Xədicə İsmayılova 7 il 6 ay müddətinə azadlıqdan məhrum edildi
02.09.2015 [10:09]
Onun cinayətləri məhkəmədə faktlarla və şahid ifadələri ilə sübuta yetirilib
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. “Trend”in yaydığı məlumata görə, iclasda X.İsmayılovaya hökm oxunub.
Hakim R.Allahverdiyeva X.İsmayılovaya qarşı irəli sürülən ittihamların ilkin istintaq və məhkəmə prosesi zamanı tam sübuta yetirildiyini bildirib. O, X.İsmayılovanın cinayətlərini toplamaq yolu ilə ona 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası verildiyini elan edib. X.İsmayılova, həmçinin, azadlıqdan məhrumetmə cəzası bitdikdən sonra 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında məsul vəzifə tutma hüququndan məhrum edilib.
Qeyd edək ki, X.İsmayılovaya qarşı Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və israfetmə - külli miqdarda törədildikdə), 192.2.2 (Qanunsuz sahibkarlıq), 213.1 (Vergi ödəməkdən yayınma) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittihamlar irəli sürülüb.
Bu məqamda vurğulamaq lazımdır ki, X.İsmayılovanın kimliyi, fəaliyyəti Azərbaycan cəmiyyətində hər kəsə bəllidir. Yəni fəaliyyətinin bütün dövrlərində Azərbaycan dövlətinin və xalqının maraqlarına zərbə vurmaq üçün fürsət gözləyən X.İsmayılova “Azadlıq” radiosunun Bakı bürosuna rəhbərlik etdiyi dövrdə bunun üçün var gücü ilə çalışıb. Məlum olduğu kimi, o, həmin fəaliyyəti dövründə də qeyri-qanuni maliyyə əldə edib və vergidən yayınıb. Bu fakt vergi mütəxəssisləri tərəfindən də məhkəmə prosesində təsdiqlənib.
X.İsmayılova “Azadlıq” radiosunun nizamnaməsinə zidd olaraq Bakı bürosuna kənar maliyyə cəlb edib
Yeri gəlmişkən, X.İsmayılovanın yol verdiyi cinayət əməlləri ilə bağlı xəbərlər hələ bir müddət öncədən KİV-lərdə yayılmışdı. Belə ki, X.İsmayılovanın hələ “Azadlıq” radiosunun Bakı bürosuna rəhbərlik etdiyi zamanlarda, eləcə də, ondan sonrakı müddətdə ermənipərəst dairələrlə əməkdaşlığı, onlardan alınan maddiyyat qarşılığında apardığı antimilli fəaliyyəti faktlarla ortaya çıxıb. Daha doğrusu, hələ bir müddət öncə radionun keçmiş əməkdaşlarından birinin şikayəti ilə “Azadlıq” radiosunun Azərbaycan xidmətində aparılan yoxlamalar nəticəsində şəffaf iş prinsiplərinin pozulduğu, nizamnaməyə əməl edilmədiyi ortaya çıxmışdı. Məlum olmuşdu ki, radionun nizamnaməsinə zidd olaraq kənar maliyyə cəlb edilib. Bu isə X.İsmayılovanın özünün korrupsiyaya yönəlik fəaliyyətindən xəbər verən faktlar idi.
Araşdırmalar zamanı ortaya çıxmışdı ki, Azərbaycan xidməti və Bakı bürosu bir neçə verilişi kənar qaynaqlardan maliyyə cəlb edilməsi əsasında hazırlayıb. Həmin verilişlər bir neçə il efirdə olduğu üçün söhbətin ciddi məbləğlərdən getdiyi aydındır. “Azadlıq” radiosunun Bakı bürosunun hesabına rəsmi qaydada daxil olmayan bu pullar məhz X.İsmayılovanın qeyri-şəffaf və antimilli fəaliyyətinin “qazancı” sayılıb.
Təbii ki, bu baş verənlər X.İsmayılovanın birbaşa antimilli mərkəzlərlə əlbir olaraq Azərbaycanın milli maraqlarına qarşı pullu xidmətlər göstərdiyini bir daha ifşa edərək ortaya çıxarır.
X.İsmayılovanın yol verdiyi iqtisadi cinayətlər mütəxəssis rəyi ilə təsdiqlənib
Beləliklə, X.İsmayılovaya qarşı irəli sürülən mənimsəmə və israfetmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı ittihamlar məhkəmədə də sübuta yetirilib. Vurğulayaq ki, məhkəmə prosesində Xədicə İsmayılovanın cinayət işi aralıq aktını hazırlamış Bakı şəhər Vergilər Departamentinin mütəxəssisi İmran Nurməmmədov şahid qismində dindirilmişdi. Mütəxəssis aralıq aktında qeyd olunanları bir daha təsdiq etmişdi və bildirmişdi ki, “Azadlıq” radiosunun Bakı bürosuna vəsaitlər daxil olsa da, onun xərclənmə təyinatları göstərilməyib. Yəni daxil olan vəsaitin hansı məqsədlə və hansı işlərə yönəlməsi ilə bağlı sənədlər olmayıb. O əlavə etmişdi ki, 2008-ci il ərzində radionun Bakı bürosu lisenziya olmadan qeyri-qanuni fəaliyyət göstərib. Bu da qeyri-qanuni sahibkarlıq fəaliyyəti kimi dəyərləndirilir. Xədicə İsmayılovanın sualına cavabında isə mütəxəssis bildirmişdi ki, büro rəhbəri kimi o, həmin dövrə təsadüf edən qanun pozuntularına görə cavabdehlik daşıyır. Aralıq aktını hazırlamış digər mütəxəssis Elçin Əliyev də ifadə verərkən aktda vergi və maliyyə pozuntuları ilə bağlı qeyd olunanları təsdiq etdiyini bildirmişdi.
Bir sözlə, göründüyü kimi, X.İsmayılovanın sevdiyi “korrupsiya” sözü onun öz əməlinin əsas prioriteti imiş. Daha dəqiq desək, hamını korrupsiyada ittiham edən Xədicə İsmayılova özü əsl korrupsiyaçı imiş. Beləliklə, illərdir ki, ermənipərəst dairələrlə, konkret olaraq bir neçə mərkəzlə əlbir olan və Azərbaycanın milli mənafeyinə qarşı cəbhə açan X.İsmayılovanın gerçək kimliyi məhkəmədə səsləndirilən şahid ifadələri ilə bir daha cəmiyyətə bəlli oldu.
Və cinayətləri məhkəmədə faktlarla və şahid ifadələri ilə sübuta yetirilən X.İsmayılova layiqli cəzasını aldı. Əslində, başqa cür ola da bilməzdi. Çünki Azərbaycan hüquqi dövlətdir və hər kəs qanun qarşısında bərabərdir.
Pərviz
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

