhz buna görə də müvafiq strukturlar tərəfindən bir sıra beynəlxalq təşkilatlara, ölkələrin parlamentlərinə və digər qurumlara seçkiləri izləmək üçün dəvətlər göndərilir. Həmçinin, Azərbaycanda seçkiləri müşahidə etmək üçün prosedurlar da çox sadədir. Bunun nəticəsində də hər seçkini minlərlə müşahidəçi izləmək imkanı qazanır. Fakt üçün xatırladaq ki, 2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərini on minlərlə yerli, 1400 nəfərə qədər isə beynəlxalq müşahidəçi izləmişdi.
Qarşıdan gələn parlament seçkilərini də beynəlxalq müşahidəçilər izləyəcək. Artıq bəzi təşkilatlar bu məqsədlə müşahidə missiyalarını təşkil ediblər. Çox təəssüf ki, bəzi təşkilatların müşahidə missiyaları seçkinin necə keçirilməsindən asılı olmayaraq, onun demokratikliyinə kölgə salmaq niyyətini indidən büruzə verir. Bu istiqamətdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasını misal göstərmək olar. Qeyd edək ki, DTİHB Azərbaycanda noyabrın 1-də keçiriləcək seçki prosesini izləmək üçün 30 uzunmüddətli müşahidəçi, 350 qısamüddətli müşahidəçi göndərəcəyini açıqlayıb. Qısamüddətli müşahidəçilər seçki günü seçki prosesini, səsverməni, səslərin sayılmasını izləyəcəklər. Lakin təşkilatın yaydığı seçkiöncəsi bəyanat DTİHB-nin bu missiyasının məramının heç də xoş olmadığını göstərir. Hesabatda seçkilərin nəticələrinin indidən şübhə altına alınması ilə bağlı cəhdlərin olması, Azərbaycanın seçkiöncəsi hazırlıqla bağlı atdığı mütərəqqi addımların, iddiaçılara bərabər şəraitin yaradılması kimi faktların sənəddə əksini tapmaması bu təşkilatın ölkəmizə qarşı ənənəvi qərəzinin davam etdiyini ortaya qoyur. Azərbaycan Respublikasının ATƏT yanında daimi nümayəndəliyinin DTİHB-nin Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı hesabatına cavab olaraq yaydığı bəyanatda da bu fikirlər yer alır. Belə ki, sənəddə göstərilir ki, DTİHB-nin qiymətləndirmə komissiyası dar çərçivədə araşdırma aparıb, yalnız bir qisim qrupların fikirlərinə əsaslanaraq dəyərləndirib.
Qeyd edək ki, bu təşkilat hər zaman Azərbaycanda keçirilən seçkilərlə bağlı qərəzli mövqe ortaya qoyub. Öz mövqeyində obyektivlik meyarına əməl etməyən DTİHB müəyyən xarici qüvvələrin sifarişlərini yerinə yetirir. Amma onların Azərbaycanla bağlı məkrli niyyətləri heç zaman reallığa çevrilməyib. Çünki ölkəmizdə möhkəm ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyi mövcuddur. Xalqla hakimiyyətin birliyi bu qüvvələrin niyyətlərini puç edir. Azərbaycanda sivil, intellektual cəmiyyət formalaşıb və bu cəmiyyət dünyada baş verən prosesləri yaxşı dərk edir. Eyni zamanda, hansısa təşkilatın seçkilərin nəticələri haqqında rəyi Azərbaycan xalqının iradəsinə təsir edə bilməz. Artıq bunu həmin qüvvələr də anlayırlar ki, qeyri-obyektiv hesabatlar hazırlamaqla heç bir şeyə nail ola bilməyəcəklər. Çünki seçki məsələsində Azərbaycan xalqının iradəsi və mövqeyi əsasdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23

