/ / YAP Mərkəzi Seçki Qərargahı Milli Məclisə seçkilərə hazırlıqla əlaqədar Gəncədə zona müşavirəsi keçirib
YAP Mərkəzi Seçki Qərargahı Milli Məclisə seçkilərə hazırlıqla əlaqədar Gəncədə zona müşavirəsi keçirib
25.08.2015 [10:19]
Əli Əhmədov: Azərbaycanda keçirilən bütün seçkilərdə insanların rəğbətini qazanan Yeni Azərbaycan Partiyasının bu seçkilərdə də qələbə qazanacağına inanırıq
Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahı respublikamızın qərb bölgəsi üzrə şəhər və rayon şöbələrinin qarşıdakı parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar Gəncədə zona müşavirəsi keçirib.
YAP Mərkəzi Seçki Qərargahının Gəncə şəhəri, Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Şəmkir, Daşkəsən, Samux, Göygöl rayon şöbələri üzvlərinin iştirakı ilə keçirilən müşavirədə əvvəlcə YAP Gəncə şəhər və Qazax rayon təşkilatları rəhbərlərinin seçkilərə hazırlıqla bağlı hesabat xarakterli məlumatları dinlənilib.
Sonra Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi, Baş nazirin müavini Əli Əhmədov Milli Məclisə keçiriləcək növbəti seçkilərlə bağlı qarşıda duran vəzifələrdən danışıb. Baş nazirin müavini diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyası əvvəlki seçkilərdə olduğu kimi, növbəti seçkilərə də ciddi hazırlaşır. İlk növbədə, seçkilərdə mütəşəkkillik nümayiş etdirmək üçün rayon və şəhər təşkilatlarında YAP Mərkəzi Seçki Qərargahının şöbələri yaradılaraq, partiyanın fəalları hazırlıq prosesinə cəlb ediliblər.
Azərbaycanda keçirilən bütün seçkilərdə insanların rəğbətini qazanan Yeni Azərbaycan Partiyasının bu seçkilərdə də qələbə qazanacağına inamını ifadə edən Əli Əhmədov qeyd edib ki, bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərarlar və qətnamələr qəbul etməsi bir həqiqəti ortaya qoyur ki, ölkəmizin seçdiyi yol düzgündür və bu yol bizi uğurlu gələcəyə aparır. Dövlətimizin uğurlu sosial-iqtisadi siyasətinin nəticəsidir ki, beynəlxalq aləm inkişafın Azərbaycan modelinin mövcudluğunu təqdir edir və öyrənilməsinin vacibliyini bildirir. Ölkəmizin hərtərəfli tərəqqisində qeyri-neft sektorunun inkişafını vacib amil kimi önə çəkən Prezident İlham Əliyevin bu istiqamətdə atdığı davamlı addımlar iqtisadiyyatımızın şaxələndirilməsini reallığa çevirib. Nəticədə son 10 ildə Azərbaycanda iqtisadiyyat dörd dəfə artıb. Əlbəttə, bu rəqəmin arxasında güclü siyasət dayanır. Əhalinin həyat səviyyəsi ildən-ilə yüksəlir. Regionlarda həyata keçirilən infrastruktur layihələri insanların uzun illərdən bəri çəkdiyi əziyyətlərə son qoyub. Onların həyatının keyfiyyətcə dəyişməsi gələcəyə olan ümidlərini artırıb. Ən əsası isə Azərbaycanda ictimai-siyasi sabitlik daimi xarakter alıb.
Respublikada 6 milyon seçicinin olduğunu diqqətə çatdıran Əli Əhmədov qarşıdakı parlament seçkilərində seçicilərlə işin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu, xüsusilə gənclər və qadınlarla aparılan işin böyük əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, partiyanın üzvləri bütün imkanlardan istifadə etməklə prinsipial mövqe nümayiş etdirməlidirlər. Xüsusilə təbliğat-təşviqat kampaniyasında verilən seçici tapşırıqlarına ciddi nəzarət etməli, seçkilərin azad, şəffaf və demokratik keçirilməsinə öz töhfələrini verməlidirlər.
Sonda Əli Əhmədov əvvəlki seçkilərdə olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də Yeni Azərbaycan Partiyasının inamlı qələbə qazanacağına əminliyini ifadə edərək, seçkilərin mütəşəkkil keçməsi üçün YAP Mərkəzi Seçki Qərargahının şəhər və rayon şöbələri üzvlərinə tapşırıq və tövsiyələrini verib.
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Mübariz Qurbanlı və YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov müşavirədə iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50

