Dərman vasitələrinin qiymətləri mərhələlərlə tənzimlənir
28.08.2015 [10:01]
Musa Quliyev: Səhiyyə və İqtisadiyyat və Sənaye nazirliklərinin müvafiq qurumları dərman vasitələrinin qiymətlərinə nəzarət edəcəklər
Məlum olduğu kimi, son illər Azərbaycanda bütün sahələr dinamik inkişaf edir. Bu mənada səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə gerçəkləşən siyasətin əsas prioritetlərini təşkil edir. Təbii ki, bütün bunlarla yanaşı həlli vacib olan məsələlər də var. Bunlardan biri də dərman vasitələrinin qiymətlərinin tənzimlənməsidir. Prezident İlham Əliyevin tapşırığına əsasən, hökumət dərman vasitələrinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi istiqamətində sistemli iş aparır. Bunun nəticəsi olaraq artıq konkret tədbirlər görülməkdədir. Xatırladaq ki, Tarif (qiymət) Şurasının bu il iyulun 30-da keçirilmiş iclasında 256 dərman vasitəsi üzrə qiymətlər təsdiq olunub.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir. Tarif (qiymət) Şurasının avqustun 25-də keçirilən növbəti iclasında isə daha 801 dərman vasitəsinin qiyməti müəyyənləşdirilib. Ümumilikdə, elan olunmuş 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətləri tənzimlənib. Bunun nəticəsində hazırda satışda olan dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46 faiz dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24 faiz dərman vasitəsinin qiyməti 3 dəfədən çox ucuzlaşdırılıb. Bütövlükdə isə, həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94 faizi üzrə qiymətlər aşağı salınıb.
Bununla da, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin təqribən 15 faizinin hazırkı qiymətlərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olan satış qiymətləri təsdiqlənib. Böyük sosial əhəmiyyət kəsb edən bu proses bütün dərman vasitələrinin qiymətləri tənzimlənənədək intensiv şəkildə davam etdiriləcək və bu ilin sonunadək əksər dərman vasitələri üzrə qiymətlərin tənzimlənməsi başa çatdırılacaq. Əvvəllər də elan edildiyi kimi, 25 təsiredici maddə (kombinə olunmuş dərman vasitələri istisna olmaqla) üzrə 1057 dərman vasitəsinin təsdiq edilmiş qiymətləri bu il sentyabrın 15-dən qüvvəyə minəcək. Şuranın qərarına əsasən, həmin tarixdən etibarən qiymətləri təsdiq edilməyən qeyd olunan tərkibli dərman vasitələrinin satışı yalnız qiymətlər təsdiq edildikdən sonra həyata keçirilə bilər.
İclasda daha 55 yeni təsiredici maddə üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulu elan olunub və bunun üçün son müddət bu il sentyabrın 10-dək müəyyən edilib.
Məsələ ilə bağlı Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Tarif Şurasının qərarının əhəmiyyətli olduğunu bildirib. Onun sözlərinə görə, ölkəmizdə dərmanların dövriyyəsi, istehsalı və istehlakı məsələləri “Dərman vasitələri haqqında” qanunla tənzimlənir: “Ölkə Prezidentinin təşəbbüsü ilə parlamentin yaz sessiyasında bu qanuna əlavə və dəyişikliklər edildi. Dəyişikliklərə əsasən, dərmanların qiymətlərinin tənzimlənməsi dövlət tərəfindən həyata keçirilməlidir. İndiyə qədər isə qiymətlər bazar münasibətləri çərçivəsində tənzimlənirdi. Amma son illərin təcrübəsi göstərdi ki, bazar münasibətlərində süni surətdə qiymət artırılması halları baş verirdi, dərmanların satışında qeyri-qanuni yollardan istifadə olunurdu. Eyni zamanda, dərmanların bahalığı əhali üçün çətinliklər törədirdi. Ona görə də, bu məsələ hökumətin diqqətində idi. Cənab Prezidentin göstərişi ilə Tarif Şurasında bu məsələ ciddi müzakirə olunub. Qonşu ölkələrin təcrübəsi də öyrənilib. Geniş araşdırmaların nəticəsi olaraq Tarif Şurası belə bir qərar qəbul edib”.
Qərarın vətəndaşların maraqlarına uyğun olduğunu deyən M.Quliyev qeyd edib ki, dərmanların qiymətlərinin tənzimlənməsi, ilk növbədə, bu sahədə möhtəkirliyin qarşısını alacaq, ölkənin hər yerində eyni dərman eyni qiymətə satılacaq. Ən əsası isə, dərmanların qiyməti daha da ucuzlaşacaq.
Millət vəkilinin fikrincə, bu qərardan sonra dərman şirkətləri, apteklər və həkimlər arasında rast gəlinən qeyri-sağlam əməkdaşlıq da aradan qalxacaq.
Bu gün Azərbaycan bazarında 4 mindən çox dərmanın qeydiyyatda olduğunu deyən komitə sədrinin müavini bildirib ki, öncə 250 dərman preparatının qiyməti tənzimləndi. Çünki 4 min adda dərmanın qiymətinin eyni vaxtda tənzimlənməsi mümkün deyil. “Bu qədər dərmanın qiymətini eyni vaxtda tənzimləmək mümkün deyil. Qiymət tənzimlənməsinin mərhələlərlə həyata keçirilməsi çox doğru qərardır. Tarif Şurasının avqustun 25-də keçirilən iclasında isə 801 dərman vasitəsinin qiyməti ilə bağlı qərar qəbul olundu. Eyni tərkibli dərmanların qiymətinə gəlincə, bu məsələ də tənzimlənir” - deyə M.Quliyev vurğulayıb.
Millət vəkili bildirib ki, təbii ki, bu məsələyə müvafiq dövlət qurumları tərəfindən nəzarət də olacaq. Onun sözlərinə görə, Səhiyyə və İqtisadiyyat və Sənaye nazirliklərinin müvafiq qurumları dərman vasitələrinin qiymətlərinə nəzarət edəcəklər: “Qiymətlər dərman vasitələrinin qutularının üstünə vurulacaq. Bu proses dərmanların istehsal olunduğu müəssisələrdə həyata keçiriləcək. Təbii ki, bu məsələ yeni olduğu üçün ilk vaxtlarda hansısa problemlər ola bilər. Bu, uzun çəkən prosesdir, çünki dərman bazarının bütün sistemi dəyişəcək. İlk vaxtlarda dərmanların qıtlaşması, apteklərin sayının azalması da baş verə bilər. Amma bu, müvəqqəti olacaq, hökumət bu məsələni diqqət mərkəzində saxlayır”.
Nardar
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25

