/ / Siyavuş Novruzov: ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkidə müşahidə aparmasına etiraz etmirik
Siyavuş Novruzov: ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkidə müşahidə aparmasına etiraz etmirik
01.09.2015 [10:27]
“Azərbaycan noyabrın 1-də keçiriləcək parlament seçkisində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və digər beynəlxalq qurumların müşahidə aparmasının tərəfdarıdır”. Bunu “Report”a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
O qeyd edib ki, Azərbaycan hakimiyyəti hər zaman ölkədə keçirilən seçkilərdə bütün beynəlxalq təşkilatların müşahidə aparmasına tərəfdar olub və müşahidə missiyalarına lazımi şərait yaradıb.
S.Novruzov vurğulayıb ki, bəzi beynəlxalq təşkilatların Azərbaycandakı seçkilərlə bağlı rəyləri qərəzli və obyektivlikdən uzaq olur: “Müqayisəli şəkildə nümunələr göstərə bilərəm. Həmin təşkilatların Azərbaycanın da daxil olduğu postsovet məkanında keçirilən seçkilərə verdikləri rəylə Əfqanıstan, İraq, Misirdə baş tutan seçkilərə yanaşmaları fərqli olur. Burada subyektiv amillər üstünlük təşkil edir, bəyanatlar heç bir qanunvericiliyə, beynəlxalq hüquqa uyğun gəlmir.
Onlar Misirdə keçirilən seçkilərə müsbət rəy verdilər. Üç aydan sonra Misir prezidenti Məhəmməd Mursini həbsxanaya saldılar. İraqda da keçirilən seçkilərə müsbət rəy verirlər. Orada hər gün partlayışlar baş verir, xeyli insan da həyatını itirir. Onların müsbət rəy verdiyi ölkələrdə hələ normal dövlətlər qurulmayıb.
Yəni, bunların mövqeyi dünya ictimaiyyətinə bəllidir. Azərbaycanla bağlı mənfi bəyanatlar verəndə özlərini gülünc vəziyyətə qoyurlar. Azərbaycan seçkiləri hansısa qurum, təşkilat üçün keçirmir ki? Seçkini xalq keçirir. Kənardan kimin nə qiymət verməsindən asılı olmayaraq, xalq kimə səs verdiyini yaxşı bilir”.
S.Novruzov deyib ki, Azərbaycanda keçirilən seçkiləri həm yerli, həm də beynəlxalq müşahidəçilər izləyir. Onun sözlərinə görə, builki parlament seçkisini müşahidə etmək üçün Azərbaycanın ayrı-ayrı strukturları Avropa Şurası Parlament Assambleyasına, ATƏT Parlament Assambleyasına, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna, Avropa Parlamentinə təkliflər göndərib: “Yəni, kimin müşahidə aparmaq arzusu varsa, bunu həyata keçirə bilər. Amma ABŞ-da, Rusiyada keçirilən seçkilərə ATƏT-in müşahidə missiyası buraxılmayıb. Bir sıra dövlətlər o təşkilatların qərəzli mövqeyini əsas gətirərək seçkini izləməyə razılıq vermir. Amma Azərbaycan həmin təşkilatlara şərait yaradır, çünki ölkəmizdə şəffaf seçkilər keçirilir”.
S.Novruzov bildirib ki, bəzi beynəlxalq təşkilatlar Azərbaycandakı seçkiləri izləmək üçün müşahidə missiyası göndərən zaman məqsədli şəkildə nümayəndə heyətinin tərkibinə işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfər edən adamların adlarını salırlar: “Bunu ona görə edirlər ki, Azərbaycan həmin müşahidəçilərdən imtina etsin, viza verməsin, onlar da həmin məsələni əllərində bayraq etsinlər”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

