İranın nüfuzlu din xadimi Təzəpir məscid kompleksində olub
02.09.2015 [10:14]
Sentyabrın 1-də İranın nüfuzlu din xadimi Ayətullah Hüseyn Nuri Həmədani Azərbaycana səfəri çərçivəsində Təzəpir məscid kompleksində olub.
AZƏRTAC xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Təzəpir məscidi ilə tanışlıq zamanı qonağa Prezident İlham Əliyevin göstərişi əsasında 2005-ci ildə məscidin bərpası və ətraf ərazilərin yenidən qurulması layihəsinin hazırlanması barədə məlumat verib. Vurğulanıb ki, həmin layihə əsasında burada məscidin ilkin görkəminə qaytarılması məqsədilə əzəli memarlığına xələl gətirməyən elementlərin əlavə edilməsi əksini tapıb. Məscidin bərpasında Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq oriyentalistikasının nadir nümunələrindən istifadə olunub. Təzəpir məscidinin tamamlayıcı dekorativ elementlərinin üstü, minarələrin başı və kəmərbənd yazıları ən yüksək əyarlı qızıl lövhələrdəndir.
İranın nüfuzlu din xadimi Qafqaz Müsəlmanları İdarəsinin kitabxanası ilə də tanış olub. Kitabxanada 6 min nüsxə nadir əlyazmanın mövcudluğu haqqında qonağa məlumat verilib. Qeyd edilib ki, kitabxananın bir hissəsində dini verilişlərin hazırlanması üçün mini-studiya yerləşir. Ayətullah Hüseyn Nuri Həmədani buradakı qədim kitablara baxıb, fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Daha sonra Qafqaz Müsəlmanları İdarəsində İranın nüfuzlu din xadimi ilə görüş keçirilib.
Qurani-Kərimdən ayələrin oxunması ilə başlayan görüşdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, nüfuzlu din xadimi Ayətullah Hüseyn Nuri Həmədaninin Azərbaycana səfəri bizim üçün mühüm hadisədir. Bu səfər Azərbaycanın tarixində qalacaq. Bu, bir yol, cığır oldu. Bu yolu Ayətullah Hüseyn Nuri Həmədani açdı. Arzu edirik ki, bundan sonra digər müctəhidlər də Azərbaycana gəlsinlər. Qafqaz Müsəlmanları İdarəsinin sədri deyib ki, Ayətullah Hüseyn Nuri Həmədani Bakıda Şəhidlər xiyabanında şəhidlərin ruhu, Qarabağ torpaqlarının azad olunması üçün dua edən birinci müctəhiddir.
Şeyxülislam Azərbaycan və İran xalqları arasında tarixi dostluq və qardaşlıq münasibətlərindən söhbət açaraq, bu əlaqələrin ölkələrimizin siyasi, iqtisadi, dini, mədəni-mənəvi sahələrdə əməkdaşlığının inkişafına böyük təkan verdiyini vurğulayıb.
Allahşükür Paşazadə dini, mədəni və tarixi abidələrin inşası, bərpası, mühafizəsi sahəsində Ümummilli lider Heydər Əliyevin və Onun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısından söhbət açıb.
Görüşdə çıxış edən Ayətullah Hüseyn Nuri Həmədani bildirib ki, Qarabağın tez bir zamanda işğaldan azad olunmasını arzulayırıq. O, deyib ki, qədim tarixə malik Azərbaycanda olmağından çox şaddır. Bu gün ən mühüm məsələ müsəlmanların vəhdətinə nail olmaqdır. İranlı alim Azərbaycana səfərə gəlməsini özü üçün Allahın böyük lütfü hesab edib.
Daha sonra iranlı alim dindarlara moizə oxuyub.
Görüşdə çıxış edən İranın Azərbaycandakı səfirliyinin mədəniyyət mərkəzinin sədri Seyid Əli Əkbər Ocaqnejad Ayətullah Hüseyn Nuri Həmədaninin həyat və fəaliyyətindən danışıb, elmin fəzilətlərindən bəhs edib, Azərbaycan torpağında da həmişə böyük elm adamlarının, müctəhidlərin yetişib, yaşadığını söyləyib.
Görüşdən sonra ehsan verilib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

