AŞPA-nın nümayəndə heyəti ilə Milli Məclisdə görüş keçirilib
25.08.2015 [10:14]
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin məruzəçisi Milica Markoviçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində avqustun 24-də Milli Məclisdə olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə keçirilən görüşdə Ermənistanın işğalı altında olan Sərsəng su anbarının tənzimlənməyən fəaliyyətinin bölgənin ətraf mühitinə zərəri haqqında, eyni zamanda, bu anbarda baş verə biləcək qəzanın mümkün fəsadları, o cümlədən ATƏT-in Minsk qrupunun bu sahədə fəaliyyəti barədə müzakirələr aparılıb.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizlə bağlı həqiqətlərin Avropaya çatdırılması istiqamətində görülən işlərdən danışıb. S.Seyidov AŞPA nümayəndə heyətinin ölkəmizə səfərinin əhəmiyyətinə toxunaraq bildirib ki, Azərbaycanın qapıları hər zaman AŞPA məruzəçilərinin üzünə açıqdır. Məqsədimiz odur ki, Sərsəng su anbarının regionda əhəmiyyətini və ondan ermənilərin terror amili kimi istifadə edə biləcəyi təhlükəsini Avropa ictimaiyyəti tam aydınlığı ilə dərk edə bilsin. “Biz heç nəyi gizlətmirik. İstəyirik ki, reallıqları görəsiniz və bu barədə Avropa Şurasının deputatları özləri qərar çıxarsınlar. Ona görə də, sizin Azərbaycana səfərinizi və bütün reallıqları öz gözlərinizlə görmək istəyinizi yüksək qiymətləndiririk. Təəssüf ki, Ermənistan hər yolla sizin səfərinizə maneə törətməyə çalışır. Hələ də bu problemlə bağlı bir dəfə də olsun o ölkəyə səfər edə bilməmisiniz. Danılmaz faktdır ki, ermənilər təqsirkar olduqları üçün həqiqətləri dünya ictimaiyyətindən gizlətməyə çalışırlar”, - deyə Səməd Seyidov bildirib. O vurğulayıb ki, Sərsəng su anbarı probleminin həll olunmamasının başlıca səbəbkarı Ermənistan hakimiyyətidir.
AŞPA-nın məruzəçisi Milica Markoviç Azərbaycana ikinci dəfə səfər etdiyini bildirib. O, AŞPA-nın Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsi tərəfindən məsələ ilə bağlı Ermənistan hökumətinə rəsmi məktub göndərildiyini, hələ də müsbət cavab alınmadığını deyib.
Görüşdə çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri məruzənin obyektiv hazırlanacağına inandıqlarını bildiriblər. Həmçinin, vurğulanıb ki, Sərsəng su anbarı 1992-ci ildən Ermənistanın işğalı altındadır və hazırda texniki qurğuların baxımsızlığı nəticəsində qəza vəziyyətindədir. Bu da Azərbaycanın ətraf rayonlarının əhalisi üçün təhlükə vəziyyəti yaradır.
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

