/ / Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib
Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib
31.08.2015 [09:42]
Avqustun 29-da Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib.
Müşavirədə çıxış edən YAP Sədrinin müavini - İcra katibi, Baş nazirin müavini Əli Əhmədov qarşıdan gələn parlament seçkilərinə hazırlıqla bağlı fikirlərini bildirib. YAP Mərkəzi Seçki Qərargahının rayon və şəhər şöbələrinin iştirakı ilə zona müşavirələrinin artıq başa çatdığını deyən Əli Əhmədovun sözlərinə görə, bu tədbirlərdə partiyanın yerli strukturlarının nümayəndələrinə müvafiq tövsiyə və tapşırıqlar verilib. Əli Əhmədov qeyd edib ki, görülən işlər deməyə əsas verir ki, YAP artıq Milli Məclisə keçiriləcək seçkilərə tam hazırdır.
“Azərbaycan Konstitusiyasının və Seçki Məcəlləsinin müddəalarına uyğun olaraq Prezident İlham Əliyev parlament seçkilərinin keçirilməsi ilə bağlı Sərəncam imzalamışdır. Sərəncama əsasən Milli Məclisə seçkilər noyabrın 1-də keçiriləcək. Bununla da, parlament seçkiləri kampaniyasına rəsmi start verilib. 60 gün ərzində seçki kampaniyası davam edəcək”, - deyən YAP Sədrinin müavini partiyanın namizədlərinin gələn həftə (bu həftə - red.) elan olunacağını diqqətə çatdırıb.
YAP Sədrinin müavini qeyd edib ki, son parlament seçkilərindən ötən beş il ərzində Azərbaycan böyük inkişaf mərhələsi keçib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz böyük uğurlar qazanıb. Əli Əhmədov bu illər ərzində ölkəmizdə bütün sahələr üzrə yüksək inkişafın əldə olunduğunu, əhalinin rifah halının yüksəldiyini, regionların simasının əhəmiyyətli dərəcədə dəyişdiyini və bu dəyişikliklərin hər bir vətəndaşın həyatına müsbət təsir göstərdiyini diqqətə çatdırıb.
“Ölkə Prezidenti, partiyamızın Sədri İlham Əliyevin şəxsi nüfuzu, Prezidentin siyasətinin xalq tərəfindən dəstəklənməsi, eyni zamanda YAP-ın cəmiyyətdə böyük nüfuzu, partiyamızın üzvlərinin fədakarlığı, ötən seçkilərdə qazanılmış təcrübə qarşıdan gələn parlament seçkilərində də partiyamızın uğurlu seçki kampaniyası aparacağını deməyə əsas verir”, - deyən Əli Əhmədov onu da vurğulayıb ki, namizədlərimizin də əhali arasında nüfuzu hər zaman seçki kampaniyalarında böyük nailiyyətlərin qazanılmasını şərtləndirib. YAP Sədrinin müavini qeyd edib ki, artıq seçki kampaniyasına rəsmi start verildiyi üçün seçki qanunvericiliyinə uyğun olaraq tədbirlər davam etdiriləcək. Namizədlərin elan olunması, onların qeydiyyatdan keçməsi üçün imza toplanılması, müvafiq sənədlərin dairə seçki komissiyalarına təqdim olunması və s. tədbirlər seçki kampaniyası dövründə həyata keçiriləcək. Əli Əhmədovun sözlərinə görə, namizədlərin sənədlərinin hazırlanması, onların DSK-lara təqdim olunması və digər sənədləşmə işləri yerlərdə partiyanın səlahiyyətli nümayəndələri tərəfindən həyata keçiriləcək. O, əmin olduğunu deyib ki, yerli strukturlar bu seçki kampaniyasında da üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.
Müşavirədə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov və YAP İcra katibinin müavini Mübariz Qurbanlı da iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

